Makron artıq Azərbaycanca düşünür, Azərbaycanca yazır!
17.12.2021 [10:39]
Fransa prezidentinin paylaşımı vəziyyətin Azərbaycan Liderinin diktəsilə dəyişdiyini bir daha təsdiqlədi
Nurlan
Fransa prezidenti Emmanuel Makron dekabrın 15-də Belçikanın paytaxtı Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşü ilə bağlı rəsmi “facebook” hesabında paylaşım edib. Azərbaycan dilində edilən paylaşımda deyilir: “Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”.
Paylaşımla əlaqədar sosial şəbəkələrin Azərbaycan bölməsində yazılan rəylərdə ifadə olunan fikirlər diqqəti cəlb edir. Bir çox istifadəçilərin qənaətinə əsasən, Makron anlayır ki, Fransa Azərbaycan reallığını və Azərbaycanın yaratdığı reallıqları qəbul etməlidir. Bildirilir ki, Azərbaycan Prezidenti Makronu Azərbaycan dilində danışdırdı...
Sirr deyil ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri mandatını daşımasına baxmayaraq, münaqişənin həlli məsələsi ilə əlaqədar birtərəfli yanaşma ortaya qoyub. Bəhs olunan dövlətin bu qəbuledilməz mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib. 44 günlük müharibə dövründə də Makronun açıqlamaları Fransa hakimiyyətinin beynəlxalq hüquq normalarına zidd mövqe sərgilədiyini təsdiqləyib. Bir daha bəlli olub ki, Fransa Ermənistanın məğlubiyyəti ilə əlaqədar siyasi həzmsizlik sindromu yaşayır.
Amma Cənubi Qafqaz bölgəsinin lider dövləti - regional güc mərkəzi olan, münaqişəni öz hərbi-siyasi gücü ilə həll edən, status-kvonu da, statusu da cəhənnəmə göndərən Azərbaycan şərtləri diktə edir, postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvə - söz və nüfuz sahibidir. Azərbaycanın geostrateji iradəsi əsasında regionda yeni çoxtərəfli əməkdaşlıq platforması formalaşır və bu işbirliyi çətiri altında birləşmək yalnız iqtisadi mənfəət, siyasi dividend vəd edir. Bu prosesə isə süni müdaxilə etmək, reallıqları dəyişdirmək mümkün deyil. Ona görə də Makron ölkəsinin yeni geostrateji əməkdaşlıq mühitində yer alması üçün müəyyən cəhdlər göstərir, Fransanı yeni imicdə təqdim etməyə çalışır. Son zamanlar siyasi-diplomatik müstəvidə müəyyən fəallıq səyləri də məhz bununla bağlıdır.
Ən əsası, bu, Azərbaycanın gücünün, Prezident İlham Əliyevin siyasətinin və siyasi iradəsinin nəticəsidir. Şübhəsiz ki, hər kəs, o cümlədən Ermənistan reallıqları qəbul etməli və ona uyğun siyasi davranış sərgiləməlidir. Azərbaycanın yaratdığı reallıqlar fonunda onların başqa şansı - alternativ yolu yoxdur. Azərbaycan Cənubi Qafqazı toqquşma, qarşıdurma deyil, sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirib və praqmatik, konstruktiv mövqe sərgiləyən hər bir qüvvə yeni yaranan işbirliyi mühitində yer ala bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

