Yalandan dalana...
16.04.2022 [09:31]
Məğlub Ermənistan qələbə qazana bilər - ancaq öz mifləri, ambisiyaları və siyasi hikkəsi üzərində
Nurlan QƏLƏNDƏRLİ
İrəvanın yeganə yolu - son şansı
Dünyanın geosiyasi gündəmi həm gərgin, həm də zəngindir. Çünki beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər müşahidə edilir. Belə bir vəziyyətdə və şəraitdə siyasi ekspertlər yeni dünya nizamının yaranmasından bəhs edirlər. Bu səpkidə müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazda baş verən proseslərə xüsusi diqqət yetirilir.
Bu da təsadüfi deyil, çünki hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, regionda bütün dövlətlər üçün faydalı və perspektivlidir. Müharibədə məğlub olan Ermənistan üçün də...
Əlbəttə, Azərbaycanın qarşısında ağır hərbi məğlubiyyətə düçar olmaq uzun illər yalanlarla silahlanmış, miflərlə yaşamış, ziddiyyətdən qidalanmış (və zəhərlənmiş) Ermənistan tərəfindən məyusluqla qarşılanır, faciə kimi qəbul edilir. Amma əslində, Azərbaycanın yaratdığı reallıq - yeni geosiyasi şərait Ermənistanın xilas yoludur, onun üçün siyasi nəfəslikdir. Bu yolda ilk addımı atmaq üçün isə gerçəkliyi qəbul etmək gərəkdir.
Biz İrəvana təsəlli vermək fikrində - niyyətində deyilik. Amma Ermənistan de-yure müstəqil olduğu 30 illik dönəmə nəzər salsa, nə itirdiyini və bundan sonra nə qazana biləcəyini anlayar. O da dərk olunar ki, məğlub ölkə qalibə çevrilə bilər - ancaq öz yalanları, mifləri, ambisiyaları, ictimai-siyasi hikkəsi üzərində qələbə çala bilər.
Amma öncə təftiş etməlidirlər - ölkəni iqtisadi tənəzzülə, siyasi xaosa, regional təcrid vəziyyətinə, məğlubiyyətə aparan faciənin səbəbləri nə olub?
- Siyasi-ideoloji virusa yoluxdular: tarixi saxtalaşdırmağa çalışdılar - “qədim xalq” olduqlarını iddia edərək, “böyük Ermənistan” xülyası ilə yaşayaraq qonşu ölkələrə (xüsusilə də, Azərbaycan və Türkiyəyə) qarşı ərazi iddiaları ilə çıxış etdilər;
- Bölgədə təsir imkanları olan böyük dövlətlərə - güc mərkəzlərinə sığınaraq müstəqil ölkə yox, geosiyasi alət olmağı seçdilər, müstəqil qərar qəbul, sərbəst hərəkət edə bilmədilər. Bir çox ictimai-siyasi hitlərin müəllifi olan Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan sadəcə olaraq forposta çevrildi. Müstəqillik məfkurəsindən, suverenlik ideyasından uzaq düşdü, siyasi ləyaqətsizlik nümunəsi yaratdı;
- Dövlətçilik ənənəsi formalaşdıra bilmədilər: elə erməni siyasətçilər, ekspertlər etiraf edirlər ki, tez-tez təkrarlanan siyasi böhran, xaos məhz dövlətçilik ənənələrinin olmamasından, xroniki hal almış ictimai-siyasi xəstəlikdən irəli gəlir. Həm iqtidar cəbhəsində, həm də müxalifət düşərgəsində yer alan siyasilər fərqli fikirlər səsləndirsələr də, söz və bəyanatların siyasi tərcüməsi bir reallığı ifadə edir: bu ölkədə nə cəmiyyətin, nə də siyasilərin təfəkküründə müstəqillik ideyası var. Xüsusilə, siyasi qruplaşmalar hansısa xarici geopolitik mərkəzlərə bağlı olduqlarını bəyan etməklə özlərini təsdiq etməyə, önə çıxarmağa və siyasi xal qazanmağa çalışırlar. Yəni fikirlərin, siyasi-ideoloji çağırışların cazibə qüvvəsi qismində müstəqil dövləti - Ermənistan adlı ölkəni deyil, xarici mərkəzləri göstərirlər. Bu, dövlətçilik ənənələri formalaşmamış Ermənistanın siyasi asılılıq sindromundan, forpostluq xəstəliyindən əziyyət çəkdiyini göstərir;
- Azərbaycanın Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirməsindən yararlana bilmədilər, bütün nəqliyyat və enerji layihələrindən kənarda qalaraq təcrid vəziyyətinə - geosiyasi autsayder durumuna düşdülər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan geosiyasi dalana çevrildi. İrəvanın davranışları və seçimləri təcrid vəziyyətini dərinləşdirdi - dalan statusunu gücləndirdi. Ermənistan özünü siyasi qeyri-müəyyənlik şəraitində hiss etdi, ağıllı qərar verə və konkret addım ata bilmədi, təkcə regional əməkdaşlıq mühitindən - yeni geosiyasi konfiqurasiyadan deyil, həm də eks-prezident Armen Sarkisyanın qeyd etdiyi kimi, tarixdən kənarda qaldı.
Əlbəttə, tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Unutmadan və xatırlayaraq - yalandan dalana aparan yol İrəvanın acizliyini, Ermənistanın rəzilliyini, ermənilərin isə faciəsini ortaya qoyub.
Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır - təbii ki, İrəvanın seçimlərindən asılıdır. Nəzərə almalıdırlar ki, Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Ona görə də İrəvanın bir yolu - son şansı var. 30 ilə yaxın müddət ərzində təkcə heç nə qazanmayan, təkcə vaxt itirməyən, çox ciddi itkilərə məruz qalan Ermənistan öz miqyasından daha böyük, siyasi mahiyyətindən daha dəyərli - heç vaxt olmadığı qədər ciddi uğur qazana bilər. Düşünmək vaxtıdır. Amma təkcə düşünmək yetməz!
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

