Dondurulmuş Rusiya aktivlərinin müəmmalı taleyi...
11.12.2025 [10:12]
Avropa yekdil qərara gələ bilmir: 3 ölkə etiraz edir
Rusiya-Ukrayna müharibəsinin yekunlaşması istiqamətində aparılan danışıqlar Qərb dünyasında birmənalı qarşılanmır. Belə ki, ABŞ-ın müharibənin dayanması üçün sülh planı hazırlamasının qarşılığında Avropa özünün planlarını irəli sürür. Nəticə etibarı ilə, münaqişəyə fərqli standartlardan baxış və dəyərləndirmə ortaya çıxır. Məsələn, Vaşinqton müharibə edən tərəflər arasında kommunikasiya yaratmaq, maraqları uzlaşdırmaq üçün fərqli formatlarda görüşlər təşkil edərkən, Avropa Kiyevə silah yardımı etmək üçün maliyyə mənbələrini araşdırır. Bu maliyyə mənbələrinin ən “hazır şəkildə ortada” olanı isə Rusiyanın dondurulmuş aktivləridir. Qeyd edək ki, müharibəyə baxışda nəzərə çarpan ikitirəliyin fonunda aktivlərin Ukraynaya verilməsi məsələsi yenidən gündəmə gəlib.
18 dekabra qədər...
“The Times” qəzeti Böyük Britaniya hökumətindəki mənbələrə istinadən bildirib ki, Avropa ölkələri bu və ya gələn həftə Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi barədə razılaşma elan edəcəklər. Mənbələrə görə, məsələ 8 dekabrda Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Qəzet iddia edir ki, “razılaşma çox yaxındır”. “The Times”ın məlumatına görə, razılaşmanın Ukraynaya dondurulmuş Rusiya aktivlərindən 100 milyard funt sterlinq (133 milyard dollar) təmin etməsi gözlənilir. Bunun təxminən 8 milyard funt sterlinqi (10,6 milyard dollar) Böyük Britaniya tərəfindən köçürüləcək. Vəsait Kiyevə hərbi yardım və ya Ukraynanın yenidən qurulması üçün istifadə olunacaq.
Aİ liderləri uzun müddətdir ki, Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərinin müsadirəsini müzakirə edirlər. 3 dekabrda Avropa Komissiyası iki mexanizmi təsdiqləyib - onların arasında bütün Aİ ölkələrinin razılığı olmadan belə “ixtisaslı səs çoxluğu” ilə təsdiqlənə bilən Rusiya aktivlərindən istifadə etməklə təzminat kreditinin verilməsi də yer alır. Aktivlərin istifadəsi planının 18 dekabrda keçiriləcək sammitdə müzakirə edilməsi planlaşdırılır - Avropa Komissiyası isə sammitə qədər Aİ ölkələrinin dondurulmuş Rusiya aktivlərindən 210 milyard avroya qədər istifadə mexanizmi barədə razılığa gəlməsini istəyir. Bəlli olduğu kimi, Aİ daxilində bu məsələ ilə bağlı yekdil fikir yoxdur: Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin əksəriyyətinin - 185 milyard avronun saxlanıldığı “Euroclear” depozitariyasının yerləşdiyi Belçika müsadirəyə qarşı çıxır. “Euroclear” özü və Avropa Mərkəzi Bankı (AMB) da buna etiraz edir.
G7 nəzərdən keçirməyə hazırdır...
G7 ölkələri də Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsi üçün bütün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını araşdırır. Bu, 8 dekabrda dərc olunmuş G7 maliyyə nazirlərinin birgə bəyanatında əksini tapıb. Belə ki, dekabrın 8-də G7 maliyyə nazirləri Beynəlxalq Valyuta Fondu, Dünya Bankı Qrupu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Maliyyə Sabitliyi Şurasının rəhbərləri ilə virtual görüş keçiriblər. Ölkələr Ukraynada sülhün təmin edilməsi üçün bütün dondurulmuş Rusiya fondlarından istifadə imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər. Bəyanatda deyilir: “Müharibəyə son qoymaq və Ukraynada ədalətli və davamlı sülhü təmin etmək üçün Rusiyanın təzminat ödəməsi gözlənilən yurisdiksiyalarımızda dondurulmuş bütün Rusiya suveren aktivlərindən potensial istifadə daxil olmaqla, Ukraynanı dəstəkləmək üçün geniş maliyyələşdirmə variantları hazırlamaq üçün əməkdaşlıq etməyə davam edəcəyik”.
Brüsseli razı salmaq üçün...
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də prosesi sürətləndirməyə ümid edir. “Reuters” agentliyinin məlumatına görə, 8 dekabrda 7 Aİ ölkəsinin - Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveçin liderləri bloku Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş aktivlərdən istifadə təklifini tez bir zamanda irəli sürməyə çağırıb və bu barədə Aİ rəhbərinə məktub yazıblar. Belçika və Macarıstan isə buna etirazını davam etdirir.
Ümumi fikir budur ki, Macarıstan və Slovakiya istisna olmaqla, bütün Aİ ölkələri Moskvanın əks tədbirləri ilə bağlı problemlər yarandıqda Brüsselə zəmanət verəcəklər. Onların payı, çox güman ki, bölüşdürüləcək və ən böyük məbləğ Almaniya tərəfindən təmin ediləcək. “Politico” qəzeti bu rəqəmi 50 milyard avrodan çox qiymətləndirir. Fransa 34 milyard avro, İtaliya 25 milyard avro ilə siyahını tamamlayır. Yazılacaq iltizamda “ələ keçirmə” və ya “müsadirə” sözləri rəsmi olaraq istifadə olunmayacaq - onlar hamısı “təhlükəsizlik tədbirləri” adlandırılacaq. “Təzminat” sözü də “kredit”lə əvəz olunacaq.
Yaponiya da “yox” deyir...
Yaponiya da Ukraynanı maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş 30 milyard dollarlıq suveren aktivlərindən istifadə etməkdən imtina edib. Tokionun qərarı müharibədən sonra Ukraynaya davamlı dəstək üçün Aİ-nin beynəlxalq arxitektura qurmaq planlarını poza bilər. Dekabrın 8-də baş tutan G7 maliyyə nazirlərinin görüşündə yaponiyalı naziri Satsuki Katayama Ukraynaya kredit vermək üçün ölkəsinin banklarında hərəkətsiz saxlanılan təxminən 30 milyard dollarlıq Rusiya aktivlərindən istifadə etməyi istisna edib. Ölkə hüquqi məhdudiyyətlərə istinad edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

