Həmrəyliyə aparan yol!
11.07.2025 [10:11]
Vətən naminə birləşmək hər birimizin borcudur...
“Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var Azərbaycançılıq məfkurəsi! Arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar hər zaman bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.
Prezident İlham Əliyev
Vətən hər birimizin güvən yeri, qürur mənbəyidir. Bu gün Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, milli maraqlarımızın qorunması istiqamətində səmərəli fəaliyyət göstərilməsi böyük əhəmiyyət kəsb edir. Həmin işlərin görülməsində diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi üçün addımlar atılıb. Bunun nəticəsidir ki, xaricdə yaşayan soydaşlarımız həqiqətlərimizin təbliğatı naminə səylərini hər keçən gün artırır. Dünya azərbaycanlılarının həmrəyliyi milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə birləşdirir. Yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporu artıq fəaliyyətini daha əzmlə, qürurla və var gücü ilə davam etdirir.
23 dildə 500-dən çox bəyanat
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2020-ci ildə Azərbaycan diasporu kifayət qədər mütəşəkkillik göstərdi: “44 günlüek hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, həlak olan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yadımlar gündərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydu”.
ABŞ, Kanada, Almaniya, Fransa, Niderland, Polşa və digər ölkələrin bir sıra şəhərlərində Azərbaycan həqiqətlərini əks etdirən 100-ə yaxın afışa və posterlər yerləşdirildi. Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə, Azərbaycana dost xalqların diaspor nümayəndələri vasitəsilə Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Ukrayna daxil olmaqla 14 ölkənin mediasında 45 məqalə yayımlanıb, ümumilikdə isə Tovuz təxribatlarından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib. Eyni zamanda, Tovuz təxribatları, Ermənistanın işğalçılıq siyasəti, ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub Azərbaycan Diaspor Könüllüləri, xaricdə və Azərbaycanda yaşayan gənclər vasitəsilə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərilib.
Dövlət Komitəsinin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq bəyanat göndərdi. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olundu”.
Daha çox işlər görməliyik...
Deputat qeyd edib ki, Azərbaycan diasporu bu gün təşkilatlanmış formadadır: “Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün vacib və lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları yaradılıb, onlar Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışırlar. Son illər xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bizim diasporun qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, bugünkü reallıqlarımızı dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır. Lakin bununla kifayətlənməli deyilik. Çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

