Müzakirələr başlayır...
26.09.2025 [09:34]
Rusiyaya qarşı Aİ-nin 19-cu sanksiya paketində nələr var?
Avropa İttifaqı ölkələrinin səfirləri bu həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirəsinə hazırlaşır. Belə ki, “EUObserver” portalının məlumatına görə, sentyabrın 26-da Brüsseldə baş tutacaq Avropa Komissiyasının müzakirələrində 19-cu sanksiya paketi çərçivəsində Rusiya, Hindistan və Çin müəssisələri üçün ixracata nəzarətin sərtləşdirilməsi, həmçinin bir sıra kimyəvi maddə, filiz, metal və duz ixracatına qadağa qoyulması ilə bağlı təkliflər irəli sürüləcək. Bundan başqa, AK Çin də daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı Rusiyanın hərbi-sənaye kompleksinə kömək etdikləri üçün sanksiya tətbiq etməyi, o cümlədən xaricdə Rusiyanın “Mir” ödəniş sisteminə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini də planlaşdırır. AK-nin müzakirələrində, həmçinin “Rosneft” və “Qazprom neft” şirkətlərinin iştirakı ilə bütün əməliyyatların tam qadağan edilməsi və digər ölkələrin bir sıra banklarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsi barədə məsələlərə də diqqət yetiriləcək.
Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına nə dərəcədə təsir edib?
Bir çox ekspertlər qeyd edirlər ki, Aİ-nin bu günə qədər qəbul etdiyi sanksiya paketləri Rusiyanın iqtisadiyyatına o qədər güclü təsir göstərə bilməyib. Onların fikrincə, Aİ rəsmiləri bu barədə düzgün proqnoz aparmayıblar. Ekspertlər hesab edirlər ki, Rusiya öz xam neftini və neft məhsullarını alternativ bazarlara - Çin, Hindistan və Braziliya bazarına çıxarmaq, habelə müharibə iqtisadiyyatı strategiyası tətbiq etməklə qismən olsa da Qərbin sanksiyalarını neytrallaşdıra bilib. Hazırda 19-cu sanksiya paketi ətrafında müzakirələr aparılsa da, ekspertlər bu sanksiya paketinin də təsirli olmasına şübhə ilə yanaşırlar. Amma bəzi ekspertlər tam fərqli fikirdədirlər - onlar vurğulayırlar ki, artıq Rusiya iqtisadiyyatında ciddi narahatlıqlar müşahidə olunur, rubl dəyərini itirir və sosial-iqtisadi problemlər günü-gündən artır. Belə fikirdədirlər ki, müharibə iqtisadiyyatı strategiyası davamlı olmayacaq - müəyyən müddətdən sonra Rusiya iqtisadiyyatı daha ağır böhranla üzləşəcək, ölkəyə bir çox istiqamətlərdən gələn gəlir imkanları məhdudlaşacaq, müharibəni maliyyələşdirən mənbələr sıradan çıxacaq, büdcə kəsiri artacaq və ölkədə sosial-iqtisadi vəziyyət kəskinləşəcək.
Yalnız ABŞ bu məsələdə öz gücünü göstərə bilər
Ekspertlər belə qənaətə gəliblər ki, Rusiyanın iqtisadiyyatına ən ağır zərbəni yalnız ABŞ vura bilər - bunun üçün Vaşinqtonun əlində ən güclü və effektli təsir rıçaqları var. Hesab edirlər ki, Aİ-nin sanksiya paketləri ABŞ-ın sanksiya paketləri qədər geniş təsirə malik ola bilməz. Əgər Tramp administrasiyası Moskvaya qarşı yeni sanksiyalar tətbiq edərsə, bu, Rusiya iqtisadiyyatını daha da sarsıdacaq. Ekspertlər belə bir mövqedədirlər ki, Aİ bu məsələdə ABŞ-ın dəstəyindən asılıdır, yalnız ABŞ öz gücünü və qüdrətini göstərmək iqtidarındadır və hər iki tərəf Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq olunmasında birgə hərəkət etməlidir.
19-cu sanksiya paketində Rusiyanın hansı sektorları hədəf? alınıb?
Aİ-nin 19-cu sanksiya paketinin meyarları ictimaiyyətə açıqlanmasa da, sosial mediada dolaşan məlumatlara görə, bu paketdə Rusiyanın enerji bazarlarına, rəqəmsal texnologiyalara və müasir avadanlıqlara çıxış imkanlarının məhdudlaşdırılması, Rusiya ilə gizli əməkdaşlıq edən Avropa şirkətlərinə qarşı sərt tədbirlərin görülməsi, o cümlədən bir çox rus şirkətlərinin sanksiya siyahısına əlavə edilməsi ilə bağlı məsələlər öz əksini tapacaq. Bu paketdə, əsasən Rusiyanın neft sektoru, müdafiə-sənaye kompleksi və xüsusi əhəmiyyət kəsb edən sənaye sektorları hədəfdə olacaq. Aİ-nin növbəti sanksiya paketinə Rusiyadan xam neft və neft məhsulları idxal edən Çin, Hindistan, Braziliya və digər üçüncü ölkələrin şirkətlərinə qarşı sərt tədbirlərin görülməsinə dair müddəaların daxil edilməsi də gözlənilir.
ABŞ Aİ-dən tələb edir
Ağ Ev NATO-dakı avropalı müttəfiqlərini Rusiyaya qarşı sanksiya məsələsinə ciddi yanaşmağa çağırır. Qeyd edək ki, bir müddət bundan öncə ABŞ Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib ki, Avropa ölkələri Vaşinqtondan Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb etməzdən öncə ilk növbədə özləri eyni məhdudiyyətləri tətbiq etməlidirlər. Rubio bildirib ki, Avropada hələ də Rusiya mallarını, o cümlədən Rusiya neftini alan ölkələr var. “Prezident Avropadakı tərəfdaşlarımıza çağırış edib ki, onlar bizdən tələb etdikləri sanksiyaları özləri də tətbiq etsinlər. Əgər bu məsələyə, həqiqətən sadiqdirlərsə, biz onları bu istiqamətdə konkret addımlar atmağa təşviq etmək istəyirik”, - deyə dövlət katibi vurğulayıb. ABŞ Prezidenti Donald Tramp da sentyabrın 13-də bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birlikdə hərəkət edərsə və Rusiya neftinin alışını dayandırarsa, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır. “Mən Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyə hazıram, amma yalnız o halda ki, bütün NATO ölkələri buna razılaşsın və eyni addımı atsın, həmçinin bütün NATO ölkələri Rusiyadan neft idxalını dayandırsın,” - deyə Tramp bildirib. ABŞ prezidentinin çağırışlarına baxmayaraq, Aİ-də bəzi ölkələr, xüsusilə Macarıstan və Slovakiya Rusiya ilə enerji münasibətlərini davam etdirməkdə maraqlıdır. Hər iki ölkənin dövlət rəsmiləri bəyan ediblər ki, Budapeşt və Bratislava Rusiyadan neft idxalını dayandırmayacaq.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
30 Sentyabr 23:35

