Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi

Sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi

26.09.2025 [11:35]

Hazırda Azərbaycan dünyada multikulturalizmi davamlı olaraq təşviq edən azsaylı dövlətlər sırasında yer alır. Ölkəmiz tolerant mühitə malikdir. Milli-dini fərqliliklər bizim üçün ayrıcı xətlər yaratmır, əksinə, Azərbaycanın milli gücünü artırır. Taleyüklü məqamlarda respublikamızdakı bütün konfessiyaların təmsilçiləri sıx həmrəylik nümayiş etdirməklə ümummilli hədəflərə nail olunmasında fəal şəkildə iştirak edirlər.

Bunun təsdiqi olaraq elə bu günlərdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər. Sənəddə xüsusi olaraq vurğulanıb ki, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və xeyir-dualarını verirlər.

Böyük qələbələrimizin və sülh diplomatiyasının əsas memarı

Müstəqil Azərbaycan 2020-ci ildən bu yana son 200 illik tariximizin ən böyük zəfərlərini qazanıb. Tarix boyunca yadellilər Azərbaycana saysız-hesabsız hücumlar ediblər və torpaq itkilərinə məruz qalmışıq, sərhədlərimiz zaman-zaman kiçilib. Təkcə XX yüzillikdə imperiya mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi şəhərimiz İrəvan, Zəngəzur mahalı Azərbaycandan qoparılaraq Ermənistana verilib, azərbaycanlılar bir yüzillikdə dörd dəfə amansız deportasiyalarla üzləşiblər. 44 günlük müharibədə isə Ordumuz Zəfər çaldı, biz ilk dəfə olaraq torpaqlarımızı itirmədik, əksinə, ərazi bütövlüyümüzü hərbi-siyasi yolla təmin etdik. Bunun davamı olaraq isə  2023-cü il sentyabr ayının 19-20-də Silahlı Qüvvələrimiz Xankəndidə, Xocalıda və Ermənistanın hərbi birləşmələrinin qaldığı digər ərazilərimizdə lokal xarakterli antiterror əməliyyatı həyata keçirdi. Bu əməliyyat da uğurlu oldu - cəmi 23 saat ərzində separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Beləliklə də, Qarabağda separatizmin kökü tamam kəsildi, Azərbaycanın bütün ərazisində suverenliyimiz tam təmin olundu. Müstəsna önəm daşıyan qələbələrimiz tarixdə əbədi qalacaq və daim bizim qürur mənbəyimiz olacaq.

Cari il avqustun 8-də isə Azərbaycan xalqı Vaşinqtondan sülh müjdəsi aldı. Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə bir sıra mühüm razılaşmaların yer aldığı birgə Bəyanat verdilər, iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar, Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət ünvanladılar. Vaşinqtonda əldə olunan razılaşmalar bir daha təsdiqləyir ki, dünya Azərbaycanın sülh gündəliyini qəbul edir. Bu, Azərbaycan diplomatiyasının zəfəridir.

Hərb meydanında qazanılan qələbələrin və sülh diplomatiyasının əsas memarı isə Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Praqmatik siyasətçi olan, hər zaman milli maraqlardan çıxış edən dövlətimizin başçısı otuz illik işğal dövründə ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Onun aldığı qərarlar, gördüyü tədbirlər Ordunu və cəmiyyəti ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir vəziyyətə gətirdi. Müzəffər liderimiz 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının başlaması üçün ən uyğun vaxt seçdi. Postmüharibə mərhələsində isə İlham Əliyev sülh diplomatiyasının təşəbbüskarı oldu. Məhz Onun titanik səyləri ilə Azərbaycanla - Ermənistan arasında tənzimləmə prosesi Vaşinqtonda məntiqi sonluğa çatdı.

Ölkəmizdə 2025-ci il Prezident İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncama əsasən “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il müstəqil Azərbaycanın  ilk Konstitusiyasının (Əsas Qanununun) qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəmizin 5-ci ildönümüdür. Din xadimləri “Konstitusiya və Suverenlik İli”ndə  - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına Vaşinqtondan gələn sülh müjdəsinin sevincini yaşatdığına görə tarixi zəfərlərimizin və barış diplomatiyasının əsas memarı olan Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə ediblər. “Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi”, - deyə bəyanatda vurğulanır.

Vaşinqtonda əldə olunan tarixi nailiyyət

Vaşinqton zirvəsində əldə olunan razılaşmaların əhatə dairəsi kifayət qədər genişdir. Əvvəla, Prezident İlham Əliyevin Vaşinqtonda böyük hörmətlə qarşılanması, Onun Donald Trampla görüşü Azərbaycan - ABŞ münasibətlərində əvvəlki administarsiya dönəmində yaranan qara səhifəni çevirib. Ağ Evin yeni rəhbərliyi Prezident İlham Əliyevin timsalında Azərbaycana rəğbətini ifadə edib. İmzalanan sənədlərlə ikitərəfli əməkdaşlıqda yeni səhifə açılıb. Vaşinqton görüşünün nəticəsi olaraq “Azadlığa dəstək aktı”na 907-ci düzəliş ləğv edilib.  Xatırladaq ki, Konqres tərəfindən 1992-ci ildə qəbul edilmiş “Azadlığa dəstək aktı” qanunu sosialist sistemin dağılmasından sonra öz müstəqilliyini elan etmiş dövlətlərə ABŞ tərəfindən yardımın göstərilməsini ehtiva edib. Lakin 1992-ci ilin oktyabr ayında ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan  “Azadlığa dəstək aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb. Bu bədnam düzəlişə əsasən Azərbaycan ölkəmiz üçün çətin dönəmlərdə ABŞ-ın birbaşa  yardımlarından məhrum qalıb. Sonra 2001-ci ildə bu sanksiyalar dayandırıldı, çünki ABŞ hökumətinin Əfqanıstanda Azərbaycanın köməyinə ehtiyacı var idi. 2023-cü ildə isə keçmiş administrasiyanın 907-ci düzəlişi yenidən qüvvədə saxlaması Azərbaycan üçün gözlənilməz oldu. Din xadimləri ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə şəkildə ləğv edilməsini Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezident cənablarının şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı olduğunu bildiriblər.

Vaşinqton razılaşmalarının əsas müddəalardan biri ərazi bütövlüyü ilə bağlıdır. Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. Vaşinqton razılaşmalarının məntiqi davamı olaraq ATƏT-in Minsk qrupu de-yure ləğv olunub. Bu, o anlama gəlir ki, keçmiş münaqişə beynəlxalq gündəlikdən çıxarılıb. Eləcə də, bəyanatda vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Bütövlükdə , din xadimləri Vaşinqton zirvəsinin nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi dəyərləndiriblər. “Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır”, - deyə bəyanatda vurğulanıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Analitik

Sosial

MEDİA

Paytaxtda mühüm tədbir...

30 Sentyabr 08:25  

Gündəm

Nilayların ümid yeri...

30 Sentyabr 07:42  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31