Müharibə 3 aya bitəcək?
20.02.2024 [10:40]
Borrel ya reallıqları görmür, ya da...
NARDAR
Rusiya-Ukrayna münaqişəsinin başlamasından iki il ötür. 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub.
Bu günlərdə sözügedən regionda yenidən vəziyyət dəyişib. Belə ki, Rusiya ordusu Ukrayna qoşunlarının geri çəkilməsindən sonra strateji mövqeyə malik Avdiyevka şəhərinə girib. Qərb mətbuatı bunu “Rusiyanın Baxmutdan sonra ən böyük uğuru” adlandırır. Müharibənin ikinci ilinin başa çatmasına az qaldığı bir vaxtda Rusiya Müdafiə Nazirliyi qoşunların 1000 km uzunluğundakı cəbhə xəttinin həmin hissəsində təxminən 9 km irəlilədiyini bəyan edib.
Son günlərdə müşahidə olunan vəziyyət isə həm də Qərbin “sözünə güvənməməyin lazım gəldiyini” bir daha ortaya çıxardı. Maraqlıdır ki, elə Qərb mətbuatı baş verənlərin səbəbini NATO müttəfiqləri tərəfindən Kiyevə hərbi yardımın azaldılması ilə əlaqələndirir. Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyil. Eləcə də, Avropa İttifaqı ölkələri arasında Kiyevə hərbi yardımla bağlı fərqli yanaşmalar var. Qarşıdakı zaman üçün isə yeni “yardımlar” nəzərdə tutulur. Məsələn, Kiyevin F-16 qırıcıları ilə təmin olunacağı ilə bağlı məsələ müzakirə edilir.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrel Münxen Təhlükəsizlik Konfransında bildirib ki, Ukraynadakı münaqişə üç ay ərzində həll olunacaq. Onun sözlərinə görə, müttəfiqlər Kiyevə yardımı artırmalıdır. O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişədə qalib ənənəvi döyüş üsulları ilə deyil, pilotsuz təyyarələrin və süni intellektin geniş tətbiqi ilə müəyyənləşəcək. Borrel müttəfiqləri daha sürətli qərarlar qəbul etməyə çağırıb: “Mən düşünmürəm ki, ən yüksək siyasi, orta səviyyəli insanlar və ictimai rəy çox fərqli yanaşma tələb edən vəziyyətdə olduğumuzu başa düşür. “Gələn ay Xarici İşlər Nazirləri Şurasında buna baxaq” deməklə iş bitmir. Xeyr, üç aydan sonra vəziyyət döyüş meydanında artıq həll olunacaq”.
O, həmçinin bildirib ki, Avropa ölkələri Kiyevə yeni silah növləri tədarük etməkdə tərəddüd edir. Borrelin fikrincə, Avropa İttifaqı daha qətiyyətli hərəkət etsəydi, müharibə zonasında vəziyyət başqa cür inkişaf edəcəkdi: “Mən bir neçə gün əvvəl Kiyevdə idim, pilotsuz təyyarələr zavodunu ziyarət etdim və əminəm ki, bu müharibənin gələcəyini pilotsuz uçuş aparatları və döyüş meydanında süni intellektin effektivliyi müəyyən edəcək”.
C.Borrelin bu açıqlaması nədən xəbər verir? Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Rusiya ordusunun cəbhədə irəlilədiyi bir vaxtda Borrelin bu fikirləri təəccüblüdür. Məlumdur ki, Rusiya bugünlərdə Ukraynanın Avdiyevka şəhərini də ələ keçirib. Politoloqin fikrincə,
Aİ-nin ali nümayəndəsinin bu açıqlaması Ukraynanı mövcud reallıqlarla barışdırmaq mahiyyəti daşıyır: “Borrelin dediyi vaxt çərçivəsində Ukraynanın öz ərazilərini əks-hücumla azad etməsi inandırıcı deyil. Çünki Kiyevin belə potensialı da yoxdur. Aİ və ABŞ Kiyevə yeni hərbi yardımla bağlı vədlər verib. Amma müharibə o qədər ağrılıdır ki, Qərbin və Ukraynanın maraqları çərçivəsində problemin həlli asan deyil”.
İ.Hüseynovun sözlərinə görə, Rusiya ilə Qərb arasında ziddiyyətlər o qədər dərindir ki, hətta ən səmimi jestlər belə münasibətləri əvvəlki səviyyəyə qaytara bilməyəcək. “Doğrudur, Qərb dövlətləri son vaxtlar Kiyevə hərbi yardımları artırmaq barədə qərarlar qəbul ediblər. Amma bu yardımların müharibənin taleyini həll edəcəyi inandırıcı görünmür. Çünki Rusiya sıradan bir dövlət deyil, güclü ordusu var. Bütün bunların fonunda Borrel məlum açıqlamanı verərkən ya reallıqları dərk etmir, ya da məsələ Ukraynanın məğlubiyyətinə hesablanıb”,-deyə həmsöhbətimiz vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51

