/ / İrana humanitar yardım üstündə açılan misilsiz perspektiv... Əliyevin qapısında sülh elçisi... Aydın QULİYEV yazır...
İrana humanitar yardım üstündə açılan misilsiz perspektiv... Əliyevin qapısında sülh elçisi... Aydın QULİYEV yazır...
15.04.2026 [10:21]
Dünən Türkiyənin İrana böyük çəkidə humanitar yardım göndərdiyi xəbəri yayıldı. Artıq həftələrdir ki, bölgə dövlətləri tərəfindən İran camaatının çox ehtiyac hiss etdiyi ərzaq yardımlarının göndərilməsi prosesi genişlənməkdədir. Bu çox normal haldır. İran rejiminin müharibədən əvvəlki davranışlarını, ABŞ-İsrail birliyinin beynəlxalq hüququ heçə sayaraq İrana təcavüz etməsini bir kənara qoyaraq, o nöqtəyə yönəlmək lazımdır ki, iranlı uşaqlar, yaşlılar, qadınlar və əlillər indi hər cür yardıma möhtacdır və gözləri ilk növbədə qonşulara, müsəlman ölkələrə dikilib... Haqlıdırlar, qonşu qonşuya bəs nə gündə?!... Fəqət bütün qonşular bu dəyəri dərk etdimi? Təəssüf ki, xeyr...
Təqdirəlayiqdir ki, bu gün İrana genişlənməkdə olan hunanitar yardım hərəkatının ilk səhifəsini Azərbaycan yazdı. Bir neçə partiyada yüz tonlarla yardım artıq İranda ünvana yetişib. Proses davam edir. Daha bir diqqətçəkən amil odur ki, Azərbaycan ilk yardımları edəndə bölgəmizin bəzi qüvvələri İrana qarşı müharibəyə qoşulmaq ab-havasında idi, fərqinə varmırdılar ki, müharibənin coğrafi olaraq genişlənməsi bütün Şərqin alovlanmasına səbəb ola bilər və yalnız Trampla Netanyahunun maraqlarına uyğundur. Bu mənada Azərbaycanın faciə içindəki İran xalqına humanitar dəstəyi bölgənin tarixi üçün çox ilginc bir prosesi başladan hadisə sayıla bilər...
Maraqlı məqamlardan biri də budur ki, Azərbaycan Prezidenti müharibə qurbanı olmuş iranlılara humanitar yardım qərarını həm Netanyahu, həm də Trampla müsbət dövlətlərarası və şəxsi münasibətlərdə olduğu şərt daxilində verdi. ABŞ və İsraildən hər hansı etiraz və ya narazılıq təzahürünün ola biləcəyini nəzərə almadan bunu etdi. Görünür, Tramp da, Netanyahu da Azərbaycan Prezidentinin siyasi, diplomatik və humanitar müstəvilərdə fəaliyyət çərçivələrini bir-birindən dəqiq fərqləndirmək qabiliyyətinə bələddirlər. İlham Əliyevin baqajında bu xüsusda Ukrayna nümunəsi var. Rusiya ilə sülh içində olduğumuz halda, Ukraynaya humanitar və texniki yardımların göstərilməsi Azərbaycan Prezidentinin sərbəst dövlət siyasəti qaydalarına, eləcə də siyasətlə humanizmin arasında "qızıl orta xətt" prinsipinə dəqiq əməl etməsinin göstəricisidir…
Həm də çox vacibdir ki, Azərbaycanın incə bir tel üstündə apardığı humanitar fəaliyyət Rusiya ilə, ABŞ-la, İsraillə münasibətlərin pozulması və ya sərinləşməsi ilə nəticələnmir...
Necə deyərlər, xarakter göstərməklə bərabər hər şeyin yerini bilmək də çox vacibdir...
Sonda bir ideyanı da deyim. Bu gün çoxları ABŞ-İsrail birliyi ilə İran arasında vasitəçiliyə can atır. Ortada ciddi uğur hələ yoxdur. Çünki nisbətən ən münasib vasitəçi subyekt hələ tapılmayıb... Daha doğrusu, hələ tərəflər hansısa səbəblərdən bu vasitəçinin qapısına elçi göndərmək istəmirlər. Ancaq onların bunu istədikləri gün olacaq...
Əminəm ki, döyüşən tərəflərin arasında mövqe tutmaqda beynəlxalq hüquq, humanitar normalar və geosiyasi reallıqlar baxımından ən ideal balansı saxlayan İlham Əliyev vasitəçi kimi çox məhsuldar rol oynaya bilər...
Onun bu sarıdan malik olduğu müsbət göstəricilər balansını bölgəmizin istənilən lideri ilə uğurla müqayisə etmək olar. Burada həlledici amil hansısa ölkənin iqtisadi, hərbi gücü ilə yox, ölkə liderlərinin şəxsi xarizması və balans saxlama gücü ilə ölçülür...Mən adlar çəkmək istəmirəm. Hər kəs öz "geosiyasi düşüncə formatına" uyğun araşdırma apara bilər...
Məndən fərqli qənaəti olan hər kəslə müzakirə aparmağa hazıram....
Aydın QULİYEV
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

