Şanlı tarix
26.09.2025 [21:53]
İntiqam Quliyev,
YAP Ağdam rayon təşkilatının sədr müavini
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərimiz atəşə tutuldu. Bu təxribat Azərbaycanın səbr kasasını daşdıran son damla oldu. Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca əks hücum əməliyyatlarına başladı. Birmənalı şəkildə qeyd olunmalıdır ki, bu qərar artıq yetişmiş tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi.
Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində hərb tariximizdə yeni tarix yazdı , işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edərək tarixi ədaləti bərpa etdi. Qazanılan bütün bu uğurlar isə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən sərkərdəlik təcrübəsinin məntiqi nəticəsi idi.
Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun qüdrətini və ən əsası Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətini , əsl liderlik bacarıqlarını bir daha dünyaya nümayiş etdirdi. Artıq müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. İşğal illəri dövründə hərbçilərlə çoxsaylı görüşlərdə - hərbi hissələrdə, səngərlərdə, Lələtəpə zirvəsində, hərbi paradlarda hər zaman deyirdim ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. Hər zaman deyirdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi fikirlərini söyləyən ölkə Prezidenti cənab İlham Əliyev Silahlı Qüvvələrimizin keçdiyi döyüş yollarından, ordumuzun göstərdiyi qəhrəmanlıqlardan və canları, qanları bahasına bu tarixi Zəfərin qazanılmasından ətraflı bəhs edərkən demişdir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycanın sülh tərəfdarı olan bir ölkə kimi mövqeyi Cənubi Qafqazda və regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm nüfuz sahibi olması bölgənin sosial-iqtisadi inkişafına, sülhün bərqərar olmasına mühüm töhfələr verməkdədir və Ermənistan Azərbaycanın bu sülhsevər mövqeyini dəyərləndirməlidir.
Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Ermənistan höküməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlər səmərəsizdir və bu cür təxribat xarakterli addımlar Ermənistanın özü üçün böyük təhlükədir.
Bu gün Azərbaycan Cənubi Qafqazda və regionda birgə əməkdaşlığın və sülhün tərəfdarı olan bir ölkə kimi çox böyük önəm daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu, ölkənin ərazi bütövlüyünü, tarxi ədaləti, beynəlxalq ədaləti bərpa etmişdir.
Xəbər lenti
Hamısına bax
Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

İqtisadiyyat
30 Sentyabr 21:32

Gündəm
30 Sentyabr 21:19

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Gündəm
30 Sentyabr 19:57

Sosial
30 Sentyabr 19:49

YAP xəbərləri
30 Sentyabr 19:23

YAP xəbərləri
30 Sentyabr 19:02

Gündəm
30 Sentyabr 18:55
YAP xəbərləri
30 Sentyabr 18:45

Gündəm
30 Sentyabr 18:44

YAP xəbərləri
30 Sentyabr 18:42

YAP xəbərləri
30 Sentyabr 17:26

Hərbi
30 Sentyabr 17:19

Gündəm
30 Sentyabr 17:18

Gündəm
30 Sentyabr 17:18

YAP xəbərləri
30 Sentyabr 16:44

Elanlar
30 Sentyabr 16:38

YAP xəbərləri
30 Sentyabr 16:24

Xəbər lenti
30 Sentyabr 15:54

Siyasət
30 Sentyabr 15:44

Sosial
30 Sentyabr 15:28

Hadisə
30 Sentyabr 15:25

İqtisadiyyat
30 Sentyabr 15:23

İqtisadiyyat
30 Sentyabr 15:21

Siyasət
30 Sentyabr 15:19

YAP xəbərləri
30 Sentyabr 15:17

YAP xəbərləri
30 Sentyabr 15:13

Elanlar
30 Sentyabr 15:07

YAP xəbərləri
30 Sentyabr 14:23

YAP xəbərləri
30 Sentyabr 14:17

YAP xəbərləri
30 Sentyabr 14:13

YAP xəbərləri
30 Sentyabr 13:50

YAP xəbərləri
30 Sentyabr 13:48

MEDİA
30 Sentyabr 13:32

Sosial
30 Sentyabr 13:30

İdman
30 Sentyabr 13:29

Gündəm
30 Sentyabr 12:14

Gündəm
30 Sentyabr 11:49

YAP xəbərləri
30 Sentyabr 11:44

YAP xəbərləri
30 Sentyabr 11:42

Siyasət
30 Sentyabr 11:26

Siyasət
30 Sentyabr 11:10

İqtisadiyyat
30 Sentyabr 10:52

Siyasət
30 Sentyabr 10:39

İqtisadiyyat
30 Sentyabr 10:13

İqtisadiyyat
30 Sentyabr 09:50

Analitik
30 Sentyabr 09:36

Analitik
30 Sentyabr 09:12

Sosial
30 Sentyabr 08:59

MEDİA
30 Sentyabr 08:25

Gündəm
30 Sentyabr 07:42

YAP xəbərləri
29 Sentyabr 23:34

YAP xəbərləri
29 Sentyabr 23:11

YAP xəbərləri
29 Sentyabr 22:46

YAP xəbərləri
29 Sentyabr 22:28

YAP xəbərləri
29 Sentyabr 21:51

YAP xəbərləri
29 Sentyabr 21:15
YAP xəbərləri
29 Sentyabr 20:43

YAP xəbərləri
29 Sentyabr 20:10

YAP xəbərləri
29 Sentyabr 19:47

YAP xəbərləri
29 Sentyabr 19:18

YAP xəbərləri
29 Sentyabr 19:06
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
