Avropa Bankından nikbin proqnoz
27.09.2025 [09:54]
Azərbaycanda iqtisadi artımın davamlı olacağı fərz edilir
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” adlı hesabatında qlobal iqtisadiyyatın mövcud vəziyyəti və qarşıdakı dövr üzrə proqnozlar yer alıb. AYİB hesab edir ki, ABŞ-ın bir müddət əvvəl tətbiq etdiyi idxal tarifləri dünya miqyasında potensial itkilər yaratmaqla, qlobal əlavə dəyəri azaldacaq. Xüsusilə də Avropa regionunda iqtisadiyyatın artım tempinin azalması gözlənilir, ümumi təsir isə bu regionda ÜDM-in 0,5 faizi həddində ehtimal olunur. Ekspertlərin qənaətinə görə, ümumilikdə, ABŞ-ın gömrük proteksionizmi üzrə qiymətləndirmələr qlobal təchizat zəncirlərinə dolayı təsirlər göstərəcək və ticarət axınlarını dəyişiklikliyə uğradacaq. AYİB-in rəyinə əsasən, Şərqi Avropa və Qafqazda artım 2023-cü ildəki 4,7 faizdən 2024-cü ildə 3,9 faizə və 2025-ci ilin birinci yarısında 2 faizə qədər yavaşlayıb. Belə ki, bu bölgədə Ermənistan və Rusiya ilə əsas vasitəçi ticarət tərəfdaşı olan Rusiyanın hər iki ölkə ilə əmtəə mübadilələrinin azalması Cənubi Qafqaz iqtisadiyyatında əlavə dəyəri aşağı salıb. Hər iki ölkədə işçi qüvvəsi və kapital axınından irəli gələn təkan zəifləyib. Nəticədə bu regionda orta illik artımın 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 4,4 faizə qədər sürətlənəcəyi gözlənilir.
Azərbaycanda iqtisadi artım 2,5 faiz təşkil edəcək
Avropa Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntiləri isə ümidvericidir. Bankın analitik blokunun qənaətinə görə, güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2025-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur.
AYİB-in ssenarilərinə əsasən, ölkəmizdə iqtisadi artım 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. AYİB vurğulayır ki, 2025-ci ildə real ÜDM-in artımında qeyri-neft sektorundakı fəallıq nümayiş etdirəcək. Neft sektorundakı daha zəif göstəriciləri kompensasiya edəcək qeyri-neft bölməsi iqtisadiyyatın aparıcı mühərrikinə çevriləcək. Ehtimallara əsasən, enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. Ancaq neftdənkənar bölmələrdə artıq dayanıqlılıq və möhkəm sütunların yaranması ÜDM-in artım potensialını böyüdür. Bundan başqa, Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlı situasiyalar da ölkəmizdə əlavə dəyərin artımında təsiriedici faktorlardan olacaq. Növbəti illərdə bölgədə yeni ticarət marşrutlarının açılması isə investorların etimadını artırmaqla bölgəyə gəlişi və yeni sərmayələrə start verməsi iqtisadi və işgüzar fəallığı yüksəldəcək, yeni əlavə dəyər mənbələri formalaşdıracaq.
Hökumətin və maliyyə institutlarının proqnozları
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3 faiz, 2026-cı ildə isə 2,9 faiz səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 faiz artıb.Qlobal iqtisadi proqnozlaşdırmada əsas istinad mərkəzi kimi qəbul edilən Dünya Bankının (DB) yenilənmiş hesabatında Azərbaycanın uzunmüddətli inkişafında yeni yaranan əlavə dəyər mənbələrinin, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağı proqnozlaşdırılır. Bankın iyulda dərc olunmuş “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozları da təxmini oxşardır. Bank 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə 2,4 faiz səviyyəsində artım proqnozlaşdırır.
Həmçinin beynəlxalq reytinq agentliklərinin proqnozları da cüzi gösətərici ilə Azərbaycan hökumətinin ehtimallarına yaxındır. “S&P Global” reytinq agentliyi 2025-2026-cı illərdə ildə ölkəmizdə 2 faiz, “Fitch Ratings” isə 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 2,5 faiz, “Moody’s” 2,5-3 faiz səviyyəsində artım gözləyir. Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 3,5 faiz, 2026-cı ildə 2,5 faiz, Asiya İnkişaf Bankı isə cari ildə 3,4 faiz, növbəti ildə isə 3,3 faiz səviyyəsində proqnozlaşdırır.
Ortamüddətli milli prioritetlər
Göründüyü kimi, neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalsa da, artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaq. Bunun üçün dövlətin qarşısında qeyri-neft sektorundan daxilolmaları artırmaq kimi əsas çağırış durur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digər konseptual dövlət sənədlərinin hazıralanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib. Bu strateji hədəfin bir istiqaməti isə işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası sayəsində yeni əlavə dəyər mənbələrinin səfərbər olunmasıdır. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini və real ifadədə artımını da təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

