19-cu sanksiyalar paketi...
24.10.2025 [09:17]
Rusiyanı sülhə məcbur etmək mümkün olacaqmı?
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul ediblər. Qeyd edək ki, bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. Brüssel hesab edir ki, Rusiyanın işğalçı siyasətini dayandırmaq üçün sanksiyaları daha da gücləndirmək lazımdır.
18-ci paketdən sonra...
Xatırladaq ki, 18-ci sanksiyalar paketinin qəbulu asan başa gəlməmişdi. Çünki bu paket Slovakiyanın razılıq verməməsi səbəbindən qəbul edilə bilmirdi. Slovakiya sanksiyalara razılıq vermək üçün Avropa Komissiyasının Rusiya qazına idxal qadağası planı nəticəsində iqtisadi zərər yaranacağı təqdirdə, bunun kompensasiya olunmasına dair vəd tələb edirdi. Daxili müzakirələrdən sonra Slovakiya yeni sanksiyaların təsdiqlənməsinə yaşıl işıq yandırdı. Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının qəbul edilməsini ləngidən Slovakiya “güzəştlər”dən sonra buna razılıq verib. Bildirilirdi ki, Slovakiyanın vetosu sanksiyalar paketinin qəbul edilməsini ləngidirdi, lakin sonradan Bratislavanı əmin ediblər ki, Rusiya qazının idxalına tam qadağa planı yeni sanksiyalar paketinə uyğun şəkildə həyata keçirilərsə, o, ağır iqtisadi və maliyyə nəticələrindən narahat olmaya bilər.
18-ci sanksiya paketinə “kölgə donanmasının” daha 105 gəmisi, onların köməkçi vasitələri daxil edilib və Rusiya banklarının maliyyələşməyə çıxışı məhdudlaşdırılıb. Həmçinin Avropa İttifaqı sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil emişdi. Onlardan 11 şirkət Rusiya xaricində yerləşir: Çində 7, Honkonqda 3 və Türkiyədə 4 şirkət, həmçinin Hindistanda Rusiyaya məxsus neft emalı zavodu buraya daxildir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinib.
19-cu sanksiyalar paketində nələr var?
Qeyd edək ki, 19-cu sanksiyalar paketinin qəbulu da asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub. Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. “Reuters” agentliyinin məlumatına görə, yeni sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də nəzərdə tutur. Qadağanın mərhələli şəkildə həyata keçiriləcəyi bildirilir. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.
ABŞ “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq edib
Diqqətçəkən məqam Aİ ilə yanaşı, ABŞ-ın da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsidir. Belə ki, Vaşinqton Rusiyanın iki ən böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, yeni sanksiyalara “Rosneft” və “Lukoyl” neft şirkətləri məruz qalıb. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyanın Ukraynadakı müharibənin sülh yolu ilə başa çatdırılması prosesinə ciddi sadiqlik göstərməməsi səbəbindən əlavə sanksiyalar tətbiq edir”, - deyə Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub.
Həmçinin “Lukoyl”un 6 törəmə şirkəti, xüsusilə “Lukoyl-Zapadnaya Sibir” və “Lukoyl-Kaliningradmorneft” də sanksiyalar siyahısına daxil edilib. Siyahılarda təxminən 30 törəmə şirkəti olan “Rosneft”in “Sibneftegaz”, “Rospaninterneşnl”, “RN-Purneftegaz” kimi şirkətləri də sanksiyalar siyahısına düşüb. ABŞ Maliyyə Nazirliyi açıqlamada “50 faiz qaydası”nı xatırladıb. Belə ki, “SDN List”də adıçəkilən şirkətlərin bütün törəmə şirkətləri, hətta “qara siyahı”da birbaşa adları çəkilməsə belə, sanksiya altında hesab olunur.
Rütte ilə görüşdən sonra...
Məsələyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib. Trampın sözlərinə görə, o, “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyaların tətbiqi barədə qərar verməzdən əvvəl uzun müddət gözləyib. ABŞ lideri bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdən sonra Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb. “Sadəcə, vaxtın gəldiyini düşündüm. Uzun müddət gözlədim”, - deyə o qeyd edib.
Amerika lideri Qəzza sektorunda münaqişənin dayandırılması barədə razılaşmalar əldə edilənə qədər Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını gözlədiyini vurğulayıb. Tramp, həmçinin bir daha 8 münaqişəni dayandıra bildiyini deyib: “Bütün bu müharibələr ki, mən onlarla bacardım. Bir müharibə qalıb və bu, doqquz olacaq. Mən düşünürəm ki, biz bunu da bacaracağıq”.
Qeyd edək ki, bütövlükdə, sanksiyaların genişlənməsi Rusiya iqtisadiyyatına ciddi zərbə vurmaqdadır. Qərb bu yolla Moskvanı sülhə məcbur edəcəyini düşünsə də, proseslər bunun hələ ki, real olmadığını göstərir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56

