“Orlovka”-ya PUA hücumunun pərdəarxası...
08.08.2025 [11:07]
Moskvanı təhdid edir?
Avqustun 6-da Rusiya ordusu Ukraynanın Odessavilayətində bir sıra mühüm obyektlərə kütləvi PUA və qanadlıraket hücumları həyata keçirib. Ukrayna KİV-lərininməlumatına görə, Rumıniya-Ukrayna sərhədi yaxınlığındaölkənin qaz tədarükünü təmin edən obyektlərdən biri “Orlovka” qaz-kompressor stansiyası da hücuma məruz qalıb. Hücumnəticəsində stansiya qismən sıradan çıxıb. Sözügedənkompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsiləYunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarınıUkraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsindəistifadə olunur - Türkiyə, Bolqarıstan və Rumıniya ərazisindənkeçən bu marşrut Azərbaycan qazını Ukraynanın daxili bazarınaötürməyə imkan verir. Qeyd edək ki, ötən ayın sonundaUkraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti iləAzərbaycanın SOCAR şirkəti arasında qaz alqı-satqısına dair ilkmüqavilə imzalanıb. Müqaviləyə görə, Azərbaycan qazıBolqarıstan-Rumıniya qaz kəməri vasitəsilə Ukraynaya nəqlolunmalıdır. Bu pilot layihə Ukraynanın enerji təhlükəsizliyindəönəmli strateji addım kimi qiymətləndirilir. Hücum zamanısıradan çıxarılan “Orlovka” stansiyası Ukrayna ilə yanaşı, Trans-Balkan regionu üçün də xüsusi əhəmiyyət kəsb edir. Qərbekspertləri hesab edirlər ki, hücumun nəticələri həm Ukraynanı, həm də Avropanı çətin duruma sala bilər. Eyni zamanda, ekspertlər qeyd edirlər ki, Moskva bu hücumu ilə Azərbaycan-Ukrayna enerji əlaqələrinə birbaşa təhlükə yaradıb.
Rusiyadan xəbərdarlıq siqnalı
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “YeniAzərbaycan” qəzetinə şərhində qeyd edib ki, Rusiya bu hərəkətiilə Azərbaycana xəbərdarlıq etsə də, öz məqsədinə nail olabilməyəcək. “2022-ci ilin fevralında müharibə başlayandan bəriRusiya Ukraynada strateji əhəmiyyət daşıyan obyektlərə, xüsusilə enerji infrastrukturuna - təbii qaz-kompressorstansiyalarına, neft emal edən zavodlara və neft-qaz kəmərlərinəPUA və raket zərbələri endirir. Əsas məqsəd isə Ukraynanıenerji resurslarından və enerji mənbələrindən məhrum etməkdir. İki gün bundan öncə “Orlovka” təbii qaz-kompressorstansiyasına hücum məhz bu məqsədə xidmət edir. Digərtərəfdən isə Rusiyanın son hücumu Azərbaycana xəbərdarlıqdır. Yəni Moskva Bakıya mesaj göndərir ki, Ukraynanın bütünenerji obyektləri onun hədəfindədir. İstənilən halda Odessadabaş verən son hadisə Azərbaycan üçün xoş hal deyil. Bu, Azərbaycanın mənafeyinə zərbədir. Moskvanın bu cür davranışsərgiləməsi qəbuedilməzdir. Amma Moskva nə qədər çalışsa da, Azərbaycan qazının Ukraynaya nəqlinə mane ola bilməyəcək. Azərbaycan, həmçinin Rumıniya və Avropanın bir sıraölkələrinə də qaz nəql edir,”- deyə Ə.İbrahimov bildirib.
Kreml nədən
narahatdır?
Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Azərbaycanın nailiyyətləri və Cənubi Qafqazda baş verən sonproseslər Kremli ciddi şəkildə narahat edir. “Ukraynanın enerjitəchizatında mühüm rol oynayan “Orlovka” stansiyasınahücumun arxasında bir sıra səbəblər dayanır. Birincisi, on-on ikigün bundan öncə Azərbaycan ilə Ukrayna arasında qaz alqı-satqısına dair ilk müqavilə imzalanıb. Bu müqaviləyə görə, Azərbaycanın qaz nəql etdiyi Avropa ölkələrinin siyahısınaUkrayna da daxil oldu. Azərbaycan qazı “Orlovka” qazstansiyası vasitəsilə Ukraynanın daxil bazarına ötürülməsinəzərdə tutulub. Təbii ki, Azərbaycanın bu müvəfəqiyyətiKremli qəzəbləndirməyə bilməz. Moskvanı son hücuma təhrikedən ikinci səbəb isə Cənubi Qafqazda sülh və təhlükəsizliyinbərqərar olunması istiqamətində atılan addımlar, xüsusilə dəAzərbaycan-Ermənistan sülh prosesinin müsbət məcrada davametməsidir. Xarici KİV-in məlumatlarına görə, avqustun 8-dəVaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı iləAzərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziriNikol Paşinyanın görüşü gözlənilir. Görüş ərəfəsində belə birhadisənin baş verməsi təsadüf ola bilməz. Bu, məqsədyönlüşəkildə törədilən bir hadisədir. Bu, regional təhlükəsizliyə qarşıciddi bir təhdiddir”, - deyə İ.Hüseynov əlavə edib ki, Moskva bucür addımlarla heç bir geosiyasi üstünlük əldə edə bilməyəcək: “Artıq Cənubi Qafqazda tam sabitliyin və təhlükəsizliyin təminolunması üçün qəti mövqe sərgilənir. bu-Dabidə baş tutan songörüş çox konstruktiv keçib. Sülh üçün imkanlar yaranıb və buimkanlardan istifadə etmək lazımdır”.
Ucuz təhdid
Beynəlxalq Münasibətlər və Diplomatiya AraşdırmalarıMərkəzinin rəhbəri, politoloq Samir Hümbətov hesab edir ki, Rusiyanın “Orlovka” stansiyasına dron və raket hücumu həmAzərbaycanı, həm də Ukraynanı təhdid etmək xarakteri daşıyır. “Moskva bu hücumu ilə Bakı və Kiyevə mesaj göndərir ki, o, Azərbaycan və Ukraynanın daha da yaxınlaşmasına, iki ölkəarasında enerji əlaqələrinin inkişafına imkan verməyəcək. Əslində, bunun özü bizim üçün müsbət bir haldır. Çünki kiminkim olduğunu görmüş olduq. Moskva Azərbaycanla imzaladığımüttəfiqlik müqaviləsinə hörmət etmir və açıq şəkildə özqəzəbini və nifrətini büruzə verir. Amma Moskva nə qədərtəzyiqlərə əl atsa da, Azərbaycan Ukrayna ilə münasibətləriniKremlin istəklərinə və arzularına uyğun yönəltməyəcək. Azərbaycanın öz müstəqil xarici siyasət strategiyası var və bustrategiya bundan sonra da davam edəcək. Azərbaycanın Trans-Balkan marşrutu ilə Ukraynaya təbii qaz nəql etməyə başlamasıyüksək səviyyəli ikitərəfli münasibətlərin göstəricisidir. Moskvaöz ucuz təhdidləri ilə Azərbaycan-Ukrayna enerji əlaqələrinəzərbə vura bilməyəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02