YAP xəbərləri
30 Sentyabr 23:14

Xəbər lenti
30 Sentyabr 22:41

YAP xəbərləri
30 Sentyabr 22:18

Dünya
30 Sentyabr 21:45

İqtisadiyyat
30 Sentyabr 21:32

YAP xəbərləri
30 Sentyabr 21:15

Dünya
30 Sentyabr 20:50

YAP xəbərləri
30 Sentyabr 20:32

YAP xəbərləri
30 Sentyabr 20:08

Sosial
30 Sentyabr 19:49

Gündəm
30 Sentyabr 19:37

YAP xəbərləri
30 Sentyabr 19:23

YAP xəbərləri
30 Sentyabr 19:02

Gündəm
30 Sentyabr 18:55
YAP xəbərləri
30 Sentyabr 18:45

Gündəm
30 Sentyabr 18:44

YAP xəbərləri
30 Sentyabr 18:42

YAP xəbərləri
30 Sentyabr 17:26

Hərbi
30 Sentyabr 17:19

Gündəm
30 Sentyabr 17:18

Gündəm
30 Sentyabr 17:18

YAP xəbərləri
30 Sentyabr 16:44

Elanlar
30 Sentyabr 16:38

YAP xəbərləri
30 Sentyabr 16:24

Xəbər lenti
30 Sentyabr 15:54

Siyasət
30 Sentyabr 15:44

Sosial
30 Sentyabr 15:28

Hadisə
30 Sentyabr 15:25

İqtisadiyyat
30 Sentyabr 15:23

İqtisadiyyat
30 Sentyabr 15:21

Siyasət
30 Sentyabr 15:19

YAP xəbərləri
30 Sentyabr 15:17

YAP xəbərləri
30 Sentyabr 15:13

Elanlar
30 Sentyabr 15:07

YAP xəbərləri
30 Sentyabr 14:23

YAP xəbərləri
30 Sentyabr 14:17

YAP xəbərləri
30 Sentyabr 14:13

YAP xəbərləri
30 Sentyabr 13:50

YAP xəbərləri
30 Sentyabr 13:48

MEDİA
30 Sentyabr 13:32

Sosial
30 Sentyabr 13:30

İdman
30 Sentyabr 13:29

Gündəm
30 Sentyabr 12:14

Gündəm
30 Sentyabr 11:49

YAP xəbərləri
30 Sentyabr 11:44

YAP xəbərləri
30 Sentyabr 11:42

Siyasət
30 Sentyabr 11:26

Siyasət
30 Sentyabr 11:10

İqtisadiyyat
30 Sentyabr 10:52

Siyasət
30 Sentyabr 10:39

İqtisadiyyat
30 Sentyabr 10:13

İqtisadiyyat
30 Sentyabr 09:50

Analitik
30 Sentyabr 09:36

Analitik
30 Sentyabr 09:12

Sosial
30 Sentyabr 08:59

MEDİA
30 Sentyabr 08:25

Gündəm
30 Sentyabr 07:42

YAP xəbərləri
29 Sentyabr 23:34

YAP xəbərləri
29 Sentyabr 23:11

YAP xəbərləri
29 Sentyabr 22:46

YAP xəbərləri
29 Sentyabr 22:28

YAP xəbərləri
29 Sentyabr 21:51

YAP xəbərləri
29 Sentyabr 21:15
YAP xəbərləri
29 Sentyabr 20:43

YAP xəbərləri
29 Sentyabr 20:10

YAP xəbərləri
29 Sentyabr 19:47

YAP xəbərləri
29 Sentyabr 19:18

YAP xəbərləri
29 Sentyabr 19:06

YAP xəbərləri
29 Sentyabr 18:49
B | Be | Ça | Ç | Ca | C | Ş |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
