Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 30 illik həsrətə son qoyan Tarixi Zəfər!

30 illik həsrətə son qoyan Tarixi Zəfər!

26.09.2025 [14:07]

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.  Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Şəhidlər  təkcə 27 sentyabr tarixində deyil, hər an, hər zaman bizim qəlbimizdə, bizim yaddaşımızdadır.Çünki, 2020-ci il  Azərbaycan xalqını 30 il həsrətində olduğu torpaqlara  qovuşdurdu.  Bu tarixi bizə Vətən uğrunda öz canlarını fəda edən Şəhidlərimiz, Vətən uğrunda öz sağlamlıqlarını itirən Qazilərimiz, Vətən uğrunda vuruşan müharibə iştirakçılarımız  bəxş etdilər.  Şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, Azərbaycan adlı xalqa böyük fəxarət yaşatdılar.  2020-ci il bütün azərbycanlıların və Azərbaycansevərlərin yaddaşında əbədi qalacaqdır.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın yaşayış məntəqələrinin və döyüş mövqelərinin  şiddətli  artilleriya atəşinə tutması səbrimizi daşıracaq son damla oldu.  Düşməni artıq yerindəcə məhv etmək, onun təcavüzünə son qoymaq məqamı yetişmişdi. İllərdir səbr  edən  xalqımız bir anda səfərbər və tək yumruq oldu.  Azərbaycan  Ordusu  düşmənə qarşı öz ərazilərində  əməliyyat apardı.  Məkrli düşmənin bu hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabr 2020-ci il tarixində dərhal bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamaq haqqında əmr verdi.  Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə ərzində ölkəmizin ərazi bütövlüyünü və  tarixi ədaləti bərpa etdi!

Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr   noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə  Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır. Beləliklə, Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi.  Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Qazanılan mütərrəqi zəfərlə  ərazi bütövlüyümüz təmin edildi,  ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu,  milli birliyimiz daha da möhkəmləndi,  BMT-nin Dağlıq Qarabağla əlaqədar kağız üzərində qalan qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu,  yalançı erməni uydurmaları ifşa olundu,  Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı 44 günlük müharibə ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini,  iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. 

Dünyanın hansı  guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi  Prezident İlham Əliyevin ətrafında birləşdi. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq.

27 sentyabr tarixində başlanan haqq uğrunda Vətən Müharibəsi Azərbaycan xalqının gücünü, milli həmrəyliyini, dövlət və xalq birliyini bir daha bütün dünyaya göstərdi. Bütün dünya Azərbaycan xalqının və dövlətinin möhtəşəm qüvvəsinin şahidi oldu.

44 günlük Vətən müharibəsinin başlamasından artıq beş il ötür.

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

Samirə Zeynalova,

YAP Tərtər Rayon Təşkilatının mühasibi

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31