“Milli təhlükəsizlik” kursu açıldı
27.10.2021 [10:20]
“Qələbəmizi həzm edə bilməyən qüvvələr baş qaldırıb” - Ölkə daxili və xaricindəki şəbəkələrin fəallığı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində ölkəmizdə sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib. DTX rəisi qeyd edib ki, Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək: “Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsi narahatlıq doğuran məsələlərdəndir”.
Ə.Nağıyev həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etmələrinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.
DTX rəisi ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə də məlumat verib.
DTX rəisinin məlum xəbərdarlığı barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının üzvü, millət vəkili Elman Məmmədov qeyd edib ki, hər bir dövlət həm daxildə, həm də xaricdə olan qüvvələrə qarşı öz təhlükəsizliyini təmin etməyi bir nömrəli məsələ kimi görməlidir.
Parlament üzvünün fikrincə, dövlətin təhlükəsizliyinə cavabdeh qurumlar tərəfindən işlərinin öhdəsindən ən yüksək səviyyədə gəlməlidirlər: “DTX rəisi, general-polkovnik Əli Nağıyev də “Milli təhlükəsizlik” kursunun açılışında ölkə daxili və xaricində olan müəyyən mərkəz və qurumlara xəbərdarlıq etdi. Tək Azərbaycan yox, hər bir dövlətə qarşı müəyyən təzyiq və təhlükələr olur. Müvafiq qurumlar bu təhlükənin qarşısını almaq üçün tədbirlər görürlər. Ərazilərimiz işğal altında olan dövrdə də müəyyən təhlükələr var idi. Bu gün torpaqlarımız azaddır və ərazi bütövlüyümüz təmin olunub, 44 günlük Vətən müharibəsində düşməni məhv etmişik. Sanki bu qələbəmizi həzm edə bilməyən qüvvələr baş qaldırıb və özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıblar”.
Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdən müxtəlif yollarla göndərilən maliyyələr müqabilində ölkə daxilində Azərbaycan xalqının və dövlətçiliyinin, uğurlarının və inkişafının, həmçinin siyasi rəhbərliyimizin əleyhinə fəaliyyət göstərən qüvvələr var. Bu qüvvələr öz çıxışları və hərəkətləri ilə dövlətin daxilindəki sabitliyə xələl gətirmək istəyirlər: “Həmin şəxslər dövlətçiliyimizin möhkəmlənməsinə problem yaratmağa, inkişafımıza əngəl törətməyə çalışırlar. DTX rəisinin etdiyi xəbərdarlıqların əksəriyyəti də məhz o şəxslərə ünvanlanıb. Bəziləri radikal müxalifət, bir çoxları da din pərdəsi adı altında bu istiqamətdə fəaliyyət göstərir. Təbii ki, həmin mərkəzlərin hər biri haqqında dövlətin təhlükəsizliyini təmin edən qurumların məlumatı var. Yaxın günlərdə müəyyən həbslər də oldu. Hesab edirəm ki, belə təmizləmələr hələ çox olacaq. Təəssüf ki, Azərbaycan vətəndaşı olan kəs xaricdəki xüsusi xidmət orqanının agentura şəbəkəsinə çevrilir, göndərilən “çirkli” pullarla yaşayır. Əlbəttə, bütün bunların qarşısını almaq üçün tədbirlər görülür, görülməyə də davam edəcək!”.
Həm işğalçı Ermənistan və onun havadarları tərəfindən, həm də bir neçə dövlətin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı hədə-qorxu və təhqiramiz tipli ifadələr işlətdiyini bildirən deputat vurğulayıb ki, bunların hər biri DTX və digər aidiyyatı qurumlarımızın ciddi nəzarətindədir: “Azərbaycanın xüsusi xidmət orqanları-Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Respublikası Baş Prokurorluğu bu təhlükələrin qarşısını almaq iqtidarındadır. Həmin orqanlar olduqca təcrübəli rəhbərliyə malikdirlər. Onların xidməti cənab Prezidentimiz tərəfindən mükafatlandırılır və daim olaraq nəzarətdə saxlanılır”.
Parlament üzvünün qənaətincə, “Milli təhlükəsizlik” kursu kifayət qədər yaxşı effekt verəcək: “Həmin kursların açılmasında məqsəd var: -Bu sahədə bilik və bacarıqların artırılması, maarifləndirmə işlərinin aparılması. Belə kurslar təhlükəsizlik sahəsində xidmət edən insanların daha da professionallaşmasına imkan yaradacaq. Ona görə də, sözügedən kursun təşkili olduqca məqsədəuyğun və vacibdir!”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

