Ağ Ev yaxınlığında terror...
28.11.2025 [09:14]
Tramp Əfqanıstan siyasətini daha da sərtləşdirə bilər
ABŞ Prezidenti Donald Trampın miqrasiya siyasətini sərtləşdirmək istiqamətində atdığı addımlar fonunda ölkədə terror hadisələri baş verir. Noyabrın 26-da paytaxt Vaşinqtonda Ağ Ev yaxınlığında ABŞ Milli Qvardiyasının iki hərbçisinin güllələnməsi bunun göstəricisidir. “Atışma şəhərin 17-ci və 1-ci küçələrinin kəsişməsində baş verib”, - deyə Vaşinqtonun Polis İdarəsi “X” sosial şəbəkəsində bildirib. Hadisəni törədən şəxs həbs olunub.
Tramp hadisəni terror aktı hesab edir
Hadisənin baş veridyi zaman ABŞ Prezidenti Donald Tramp Florida ştatında Vest Palm-Biçdə olub. Donald Tramp hadisə ilə bağlı məlumatlandırılıb və o, “Truth Social”da paylaşım edib. Trampın sözlərinə görə, Milli Qvardiyanın iki hərbçisini güllələyən şəxs ağır yaralanıb: “Amma bunun bədəli çox yüksək olacaq. Allah böyük Milli Qvardiyamızı, bütün hərbçilərimizi, hüquq-mühafizə orqanlarımızı qorusun. Onlar həqiqətən əla insanlardır”.
Daha sonra ABŞ Prezidenti “Şükranlıq” bayramını qeyd etmək üçün getdiyi Florida ştatındakı iqamətgahından videomüraciət yayaraq Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki üzvünün güllələnməsini terror aktı adlandırıb. “Bu gecə ən dəqiq məlumata əsaslanaraq bildirə bilərəm ki, Daxili Təhlükəsizlik Departamenti həbsdə olan şübhəlinin Əfqanıstandan ölkəmizə daxil olan əcnəbi olduğuna əmindir. O, 2021-ci ilin sentyabr ayında Bayden administrasiyası tərəfindən hamının danışdığı o biabırçı uçuşlarla gətirilib”,- deyə Tramp bildirib. O, əvvəlki administrasiyanı bütün dünyadan 20 milyon naməlum və yoxlanılmamış əcnəbini ölkəyə buraxdığını bildirib. “İndi Bayden dövründə Əfqanıstandan ölkəmizə daxil olan hər bir əcnəbini yenidən yoxlamalıyıq və buraya aid olmayan hər hansı bir əcnəbinin ölkədən çıxarılmasını təmin etmək və ya ölkəmizə fayda vermək üçün bütün lazımi tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz onları istəmirik”,-deyə qeyd edib.
Rəhmanulla Laqanval ABŞ kəşfiyyatına işləyib?
ABŞ Prezidenti Donald Tramp iki əsgərin güllələnməsindən sonra paytaxt Vaşinqtonda Milli Qvardiya əsgərlərinin sayını 500 nəfər artırmaq barədə tapşırıq verib. Bu barədə Pentaqon rəhbəri Pit Heqset açıqlayıb: “Bu hadisə yalnız Vaşinqtonu təhlükəsiz və gözəl etmək əzmimizi daha da artıracaq. Cinayətkarlığın azalması, təhlükəsizlik və mühafizənin artması tarixi bir addımdır. Lakin cinayətkarlar bu kimi zorakılıqlar etmək istəyirlərsə, biz heç vaxt geri çəkilməyəcəyik”.
Qeyd edək ki, Vaşinqtonun mərkəzində ABŞ Milli Qvardiyasının hərbi qulluqçularına atəş açan şəxsin Əfqanıstan vətəndaşı olduğu təsdiqlənib. Terrorçunun adı Rəhmanulla Laqanvaldır. O, ABŞ-yə 2021-ci ildə gedib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff “Fox News”a müsahibəsində bildirib ki, həmin şəxs əvvəllər Əfqanıstanda ABŞ-ın müxtəlif hökumət strukturlarına, o cümlədən kəşfiyyata işləyib. KİV-in məlumatına görə, atəş açan əfqanıstanlı 2024-cü ildə sığınacaq üçün müraciət edib və onun ərizəsi 2025-ci ilin aprelində təsdiqlənib. Daha əvvəl isə ABŞ Məxfi Xidmətin rəsmi nümayəndəsi Entoni Qulyelminin bildirdimişdi ki, qurum atışmanın birbaşa Ağ Evə yönəldiyinə dair heç bir əlamət görmür.
