Növbəti PLAN - Qəzza ABŞ-ın nəzarətinə verilə bilər
02.09.2025 [09:44]
Plan baş tutacaq???
Qəzza zolağı ABŞ-ın nəzarətinə verilə bilər. Prezident Donald Tramp Qəzzada iki ilə yaxın davam edən müharibəni bitirmək istəyir, lakin bunun qarşılığında zolağı Vaşinqtonun nəzarətinə keçirmək niyyətindədir. Belə ki, “The Washington Post” qəzetinin məlumatına görə, Tramp administrasiyası Qəzza zolağının bərpasına dair planın tərtibatı üzərində işləyir - bu plana görə, Fələstin anklavı ilk növbədə 10 il müddətinə Amerikanın protektoratına verilməli, həmçinin bölgənin bütün sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçürülməlidir. Nəşr bildirib ki, Ağ Ev Qəzza zolağının yenidən qurulması, iqtisadi inkişafı və transformasiyası üçün “GREAT Trust” (“Gaza Reconstitution”, “Economic Acceleration and Transformation Trust”) adlı fondun yaradılması layihəsini hazırlayıb. Plana görə, Birləşmiş Ştatlar Qəzza zolağının bərpasına öz vəsaitlərini yatırmağı planlaşdırmır və azı 100 milyard dollar investisiya cəlb etməyi nəzərdə tutur ki, bu da, güman ki, investorlara dördqat mənfəət gətirməlidir. Qəzzadan müvəqqəti köçürülməsi nəzərdə tutulan 2 milyondan çox yerli əhalinin taleyinə gəlincə, planda qeyd olunur ki, əmlakını sonrakı bərpa üçün təhvil vermək istəyən torpaq mülkiyyətçilərinə anklavın ərazisində tikintisi planlaşdırılan “ağıllı şəhərlər”dən birində daşınmaz əmlak almaq və ya mənzillə dəyişdirmək üçün istifadə edə biləcəkləri “rəqəmsal aktivlər” təklif olunacaq. Bundan əlavə, planda 5 min dollar birdəfəlik ödəniş, həmçinin Qəzza zolağını tərk etmək məcburiyyətində qalacaq sakinlər üçün subsidiyalar nəzərdə tutulur.
Qəzzanın ABŞ-ın protektoratına çevrilməsi mümkündür?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Qəzza ilə bağlı planı, xüsusilə də Tramp administrasiyasının gündəmə gətirdiyi ideya siyasi mesaj xarakteri daşıyır. Onun sözlərinə görə, Qəzza zolağının ABŞ protektoratına verilməsi hüquqi və siyasi baxımdan çox mürəkkəb məsələdir. “Birincisi, bu, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna ziddir. İkincisi, region dövlətlərinin, xüsusilə ərəb ölkələrinin buna razılaşacağı real görünmür. Müharibədən sonra Qəzzada təhlükəsizlik boşluğu yarana bilər. Buna görə də ABŞ bu boşluğu doldurmaq üçün “protektorat” ideyasını ortaya atır. Amma bu, beynəlxalq hüquqa əsaslanmır və siyasi baxımdan çoxlu suallar doğurur. Ərəb ölkələri, xüsusilə Misir və İordaniya belə bir ssenarini öz milli təhlükəsizliklərinə təhdid kimi görəcəklər. Hətta Körfəz ölkələri belə, ABŞ-la yaxın tərəfdaşlıq etsələr də, Qəzzanın Amerikanın faktiki idarəsinə keçməsinə dəstək verməzlər. Çünki bu, onların ictimaiyyətində böyük narazılıq yaradacaq. Digər tərəfdən, Türkiyə və İran da bu plana qarşı sərt mövqedə olacaq. Bu iki gücün etirazı planın həyata keçməsini faktiki mümkünsüz edir,” - deyə T.İsmayılov bildirib ki, Trampın planı müəyyən mənada İsraili rahatlaşdırmaq və bölgədə yeni status-kvo yaratmaq məqsədi güdür: “Amma ABŞ özü belə, Qəzzada faktiki idarəçiliyi üzərinə götürmək istəməz. Çünki bu, həm hərbi xərclər, həm də siyasi məsuliyyət baxımından çox ağır yük olar. ABŞ üçün daha əlverişli variant Qəzzada beynəlxalq koalisiyanın formalaşdırılmasıdır”.
