Dost və etibarlı tərəfdaş...
01.03.2023 [10:40]
Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirirmi?
N.BAYRAMLI
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana ikigünlük səfər etdi. Fevralın 27-28-də baş tutan səfər zamanı iki ölkə arasında münasibətlər, eləcə də, Cənubi Qafqaz regionunda vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunub. Rusiyanın Xarici İşlər Nazirliyinin Sergey Lavrovun ölkəmizə səfər proqramı haqqında yaydığı məlumatda deyilirdi ki, bu səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edir. “Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - deyə məlumatda bəyanatda qeyd edilib.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da çıxışlarında Azərbaycanı dost və tərəfdaş kimi gördüklərini ifadə edib. Əlbəttə ki, ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiyadır. Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini, həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Elə bir fəaliyyət sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin. Ölkələrimiz arasında siyasi dialoq da yüksək səviyyədədir. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur. Bütün bunların fonunda, Rusiya tərəfinin Azərbaycanı özünə dost və etibarlı tərəfdaş hesab etməsi tamamilə məntiqlidir.
Bəs Rusiya necə? Dost və müttəfiq kimi özünü təsdiq edə bilibmi? Təəssüf ki, Azərbaycan qarşı tərəfdən bunu hələ tam görə bilmir. Bu, xüsusilə regionda baş verən proseslərlə əlaqəlidir. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın
10-da Rusiyanın vasitəçiliyi ilə başa çatdı. Həmin dövrdə və sonrakı mərhələdə Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli razılaşmalarda Qarabağda yaşayan ermənilərə hansısa bir “status” verilməsindən, “Dağlıq Qarabağ münaqişəsi”ndən ümumiyyətlə söhbət açılmırdı. Ancaq Praqadan sonra Soçidə baş tutan görüş ərəfəsində Rusiya rəsmilərinin bəzi fikirləri Azərbaycan cəmiyyətində ciddi narahatlıqlar doğurdu. Belə ki, Soçi görüşündən əvvəl Rusiya rəsmiləri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı müzakirələr aparılması təklifini səsləndirdilər. Azərbaycan bu təklifi qətiyyətlə rədd etdi. Eləcə də, “münaqişənin həllinin gələcəyə saxlanılması”, “Qarabağ ermənilərinin statusuna gələcəkdə baxılması” kimi tezislər dövriyyəyə buraxıldı. Şimal qonşumuz, həmçinin bir il bundan əvvəl - 22 fevral 2022-ci il tarixində imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərin bəzilərini hələ də yerinə yetirmir. Həmin sənədin 11-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Bu gün Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının məsuliyyət zonasında erməni separatizmi davam edir. Erməni hərbçiləri bu ərazidə bir neçə dəfə silahlı təxribatlar törədiblər. Erməni hərbçiləri, həmçinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardıqları Azərbaycan ərazilərində mina terrorunu davam etdirirlər. Ötən iki ildə Laçın dəhlizi ilə 2021-ci ildə Ermənistanda istehsal olunan minalar daşınıb və həmin sursatlar ən ağlagəlməz yerlərdə basdırılıb. Bundan başqa, milyarder Ruben Vardanyan Moskvadan Xankəndiyə xüsusi gündəliklə göndərildi. Vardanyan burada ölkəmizə qarşı iddialar səsləndirir, faktiki olaraq erməni əsilli Azərbaycan vətəndaşlarını dövlətimizə qarşı silahlı mübarizəyə çağırırdı. Bütün bu kimi faktlar Azərbaycanın suveren hüquqlarına qarşı yönəlib. Halbuki, müttəfiqlik bəyannaməsinin 11-ci bəndinə əsasən Rusiya Ruben Vardanyanın Qarabağdakı separatçı fəaliyyətinin qarşısını almalı idi. Amma bu məsələdə susqunluq nümayiş etdirdi. Məhz dövlətimizin prinsipial mövqeyi nəticəsində Vardanyan Qarabağdakı “statusundan” məhrum oldu.
Eyni zamanda, 10 noyabr razılaşmalarına əsasən Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişə şərait yaratmalıdır. Lakin iki ildən çox keçsə də, rəsmi İrəvan bu yolun açıqlmasından imtina edir. Rusiya bu məsələdə Paşinyan hakimiyyətinə təsir etməlidir.
Bütün bunların fonunda Azərbaycan Rusiyadan dostluq, tərəfdaşlıq müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsini gözləyir. Ona görə də, şimal qonşumuz münasibətlərin səmimiliyi ilə bağlı adekvat addımlar atmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

