Paşinyanın Moskvaya səfəri Azərbaycanın diplomatik qələbələrinin davamıdır
21.04.2022 [10:16]
Taleh AĞAVERDİYEV
Moskvaya ikigünlük rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqların yekunu olaraq 30 bənddən ibarət birgə bəyanat qəbul edilib.
Kremlin saytında dərc olunan bəyanatın mətninə əsasən, tərəflər, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında müntəzəm görüşlər çərçivəsində konstruktiv işin davam etdirilməsi və regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafının təmin edilməsi naminə üç liderin 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların ardıcıl həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Lakin, bəyanatın 24-cü bəndində bu ifadələrin olması narahatlıq doğurur: “Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, Dağlıq Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfə verdiyi vurğulanıb. Təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, Dağlıq Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini vurğulayıblar. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun beynəlxalq mandatına uyğun olaraq onun potensialından və təcrübəsindən istifadənin vacibliyi qeyd edilib”. Kremlin rəsmi saytında dərc edilmiş sənəddə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ nizamlanması” ifadələrinin işlədilməsi və Minsk Qrupunun (hansının ki, effektivliyi sıfıra bərabər olub) təcrübəsindən istifadənin qeyd edilməsi müsbət amil kimi qəbul edilə bilməz.
Bununa belə, Putin və Paşinyan Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün Üçtərəfli İşçi Qrupun fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini qeyd ediblər, 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli sazişlərə uyğun olaraq, delimitasiya və Ermənistan-Azərbaycan sərhədi zonasında təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə və Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
O cümlədən qeyd olunub ki, Rusiya tərəfi Ermənistanın dəmir yolu infrastrukturunun bərpası layihələrində iştirak etməyə hazırdır. Maraqlıdır ki, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsinə toxunaraq qeyd edib ki, Azərbaycan tərəfi dəmir yolunun ölkəmizin ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikib və tikintini gələn il tamamlayacaq, Ermənistan isə hələ işə başlamamışdır ki, bu da prosesin ləngiyə bilməsini göstərir.
Tərəflər həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayıb və 3+3 Məşvərət Regional Platformasının uğurla fəaliyyətə başladığını qeyd ediblər.
Paşinyanın səfərindən əvvəl Ermənistanda daxili siyasi vəziyyət kəskin şəkildə gərginləşdi. Brüsseldə Azərbaycanla əldə olunan razılaşmalar, eləcə də baş nazirin dərhal sülh danışıqlarına başlamaq və “Qarabağ məsələsində plankanı aşağı salmaq” çağırışları müxalif revanşistlərin, eləcə də erməni separatçılarının liderlərinin qəzəbli etirazına səbəb olub. Özü də, gözlənilmədən yeni etiraz dalğasının başına “Mənim şərəfim var” müxalifət fraksiyasının lideri Artur Vanetsyan keçib. Maraqlıdır ki, Brüsseldə keçirilən üçtərəfli görüşdən dərhal sonra Vanetsyan Moskvaya gedib və orada Ermənistan mətbuatının yazdığına görə, “sırf siyasi məqsədlər üçün” bir neçə görüş keçirib. Ehtimal etmək olar ki, Paşinyan komandasının keçmiş üzvü danışıqlar prosesini pozmaq istəyən erməni diasporu və Rusiyada müəyyən dairələrin nümayəndələri ilə görüşüb və onlardan müvafiq göstərişlər alıb.
Buna görə də ekspertlər Paşinyanın Moskvaya səfərinin əsas məqsədinin bu məsələdə Moskvanın siyasi dəstəyini əldə etmək olduğunu proqnozlaşdırırdılar. Birgə bəyanatın mətni isə açıq şəkildə göstərir ki, Rusiya Ermənistanın baş nazirinin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində tutduğu kursu birmənalı şəkildə dəstəkləyir və üstəlik, bu prosesin sürətləndirilməsinə çağırır. Bu baxımdan, danışıqlardan bir neçə saat sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının Qarabağdakı qanunsuz erməni birləşməsini tərksilah edərək, Çartar kəndi yaxınlığında artilleriya mövqeyini zərərsizləşdirməsi də bunu sübut edən bir faktdır.
Bəyanatın 12-ci bəndinə də diqqət yetirməyə dəyər. Bu bəndə əsasən, tərəflər “irqçilik, ksenofobiya, neonasizmin istənilən təzahürlərinə, habelə milliyyət, dil və ya dinə görə ayrı-seçkiliyə, o cümlədən Rusiyada və Ermənistanda yaşayan vətəndaşların və həmvətənlərin hüquq və qanuni mənafelərinə toxunan ayrı-seçkiliyə qarşı mübarizəni gücləndirmək barədə razılığa gəliblər”. Beləliklə, Rusiya Ermənistanda Qaregin Njde kimi nasist əlbirlərinin qəhrmənlaşdırılmasına, rusofobiyanın səviyyəsinin artmasına növbəti dəfə mənfi münasibətini bildirib, həmçinin erməni baş nazirə azərbaycanlılara və türklərə qarşı milli ədavəti qızışdıran dairələrə qarşı tədbirlər görülməsinin vacibliyinə eyham vurub.
Maraqlıdır ki, Paşinyan Moskva səfərindən əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə Brüssel razılaşmalarının icrasını müzakirə edib. Söhbət zamanı Paşinyan və Mişel Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iqtisadi və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması haqqında sazişin icrasını da müzakirə ediblər. Mümkündür ki, Avropa İttifaqı Şurasının rəhbəri Ermənistanın baş nazirinə eyham vurub ki, o, danışıqlar prosesini yenidən ləngitməyə cəhd etsə, Ermənistan bu vəsaiti almaya bilər. Digər bir versiya odur ki, telefon danışığında Rusiya ilə sıx əməkdaşlığa görə Ermənistana qarşı sanksiyaların tətbiqi ehtimalına da işarə edilib.
Bununa belə, bütün faktlar onu göstərir ki, sərt qarşıdurmaya baxmayaraq, həm Rusiya, həm də Aİ Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək Ermənistan-Azərbaycan münasibətlərinin həlli məsələsində heyrətamiz həmrəylik nümayiş etdirir. Bunu isə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi hesab etmək olar. Dövlət başçısının fəaliyyəti sayəsində Azərbaycan bu gün beynəlxalq siyasi arenada nüfuzlu fiqura çevrilib və dünyanın iki güc mərkəzinin qarşıdurması şəraitində tərəf seçimi qarşısında qalmayıb. Mövcud reallıqlarda Azərbaycan həm ciddi sanksiyaların tətbiq olunduğu Rusiya üçün, həm də Aİ üçün son dərəcə vacibdir: Avropanın Rusiya neft və qazından imtina etmək planlarını nəzərə alaraq, ölkəmiz enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bəlkə də elə buna görədir ki, Aİ və Paşinyanın Qərb himayədarları Ermənistanın Rusiya ilə sıx əlaqələrinə göz yumur, sanksiyalar tətbiq etmir və Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasına şərait yaradır.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