Bu plan kağız üzərində qalacaq
“Əgər protektorat məsələsi gündəmə gələrsə, bu yalnız kağız üzərində qalacaq. Çünki bölgə reallıqları belə bir layihəni qəbul etmir. Müharibə bitdikdən sonra daha çox BMT-nin, yaxud ərəb ölkələrinin iştirakı ilə sülhməramlı missiya ehtimalı daha real görünür. Bu plan nə hüquqi, nə siyasi, nə də regional dəstək baxımından dayanıqlı deyil. ABŞ-ın bölgədəki strateji maraqları bu qədər birbaşa risk götürməyə imkan vermir. Beləliklə, Qəzza zolağının Amerikanın protektoratına çevrilməsi inandırıcı ssenari deyil və ərəb ölkələrinin dəstəyi olmadan heç vaxt gerçəkləşə bilməz,” - deyə T.İsmayılov vurğulayıb
Körfəz ölkələri də “GREAT Trust” fonduna qoşula bilər
Ekspert hesab edir ki “GREAT Trust” fonduna təkcə ABŞ şirkətləri deyil, Körfəz ölkələrinin şirkətləri də vəsait yatıra bilər. “Əgər bərpa prosesi gerçəkləşərsə, burada ABŞ şirkətlərinin aparıcı rol oynayacağı, demək olar ki, şübhəsizdir. Çünki fondun strukturunda qərarverici mexanizmlər ABŞ-ın nəzarətində olacaq. Lakin Körfəz ölkələrinin şirkətlərinin də prosesə qoşulması mümkündür. Xüsusilə, BƏƏ və Səudiyyə Ərəbistanı birgə layihələrdə həm siyasi, həm də maliyyə dividendlər qazanmaq üçün iştirak edə bilərlər. Ərəb ölkələrinin bərpa prosesinə qatılması həm də ictimai legitimlik baxımından vacibdir. Əks halda Qəzza cəmiyyətində “Amerikanın diktəsi” narazılıq doğurar. Ona görə də ABŞ körfəz kapitalını işin içində göstərməklə bu planı daha qəbulolunan formatda təqdim etməyə çalışacaq”.
Köçürülmə humanitar fəlakətə yol aça bilər
Ekspertin fikrincə, Qəzzadakı yerli əhalinin müvəqqəti olaraq başqa ölkəyə köçürülməsi o qədər də asan deyil. “2 milyondan çox insanın hərəkəti region üçün humanitar fəlakətə çevrilə bilər. Misirin Sinay bölgəsi bu müzakirələrdə tez-tez gündəmə gəlir. Amma Qahirə bu məsuliyyəti üzərinə götürmək istəmir, çünki daxildə təhlükəsizlik risklərini artırar. İordaniya da artıq fələstinli qaçqınların yükünü daşıdığı üçün əlavə axını qəbul etməkdə maraqlı deyil. Körfəz ölkələri isə maliyyə yardımına hazır ola bilərlər, amma milyonlarla insanı qəbul etməyə siyasi iradə göstərməyəcəklər. Bu səbəbdən, qəzzalıların müvəqqəti yerləşdirilməsi planı reallıqda böyük problemlərlə üzləşəcək,” - deyə T.İsmayılov qeyd edib ki, BMT-nin humanitar çərçivəsi daxilində məhdud sayda qaçqının üçüncü ölkələrə yönləndirilməsi daha real görünür. Lakin 2 milyonluq kütlənin bütövlükdə başqa dövlətlərə köçürülməsi faktiki mümkün deyil.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