İqtisadiyyat
30 Sentyabr 21:32

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Sosial
30 Sentyabr 19:49

Gündəm
30 Sentyabr 19:37

YAP xəbərləri
30 Sentyabr 19:23

YAP xəbərləri
30 Sentyabr 19:02

Gündəm
30 Sentyabr 18:55
YAP xəbərləri
30 Sentyabr 18:45

Gündəm
30 Sentyabr 18:44

YAP xəbərləri
30 Sentyabr 18:42

YAP xəbərləri
30 Sentyabr 17:26

Hərbi
30 Sentyabr 17:19

Gündəm
30 Sentyabr 17:18

Gündəm
30 Sentyabr 17:18

YAP xəbərləri
30 Sentyabr 16:44

Elanlar
30 Sentyabr 16:38

YAP xəbərləri
30 Sentyabr 16:24

Xəbər lenti
30 Sentyabr 15:54

Siyasət
30 Sentyabr 15:44

Sosial
30 Sentyabr 15:28

Hadisə
30 Sentyabr 15:25

İqtisadiyyat
30 Sentyabr 15:23

İqtisadiyyat
30 Sentyabr 15:21

Siyasət
30 Sentyabr 15:19

YAP xəbərləri
30 Sentyabr 15:17

YAP xəbərləri
30 Sentyabr 15:13

Elanlar
30 Sentyabr 15:07

YAP xəbərləri
30 Sentyabr 14:23

YAP xəbərləri
30 Sentyabr 14:17

YAP xəbərləri
30 Sentyabr 14:13

YAP xəbərləri
30 Sentyabr 13:50

YAP xəbərləri
30 Sentyabr 13:48

MEDİA
30 Sentyabr 13:32

Sosial
30 Sentyabr 13:30

İdman
30 Sentyabr 13:29

Gündəm
30 Sentyabr 12:14

Gündəm
30 Sentyabr 11:49

YAP xəbərləri
30 Sentyabr 11:44

YAP xəbərləri
30 Sentyabr 11:42

Siyasət
30 Sentyabr 11:26

Siyasət
30 Sentyabr 11:10

İqtisadiyyat
30 Sentyabr 10:52

Siyasət
30 Sentyabr 10:39

İqtisadiyyat
30 Sentyabr 10:13

İqtisadiyyat
30 Sentyabr 09:50

Analitik
30 Sentyabr 09:36

Analitik
30 Sentyabr 09:12

Sosial
30 Sentyabr 08:59

MEDİA
30 Sentyabr 08:25

Gündəm
30 Sentyabr 07:42

YAP xəbərləri
29 Sentyabr 23:34

YAP xəbərləri
29 Sentyabr 23:11

YAP xəbərləri
29 Sentyabr 22:46

YAP xəbərləri
29 Sentyabr 22:28

YAP xəbərləri
29 Sentyabr 21:51

YAP xəbərləri
29 Sentyabr 21:15
YAP xəbərləri
29 Sentyabr 20:43

YAP xəbərləri
29 Sentyabr 20:10

YAP xəbərləri
29 Sentyabr 19:47

YAP xəbərləri
29 Sentyabr 19:18

YAP xəbərləri
29 Sentyabr 19:06

YAP xəbərləri
29 Sentyabr 18:49
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
