Qəzza üzrə sülh planının ikinci mərhələsi başlayıb
17.01.2026 [10:35]
ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planı Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyə yönəlib. Ötən il oktyabrın 9-da İsrail və HƏMAS hərəkatı Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün sülh planı çərçivəsində ilk razılaşmaları imzalayıb. Bu münasibətlə Misirin Şarm əl-Şeyx şəhərində Sülh Sammiti keçirilib. Atəşkəsin birinci mərhələsi hərbi əməliyyatların dayandırılmasına və
HƏMAS tərəfindən saxlanılan girovların İsrail tərəfindən saxlanılan yüzlərlə fələstinli ilə dəyişdirilməsinə imkan yaratdı. Razılaşma əsasən qüvvədə qalıb, baxmayaraq ki, qarşılıqlı ittihamlarla bəzən pozulub. Artıq sülh planının birinci mərhələsi geridə qalıb. Bu mərhələdə HƏMAS israilli girovları (1 nəfər istisna olmaqla) qarşı tərəfə təhvil verib, İsrail isə çoxlu sayda fələstinli məhkumu azad edib, ordusunu bəzi ərazilərdən geri çəkib.
Tramp razılaşmalara əməl ediləcəyinə əmindir
Dünən isə ABŞ Prezidenti Donald Tramp Qəzza sülh planının ikinci mərhələsinə rəsmi keçidi təsdiqləyib və Fələstinin HƏMAS hərəkatının tam tərksilah edilməsi ilə bağlı razılaşmanın əldə olunacağına əminliyini ifadə edib. Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O yazıb: “Biz 20 maddəlik Qəzza sülh planının növbəti mərhələsini rəsmi olaraq başladıq”. ABŞ Prezidenti yeni yaradılmış Fələstin texnokratik hökumətini dəstəklədiyini vurğulayıb. O bildirib ki, Sülh Şurasının sədri qismində Şuranın Ali Nümayəndəsinin dəstəyinə malik olan və keçid dövründə Qəzza zolağını idarə edəcək Qəzza Milli İdarəetmə Komitəsini dəstəkləyir. Trampın sözlərinə görə, bu Fələstin liderləri dinc gələcəyə sadiqdirlər.
Amerika lideri, həmçinin Misir, Türkiyə və Qətərin dəstəyi ilə HƏMAS-la bütün silahların təslim edilməsi və tunellərin sökülməsi də daxil olmaqla hərtərəfli tərksilah razılaşmasına nail olunacağına əminliyini ifadə edib. Donald Tramp qeyd edib ki, HƏMAS dərhal öz öhdəliklərini yerinə yetirməli, sonuncu israilli girovun cəsədini qaytarmalı və gecikmədən tam tərksilah prosesinə başlamalıdır.
Qəzza Sülh Şurası yaradılıb
Ağ Evin rəhbəri Qəzza ilə bağlı Sülh Şurasının artıq yaradıldığını bəyan edib. O deyib ki, şura üzvləri tezliklə elan ediləcək. “Əminliklə deyə bilərəm ki, bu, istənilən vaxtda istənilən yerdə toplanmış ən böyük və ən nüfuzlu şuradır”. Xatırladaq ki, Qəzza Sülh Şurasının yaradılması Donald Trampın 20 maddəlik sülh planında öz əksini tapır. Şura yeni texnokratik Fələstin hökumətinin yaradılmasına, HƏMAS-ın tərksilah edilməsinə, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə, əlavə İsrail qoşunlarının çıxarılmasına və Qəzzanın yenidən qurulmasına nəzarət etməlidir.
“Bloomberg” agentliyinin məlumatına görə, şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Tramp rəhbərlik edəcək. Trampın sədrliyi ilə təxminən 15 dünya liderinin şuraya daxil olacağı bildirilir. Şuraya qoşulan ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də var. İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın tam demilitarizasiyası üzərində israr edir.
HƏMAS Qəzzanın idarəçiliyindən imtina edib
Yeri gəlmişkən, HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni yeni yaradılmış texnokratik administrasiyaya təhvil verməyə razılaşıb. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı Fələstin Milli Muxtariyyəti (FMM) rəhbərinin müşaviri Mahmud əl-Habaşa istinadla məlumat yayıb. Onun sözlərinə görə, 15 üzvdən ibarət administrasiya Qəzzanın idarə olunmasını üzərinə götürəcək və ABŞ Prezidenti Donald Trampın ötən il razılaşdırdığı plan çərçivəsində fəaliyyət göstərəcək. Administrasiya Fələstin Milli Hakimiyyəti ilə əlaqəli işləyəcək, lakin qərarlarında müstəqil olacaq. Bildirilib ki, administrasiyanın əsas vəzifəsi humanitar məsələlərin həlli, əhaliyə zəruri xidmətlərin göstərilməsi və Fələstin əhalisinin köçürülməsinin qarşısının alınmasıdır. Siyasi məsələlər administrasiyanın səlahiyyətlərinə daxil olmayacaq.
Yaxın Şərqdə problemlərin həllində Türkiyə də yaxından iştirak edir. Xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərini davam etdirəcək. Onun sözlərinə görə, Qəzzada baş verən hadisələr 2025-ci ilin ən ağır gündəmini təşkil edib: “Bu gün qlobal idarəetmə sistemi Qəzzadakı vəziyyətə görə sinifdə qalıb. Biz qarşıdakı dövrdə atəşkəsin davamlı sülhə çevrilməsi üçün səy göstərməyə davam edəcəyik”.
Misir Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Fələstin Qəzza İdarəetmə Komitəsi tam şəkildə formalaşdırılıb: “Misir, Qətər və Türkiyə Qəzzada idarəetmə məsələləri ilə məşğul olacaq Fələstin İdarəetmə Komitəsinin yaradılmasını alqışlayır. İnzibati orqana Əli Əbdül Həmid Şaat rəhbərlik edəcək”. Vasitəçilər komitənin yaradılmasının Fələstin anklavında yeni eskalasiya mərhələsinin qarşısını alacağına ümid edirlər.
Qeyd edək ki, komitəyə rəhbərlik edən Əli Əbdül Həmid Şaat Qəzzanın cənubunda yerləşən Xan Yunisdəndir, lakin hazırda Qərb Sahilində yaşayır. O, Fələstin Milli Administrasiyasında bir sıra yüksək vəzifələr tutub, siyasi və iqtisadi infrastrukturun yenidən qurulması üzrə mütəxəssis hesab olunur.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

