Ermənistanda siyasi isterika...
09.12.2021 [10:35]
Məğlub ölkə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır
Mübariz ABDULLAYEV
Qalib Azərbaycan 44 günlük müharibənin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da, cari il yanvarın 11-də və bir qədər bundan əvvəl baş tutan Soçi görüşündə imzalanan üçtərəfli bəyanatların müddəalarına sadiqdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Respublikamız konstruktiv mövqe sərgiləməklə regionda uzunmüddətli sabitliyin təmin olunmasına, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı inam və etimad mühitinin yaranmasına nail olmağa çalışır. Ancaq bu sözləri müharibəni uduzan və kapitulyasiyaya məruz qalan Ermənistan barəsində söyləmək mümkün deyil. Üç onillik ərzində respublikamıza qarşı işğalçılıq siyasəti aparan bu ölkədəki bəzi qüvvələr baş verənlərdən, müharibədəki acınacaqlı məğlubiyyətdən nəticə çıxarmayaraq revanşist iddialar səsləndirirlər. Nə qədər təəccüblü görünsə də, belə qüvvələr sırasında hökumətdə təmsil olunan yüksəksəviyyəli rəsmilər də yer alırlar. Hətta baş nazir Nikol Paşınyanın mövqeyi də sürüşkənliyi ilə diqqət çəkir. O, necə deyərlər, gah nala vurur, gah da mıxa. Onun müxtəlif vaxtlarda ifadə etdiyi fikirlər bir-birini inkar edir.
Bəhs olunan üçtərəfli bəyanatlarda əksini tapan mühüm müddəalardan biri regionda bütün kommunikasiyaların açılması ilə bağlıdır. Şərqi Zəngəzurdan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək və oradan da Türkiyəyə qədər uzanacaq bu dəhliz bütün region dövlətləri, o cümlədən də Ermənistanın özü üçün faydalıdır. Şimal-Cənub, Şərq-Qərb marşrutları ilə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Avrasiya coğrafiyasında daşımaların intensivliyinin artmasına imkan verəcək, vaxta qənaət olunacaq və xərclər azalacaq.
Zəngəzur dəhlizinin yaradılması ölkəmizin siyasi, tarixi, milli və gələcək maraqlarına tam cavab verir. Buna görə də Azərbaycan indiyədək imzalanan bəyanatların müddəalarına əməl edilməklə Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Artıq respublikamızda dəhlizin yaradılması ilə bağlı bir sıra layihələrin icrasına da başlanıb. Eyni zamanda, Azərbaycan məğlub Ermənistandan regionda bütün kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir. Ermənistan səmimi davranmalıdır və kommunikasiyaların açılması ilə bağlı ilkin şərtlər irəli sürməməlidir. Prezident İlham Əliyev bu məsələdə Azərbaycanın prinsipial yanaşmasını dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Dövlətimizin başçısı bu xüsusda fikirlərini Qubaya səfəri çərçivəsində Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşdə bir daha ifadə edib. Dövlət başçımızın verdiyi mesajların məğzi ondan ibarətdir ki, qarşı tərəf bizim şərtlərimizi qəbul etməlidir, yollarla, kommunikasiyalarla bağlı qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. “Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan Prezidentinin bu mesajları regiondakı hazırkı reallıqlara, ədalətə və konstruktiv yanaşmaya əsaslanır. Gözlənildiyi kimi, dövlət başçımızın Qubada səsləndirdiyi qəti fikirlər məğlub Ermənistanda isterika və təşviş yaradıb. Artıq bir neçə gündür ki, Ermənistanın Xarici İşlər Nazirliyi də daxil olmaqla ayrı-ayrı qurumları və rəsmi şəxsləri Azərbaycan Prezidentinin Qubada verdiyi mesajlarla bağlı cəfəng iddialar səsləndirməklə məşğuldurlar. Onlar müxtəlif ölkələrə, beynəlxalq təşkilatlara üz tutaraq bildirirlər ki, Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər guya üçtərəfli bəyanatlara ziddir və Ermənistanın ərazi bütövlüyünə təhdidlər yaradır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin 7 dekabr 2021-ci il tarixli açıqlaması ilə bağlı şərh verib: “Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir”.
Ermənistan Xarici İşlər Nazirliyinin və ayrı-ayrı rəsmi şəxslərinin dilə gətirdikləri iddialar, əslində, forpost ölkənin üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobiyalar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdindən başqa bir şey deyil. Bu, lap timsahın göz yaşlarını xatırladır. Təəssüf doğuran haldır ki, dünyada hələ də timsahın göz yaşlarına inananlar var. Tarixi ədalətsizliyə göz yuman Fransa, yenidən dirilməyə can atan ATƏT-in Minsk qrupu və digərləri bu sırada yer alırlar...
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57

