Ankara - Afina: Buzlar əriyir
13.02.2026 [11:52]
Tarixən aralarında ziddiyyətlər yaşanan, bununla belə eyni coğrafiyanı bölüşmələrinin fərqində olan Türkiyə və Yunanıstan münasibətlərin normallaşması istiqamətində daha bir addım atıblar. Belə ki, bu günlərdə Ankarada Türkiyə ilə Yunanıstan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iki ildən sonra ilk iclası keçirilib.
Görüş çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 7 sənəd imzalanıb. Sənədlərin imzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis iştirak ediblər.
Altı sənəd iki ölkənin müvafiq nazirləri tərəfindən imzalanıb, bir sənəd - Türkiyə və Yunanıstan hökumətləri arasında birgə bəyannamə isə liderlər tərəfindən təsdiqlənib. Sazişlərin iqtisadiyyat, ticarət, turizm, nəqliyyat və digər əməkdaşlıq istiqamətlərini əhatə etdiyi bildirilib. Çox doğru olaraq Türkiyə paytaxtında sənədlərin imzalanması iki qonşu ölkənin əməkdaşlıq kursuna qayıdışı kimi dəyərləndirilir.
İki ölkə arasında mövcud ziddiyyətlər çətin olsa da...
Görüş zamanı liderlər Türkiyə ilə Yunanıstan arasında tarixən mövcud olmuş ziddiyyətlərin çətin olduğunu bildirməklə yanaşı, danışıqların davam etdirilməsinin, iki ölkə arasında mövcud fikir ayrılıqlarının beynəlxalq hüquq çərçivəsində və konstruktiv dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar. Yunanıstanın Baş naziri bəyan edib ki, Egey dənizində kontinental şelf və müstəsna iqtisadi zonalar kimi mürəkkəb məsələlər üzrə tərəflər razılığa gələ bilmədikdə beynəlxalq məhkəmə mexanizmlərindən istifadə variantı istisna edilmir. Onun sözlərinə görə, iki ölkə eyni regionda yerləşir və coğrafiya dəyişməz olsa da, əməkdaşlıq imkanları genişdir.
Türkiyə Prezidenti isə bildirib ki, mövcud çətinliklər mürəkkəb olsa da, beynəlxalq hüquq çərçivəsində həll oluna bilər. O, tərəflər arasında xoş niyyətin, açıq dialoqun və qarşılıqlı hörmətin əsas prinsip kimi qorunmasının vacibliyini qeyd edib. Ərdoğan, həmçinin Türkiyə ilə Yunanıstanın NATO müttəfiqi olduğunu xatırladaraq regional təhlükəsizlik və sabitlik məsələlərində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Bəs iki ölkə arasında uzun illərdir ki, davam edən ziddiyyətlər nədən qaynaqlanır? Ziddiyyətlərin təməlində ərazi iddiaları - adaların taleyi məsələsi dayanır. Egey dənizinin cənub-şərqində “12 ada” kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.
1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapıb və iki dövlət arasındakı sərhəd dəqiqləşdirilib. Egey dənizindəki xırda adalar bölüşdürülüb. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köçürülüb. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum edib. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış “Montrö sazişi” ilə geri ala bilib.
Lakin ortada 2 müqavilə olsa da, Egey dənizindəki məlum adalara Türkiyə ilə Yunanıstanın iddiaları hazırda da davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil aktor kimi qəbul edir.
2023-cü ildən başlayan müsbət proseslər
Ərazi iddialarına son qoyulmasa da, 2023-cü ildən etibarən Ankara ilə Afina arasında buzların əridiyi müşahidə edilir. Əsas məqamlardan biri ondan ibarətdir ki, liderlər iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa siyasi iradə göstərirlər. 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 6 illik fasilədən sonra Afinaya ilk rəsmi səfərə getməsi və iki ölkə arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi”nin imzalanması ilə qarşılıqlı münasibətlərdə yeni səhifə açılıb. Bəyannaməyə əsasən, Türkiyə və Yunanıstan dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasi əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürüblər.
Əlbəttə, son 3 ildə hər şeyin rəvan getdiyini söyləmək mümkün deyil. Məlumatlara görə, son illərdə Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı qarşılıqlı bəyanatlar və hərbi-texniki addımlar fonunda münasibətlərdə gərginlik müşahidə olunub. Bununla belə, bugünlərdə Ankarada baş tutan görüş və aparılan müzakirələr onu deməyə əsas verir ki, tərəflər ayrı-ayrı istiqamətlərdə əməkdaşlığı genişləndirmək və etimad quruculuğuna nail olmaq istəyindədirlər. Ankarada keçirilən son görüşün əsas məqsədi münasibətləri əməkdaşlıq məcrasına qaytarmaq və gərginliyi azaltmaq kimi qiymətləndirilir. Diplomatik mənbələrin bildirdiyinə görə, tərəflər qarşılıqlı ticarət dövriyyəsini artırmaqda maraqlıdırlar. Hazırda illik ticarət həcmi təxminən 7 milyard dollar təşkil edir və bu göstəricinin 10 milyard dollara çatdırılması hədəflənir. Turizm və nəqliyyat sahələri də əməkdaşlığın əsas istiqamətləri kimi qeyd olunur.
Görüşdə, həmçinin qanunsuz miqrasiya ilə mübarizə, regional təhlükəsizlik və Kipr məsələsi üzrə fikir mübadiləsi aparılıb.
Beləliklə, Ankarada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası Türkiyə ilə Yunanıstan arasında münasibətlərin normallaşdırılması və əməkdaşlıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40
Sosial
20 Fevral 10:38
İqtisadiyyat
20 Fevral 10:36
İqtisadiyyat
20 Fevral 10:36
Gündəm
20 Fevral 10:30
İqtisadiyyat
20 Fevral 10:17

