Tarixin arxivinə gömüləcək daha bir bəyanat...
16.08.2025 [12:55]
Cənubi Qafqaza davamlı sülhün gəlməsinə az vaxt qalıb. Avqustun 8-də Azərbaycan-ABŞ-Ermənistan liderlərinin görüşündə ölkəmizin irəli sürdüyü sül sazişinin mətni də paraflanıb. Və bu paraflanan 17 maddə gələcək dayanıqlı sülhün qarantıdır.
Aİ daxilində nə baş verir?
Vaşinqton zirvəinin dünya liderləri, beynəlxalq təşkilatlar, qlobal media tərəfində müzakirə edildiyi bir vaxtda avroparlamentlərin absurd, arxiv fikirlərlə dolu bəyanatı yayılıb. Srağagün Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta dövlətimizin başçısına zəng edərək əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə dəstək olmağa, icmalara münaqişə illərini geridə qoymağa, davamlı sülhə, sabitliyə və rifaha doğru irəliləməyə kömək etməyə hazır olduğunu deyib. Elə həmin gün Avropa Parlamentinin bəzi deputatları qərəzlərini bir daha nümayiş etdiriblər. Bu bəyanat həm də Aİ-də daxili çəkişmələrin olduğunu nümayiş etdirir. Deputatlarının korrupsiyalaşmış bir quruma çevirdiyi Aİ revanşist dairələrin əlinə oynamağa alışıb. Bu gün də erməni lobbisinin, lap uzağa getsək, Vaşinqton görüşünə narazı tərəflərin dəyirmanına su tökür...
Korrupsionerlər iş başında...
Onlar iddia ediblər ki, Azərbaycan qoşunları Ermənistan ərazisindədir. Bəyanatı Xarici Əlaqələr Komitəsinin (AFET) sədri, Avropa Parlamentinin üzvü David Makallister, Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Sergey Lagodinskiy, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin üzvü Nil Uşakovs, AFET-in Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Miriam Leksmann, AFET-in Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin üzvü Dan Barna imzalayıblar. Bu deputatlar erməni lobbisinin vəsaiti hesabına ortaya atdıqları gülünc fikirlərin fərqində deyillər, amma unutmamalıdırlar ki, zaman ədaləti gec-tez üzə çıxarır - pelosi, menendezlər kimi onlar da vaxt gələcək məhkəmə qarşısına çıxacaqlar. Adları korrupsiya və rüşvətdə hallanan deputatlar Vaşinqtonda Paşinyanın belə dilə gətirmədiyi məsələləri qabartmaqla nəyə nail olmaq istədikləri bəllidir - hər vəchlə Azərbaycana qarşı köhnə və əsassız iddiaları gündəmdə saxlamaq.
“Tələblər” və FAKTLAR...
Bəyanatda deyilir ki, Azərbaycan “öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalıdır”.
- Avropalı deputatlara xatırlatma verək: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib və ərazilərində qoşunlarını harada yerləşdirmək ixtiyarıda Azərbaycana məxsusdur. Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Bakı və İrəvan ikitərəfli formatda sərhədin delimitasiyası və demarkasiyası üzərində işləmək barədə razılığa gəliblər.
Digər məsələr isə “erməni əsirləri” və “köçkün Qarabağ erməniləri” ilə bağlıdır:
- Yada salaq ki, Azərbaycan hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra “hamı üçün” prinsipi ilə erməni hərbi əsirləri Ermənistana təhvil verib. Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən terrorizm, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ilə ittiham olunan şəxslərin “məhbus” kimi buraxılması ən azı siyasi saxtakarlıqdır. Bu şəxslər, ümumiyyətlə, “məhbus” deyillər və onların “məsələsini” Azərbaycan məhkəməsi həll edəcək. Xatırladaq ki, AP tərəfindən bu tələblə sonuncu qərəzli qətnamə bu ilin mart ayında qəbul edilmişdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etmişdi.
- Qarabağdan könüllü çıxan erməni sakinlərin geri qayıtması məsələsinə gəlincə, avroparlamentlərə xatırladaq ki, Azərbaycan əvvəldən Qarabağ ermənilərinə vətəndaşlıq, siyasi və mədəni hüquqlar verməyə hazır olduğunu bildirib. Lakin onlar Azərbaycanın suverenliyi bərqərar olan ərazilərdə yaşamaq istəməyiblər və Ermənistana köçməyi üstün tutublar. Vaşinqtondakı üçtərəfli sammitdə bu mövzuya da toxunulmayıb, ümumiyyətlə, sülh prosesindən kənara çıxılmayıb. Bu məsələlər heç sülh sazişinin paraflanması sənədində də əks olunmayıb. Avroparlamentilər “köçkün Qarabağ erməniləri” deyəndə əzəli dədə-baba torpaqlarından qovulmu 100 minlərlə soydaşımızın da təəsübünü çəksəydi, yaxşı olardı...
8 avqust razılaşmasından sonra Avropa Parlamentinin bu ritorikası tamamilə pozuculuq xarakteri daşıyır və regionda sülhə xidmət etmir. Bu bəyanatlar da əvvəlki qətnamələrin taleyini yaşayacaq - lazımsız kağız parçası... Belə kağız parçalarının hüquqi əsası olmadığı üçün təsiri də yoxdur.
Bu gün qlobal siyasi dairələr Bakı və İrəvanın sülh razılaşmasını alqışlayır, Tramp əldə edilən nəticəni özü üçün şərəf bilir, Avropa Birliyinin baş diplomatı Kaya Kallas anlaşmanı dəstəkləyir. Cənubi Qafqaz Vaşinqtondan sülh mesajı verdiyi zamanda Avropa Parlamentini belə bir bəyanat yaymağa nə vadar edir? Bu, son dövrlər “köhnə qitə”nin dünyada gedən siyasi proseslərdən kənarlaşdırılması ilə əlaqəli ola bilər. Həm Vaşinqton sammitinə, həm də Alyaska görüşünə dəvət almayan Avropa müasir dünya nizamının inşasından uzaqlaşdırılıb. Bəlkə də bu səbəbdən keçmişin arxivlərində vurnuxur.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43