Əfqanıstan vətəndaşlarının immiqrasiya müraciətləri dayandırılıb
ABŞ-ın hakimiyyət orqanları Vaşinqtonun mərkəzində Milli Qvardiyanın əsgərlərinə hücumdan sonra Əfqanıstan vətəndaşlarının bütün immiqrasiya müraciətlərini dayandırıb. Birləşmiş Ştatların Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, müraciətlərə baxılması “qeyri-müəyyən müddətədək” təxirə salınıb. Bu arada ABŞ Nümayəndələr Palatasının üzvü, konqresmen Brandon Gill paytaxtda baş verən silahlı insidentdən sonra Əfqanıstan vətəndaşlarının kütləvi deportasiyasına çağırıb.
Ümumiyyətlə, sözügedən terror hadisəsi Tramp administrasiyasının Əfqanıstan siyasəti ilə də bağlı ola bilər. Məlumdur ki, Donald Tramp bu ölkəyə qarşı müəyyən qədər sərt mövqedədir. Sentyabrda ABŞ lideri Birləşmiş Krallığa səfəri zamanı keçirdiyi mətbuat konfransında ABŞ-ın Baqram aviabazasını qaytarmaq və Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı. “Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis şeylər baş verəcək”,-deyə Tramp Taliban hakimiyyətini hədələmişdi.
ABŞ Taliban hökumətini tanımır
Qeyd edək ki, ABŞ hələ də Taliban hökumətini tanımır. Dünyanın bir sıra ölkələri bu hökumətlə müəyyən əməkdaşlıq etsə də, rəsmi olaraq tanımırlar. Böyük ehtimalla ABŞ-ın məlum mövqeyi beynəlxalq aləmdə bu istiqamətdə prosesi ləngidir. Hətta Rusiyanın Taliban hökumətini tanımasına verilən sərt reaksiya rəsmi Vaşinqtonun qəti mövqeyinin göstəricisi ola bilər. Xatırladaq ki, Dövlət Departamenti Rusiyanın “Taliban”ı tanımasını belə şərh etmişdi: “Rusiyanın bədniyyətli aktorlarla əlaqələrini davam etdirməyi üstün tutması təəccüblü deyil. ABŞ “Taliban”ı xüsusilə təhlükəli beynəlxalq terror qruplaşması kimi tanımağa davam edir. Bu, özü-özlüyündə hər şeyi deyir”.
Onu da qeyd edək ki, ABŞ hərəkatın 1996-2001-ci illərdə qurduğu birinci hökuməti də tanımamışdı. O, taliblərlə Qətərdə razılaşma əldə etmək üçün danışıqlar aparsa da, bu, 2021-ci ilin avqustunda ABŞ-ın koalisiya üzrə müttəfiqləri ilə birlikdə Əfqanıstandan tam çıxarılması ilə nəticələndi. Hərəkat üzvləri hələ də BMT Təhlükəsizlik Şurasının terror təşkilatlarının sanksiya siyahısında qalır. Onların hakimiyyətə gəlişi ilə Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollar həcmində ehtiyatları ABŞ tərəfindən dondurulub.
Avropa İttifaqı (Aİ) da dəfələrlə vurğulayıb ki, hərəkatı qanuni hökumət kimi tanımır. Lakin bu yanaşmada da təzadlar var. Bəzi ölkələrin diplomatik missiyası Kabildə Əfqanıstanın diplomatik nümayəndələri ilə Avropa İttifaqı ərazisində fəaliyyət göstərir. Aİ 2021-ci ildən Əfqanıstana 903 milyon avrodan çox, o cümlədən 2024-cü ildə 125 milyon avro və 2025-ci ilin əvvəlində Ümumdünya Ərzaq Proqramı vasitəsilə 16,5 milyon avro həcmində əhəmiyyətli humanitar yardım göstərib.
Bütün bunların fonunda Vaşinqtonda baş verən terror hadisəsi Tramp administrasiyasının Əfqanıstana qarşı siyasətini daha da sərtləşdirə bilər. Əgər bu terrorun təşkilində həmin dövlətin iştirakı təsdiqlənərsə, o zaman Taliban hakimiyyətinin Vaşinqton tərəfindən cəzalandırılacağı istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

