27 sentyabr Qarabağın Zəfəri, tarixin ağrıları və haqqın qələbəsidir
26.09.2025 [17:23]
Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr tariximizin silinməz səhifələridir. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə erməni silahlı dəstələri minlərlə günahsız azərbaycanlını qətlə yetirdi. Quba kütləvi məzarlığı bu vəhşiliyin canlı sübutudur. Bu hadisələr erməni millətçiliyinin əsrlərlə davam edən düşmənçilik siyasətinin ilk bariz nümunələrindən idi. 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımı isə erməni vəhşiliyinin zirvəsi oldu. Bir gecədə 613 günahsız insan – körpələr, qadınlar, qocalar qətlə yetirildi. 1275 nəfər əsir götürüldü, yüzlərlə insan itkin düşdü. Cənab Prezident İlham Əliyev bu faciə barədə deyirdi: “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir. Bu faciəni törədənlər heç vaxt cəzasız qalmayacaqlar.” Xocalı sadəcə bir şəhərin deyil, bütün Azərbaycanın yaralı ürəyidir. Bu yara 44 günün Zəfərinə qədər sağalmadı. BMT qətnamələri belə kağız üzərində qaldı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin bu sənədlər 30 il kağız üzərində qaldı, beynəlxalq ictimaiyyət ikili standartlarla susdu. Cənab Prezident İlham Əliyev dəfələrlə bu ədalətsizliyi vurğulayaraq demişdi: “BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Azərbaycan isə həmin qətnamələri döyüş meydanında özü icra etdi.”
30 ilin nisgili illərində 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşadı. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlarımız yerlə-yeksan edildi. Ağdam “Qafqazın Xirosiması” adlandırıldı. Məscidlərimiz təhqir olundu, qəbirlər dağıdıldı, mədəni irsimiz məhv edildi. Bu faciəni təsvir edən Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdama səfərində demişdi: “Bu dağıntılar erməni vandalizminin sübutudur. Dünya bunu görməli və qiymət verməlidir.” 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ədalət yürüşünə çevrildi. Qəhrəman ordumuz 44 gün ərzində yüz illərin ağrı-acısını zəfərə çevirdi. Xalq, ordu və Ali Baş Komandan bir yumruq oldu. Cənab Prezident İlham Əliyev xalqın iradəsini ifadə edərək deyirdi: “Biz haqq yolundayıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Şuşanın azad olunması isə tarixi dönüş nöqtəsi oldu. Cənab Prezidentin qürurla söylədiyi sözlər bu zəfərin emosional yükünü daha da artırdı: “Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşa bizim milli qürurumuzdur.” Müharibə günlərində Prezident İlham Əliyev BBC, CNN, Al Jazeera, France 24 və digər nüfuzlu kanallara verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. BBC-yə söylədiyi qətiyyətli cavab dünya mediasında rezonans doğurdu: “Qarabağ Azərbaycandır və nida işarəsi!” Türkiyə qardaş dəstəyi ilə Azərbaycanın yanında oldu. Prezident Rəcəb Tayyib Ərdoğan dedi:
“Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır.” Pakistan, Gürcüstan, Ukrayna, Macarıstan və bir çox ölkələr Azərbaycanın mövqeyini dəstəklədi. Bununla yanaşı, bəzi dövlətlərin Ermənistanı müdafiə etməsi beynəlxalq münasibətlərdə ikili standartları bir daha üzə çıxardı. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı. Bu sənəd Azərbaycan xalqının haqq savaşının rəsmi nəticəsi oldu. Artıq beynəlxalq aləm qəbul etdi ki, Cənubi Qafqazda yeni reallığı diktə edən tərəf Azərbaycandır. Cənab Prezident İlham Əliyevin sözləri ilə: “Biz döyüş meydanında ədaləti bərpa etdik. İndi diplomatiya masasında da söz sahibiyik.”
44 günlük Vətən müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də siyasi, mənəvi və tarixi qələbədir. Bu zəfər Xocalının qisası, BMT qətnamələrinin icrası, yüz minlərlə məcburi köçkünün ümididir. Qarabağ Azərbaycandır! – bu söz artıq təkcə şüar deyil, tarixi gerçəklikdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

İqtisadiyyat
30 Sentyabr 21:32

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Sosial
30 Sentyabr 19:49

Gündəm
30 Sentyabr 19:37

YAP xəbərləri
30 Sentyabr 19:23

YAP xəbərləri
30 Sentyabr 19:02

Gündəm
30 Sentyabr 18:55
YAP xəbərləri
30 Sentyabr 18:45

Gündəm
30 Sentyabr 18:44

YAP xəbərləri
30 Sentyabr 18:42

YAP xəbərləri
30 Sentyabr 17:26

Hərbi
30 Sentyabr 17:19

Gündəm
30 Sentyabr 17:18

Gündəm
30 Sentyabr 17:18

YAP xəbərləri
30 Sentyabr 16:44

Elanlar
30 Sentyabr 16:38

YAP xəbərləri
30 Sentyabr 16:24

Xəbər lenti
30 Sentyabr 15:54

Siyasət
30 Sentyabr 15:44

Sosial
30 Sentyabr 15:28

Hadisə
30 Sentyabr 15:25

İqtisadiyyat
30 Sentyabr 15:23

İqtisadiyyat
30 Sentyabr 15:21

Siyasət
30 Sentyabr 15:19

YAP xəbərləri
30 Sentyabr 15:17

YAP xəbərləri
30 Sentyabr 15:13

Elanlar
30 Sentyabr 15:07

YAP xəbərləri
30 Sentyabr 14:23

YAP xəbərləri
30 Sentyabr 14:17

YAP xəbərləri
30 Sentyabr 14:13

YAP xəbərləri
30 Sentyabr 13:50

YAP xəbərləri
30 Sentyabr 13:48

MEDİA
30 Sentyabr 13:32

Sosial
30 Sentyabr 13:30

İdman
30 Sentyabr 13:29

Gündəm
30 Sentyabr 12:14

Gündəm
30 Sentyabr 11:49

YAP xəbərləri
30 Sentyabr 11:44

YAP xəbərləri
30 Sentyabr 11:42

Siyasət
30 Sentyabr 11:26

Siyasət
30 Sentyabr 11:10

İqtisadiyyat
30 Sentyabr 10:52

Siyasət
30 Sentyabr 10:39

İqtisadiyyat
30 Sentyabr 10:13

İqtisadiyyat
30 Sentyabr 09:50

Analitik
30 Sentyabr 09:36

Analitik
30 Sentyabr 09:12

Sosial
30 Sentyabr 08:59

MEDİA
30 Sentyabr 08:25

Gündəm
30 Sentyabr 07:42

YAP xəbərləri
29 Sentyabr 23:34

YAP xəbərləri
29 Sentyabr 23:11

YAP xəbərləri
29 Sentyabr 22:46

YAP xəbərləri
29 Sentyabr 22:28

YAP xəbərləri
29 Sentyabr 21:51

YAP xəbərləri
29 Sentyabr 21:15
YAP xəbərləri
29 Sentyabr 20:43

YAP xəbərləri
29 Sentyabr 20:10

YAP xəbərləri
29 Sentyabr 19:47

YAP xəbərləri
29 Sentyabr 19:18

YAP xəbərləri
29 Sentyabr 19:06

YAP xəbərləri
29 Sentyabr 18:49
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
