Sloveniya Azərbaycanı etibarlı enerji tərəfdaşı hesab edir
31.07.2025 [11:57]
“Yaşıl enerji” sahəsində əməkdaşlıq imkanları qiymətləndirilir
Sloveniya Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükünün şaxələndirilməsində əsas tərəfdaş hesab edir. Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyinin açıqlamasına görə, birgə tərəfdaşlıq fasiləsiz qaz təchizatının təmin edilməsinə, strateji əlaqələrin gücləndirilməsinə və Cənub Qaz Dəhlizi də daxil olmaqla beynəlxalq enerji təşəbbüslərində və əlaqəli layihələrdə iştiraka yönəlib. İki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Geoplin” şirkətinin iştirakı ilə qaz infrastrukturunun inkişafıdır. Hazırda bu istiqamətdə fəal danışıqlar aparılır və rəsmi Lyublyana ölkəsi üçün hazırda əsas təzhizatçı olan Əlcəzairlə yanaşı, Azərbaycanla da bu istiqamətdə tədarükü təmin etməyə üstünlük verir.
Qeyd edək ki, Azərbaycan 2024-cü il avqustun 1-dən Sloveniyaya qaz tədarükünə başlayıb və təchizatı həmin ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən Trans-Adriatik (TAP) boru kəməri vasitəsilə həyata keçirilir. Keçən il Sloveniyada mavi yanacağın ümumi istehlakının təxminən 5 faizi Azərbaycan qazının payına düşüb.
Hidrogen və bərpaolunan enerji üzrə əməkdaşlıq
Sloveniya bununla kifayətlənmir və daha çox yanacaq almaq istəyir və hazırda qaz tədarükünün həcminin artırılması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda, digər enerji mənbələri üzrə qarşılıqlı əməkdaşlıq imkanları nəzərdən keçirilir. Xatırladaq ki, 2025-ci il aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında Energetika Sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. Sənəd təbii qaz sahəsində enerji şirkətlərinin əməkdaşlığı və Sloveniyanın qazla təchizatı üzrə əməkdaşlığa başlanması enerji əlaqələrinin inkişafı ilə yanaşı, digər enerji mənbələri, o cümlədən hidrogen və bərpaolunan enerji üzrə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
“Xəzər-Qara dəniz” “yaşıl enerji” layihəsinə dəstək
İki ölkə arasında gündəlikdə duran əsas prioritetlərdən biri də “yaşıl enerji” sektorunda layihələrin icrasıdır. Sloveniya “Xəzər-Qara dəniz” sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini dəstəkləyir və bu layihədə iştirakının mümkün formalarını öyrənməyə açıq olduğunu bildirir. Apreldə Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasında qəbul edilən “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsinin həyata keçirilməsinə dair niyyət sənədini dəstəkləyənlərdən biri də Sloveniyadır.
Ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer qeyd edib ki, ölkəsinə aid texnologiya şirkətləri Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində investisiya fəaliyyətini dəstəkləyir. Sloveniyanın “yaşıl enerji” üzrə ötürücü sistem operatorları (TSO) Avropada ağıllı şəbəkələr quruculuğunda yenilikçi şirkət kimi özünü təsdiqləyib və ağıllı şəbəkələr, hidrogen enerjisi, enerji saxlanc sistemləri və “yaşıl enerji” sisteminə inteqrasiya sahəsində yaxşı təcrübəyə malikdir. Bu baxımdan, Azərbaycanla tərəfdaşlıq ölkəmizdə “yaşıl enerji” çərçivəsində müasir texnologiyaların tətbiqi üçün əla fürsərlər yaradır.
Sloveniya, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında hidrogen sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayır və bu qarşılıqlı əlaqənin genişləndirilməsi ilə bağlı gələcək müzakirələrə hazır olduğunu bəyan edir.
Sloveniya Orta Dəhlizə qoşulmaq niyyətindədir
Hazırda Avrasiya regionunda yaranmış yeni geosiyasi düzən və fraqmentasiyalar fonunda meydana çıxan nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi bir çox ölkəni qlobal hablardan birinə çevrilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağını artırır və bu nəqliyyat arteriyasına qoşulmaq istəyən ölkələrdən biri də Sloveniyadır. İki ay əvvəl Qazaxıstan və Sloveniyanın dövlət başçıları - Kasım-Jomart Tokayev və Nataşa Pirç Musarın görüşü zamanı nəqliyyat və logistika sektorunda kommunikasiyaların əhatə dairəsinin genişləndirilməsi zamanı rəsmi Lyüblyana Orta Dəhlizə qoşulmaq niyyətini ifadə edib. Sloveniya hökuməti Luka Koper dəniz limanının digər nəqliyyat xətlərinə inteqrasiya olunması sayəsində Orta Dəhlizə çıxış eldə etmək istəyir. Nataşa Pirç bildirib ki, Qazaxıstanla əldə edilmiş ortaq razılığa əsasən, yaxın vaxtlarda səlahiyyətli orqanlar nəqliyyat sxemlərinin əlaqələndirilməsi üçün konkret addımlar atacaq.
İqtisadi-ticari əlaqələrə dair prioritetlər
Sloveniya Azərbaycanı etibarlı tərəfdaş və sadiq tədarükçü, iqtisadi təchizatçı hesab edərək digər sahələrdə də yeni anlaşmalar əldə etməyə çalışır. Sloveniyanın xarici işlər və Avropa işləri üzrə naziri Tanya Fayon bildirib ki, ölkəsi Azərbaycanla qonşu olmasa da, ətraf coğrafiyalarla kommunikativ bağlantılar qurmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə hökumət və biznes nümayəndələrindən ibarət komanda yeni strateji sənəd layihəsi hazırlayıb.
Bundan başqa, tərəflər turizm sektorunun potensialını nəzərdən qaçırmamaq, bu istiqamətdə imkanları səfərbər etməkdə maraqlıdır. Hər iki ölkənin zəngin mədəni irsi, möhtəşəm təbiəti və tarixi abidələri qarşılıqlı turizm üçün geniş imkanlar yaradır. Sloveniyanın iqtisadiyyat, turizm və idman nazirinin katibi Mitja Blaganje isə avtomobil sənayesi sahəsində Azərbaycanla birgə müəssisələr yaradaraq regionda geniş maşın təchizatı şəbəkəsi qurmağı təklif edib.
Qarabağ və Şərqi Zəngəzurda biznes maraqları
Azərbaycan Sloveniya şirkətlərinin biznes planlarının təkcə paytaxtla məhdudlaşmasını istəmir, regionlararası biznes əlaqələrinin inkişafı və əməkdaşlığın şaxələndirilməsi üçün təşviqedici addımlar atmaq, bölgələrə qarşılıqlı investisiyaları cəlb etmək üçün səmərələşdirici alətləri tətbiq etməyi düşünür. Bu siyasət çərçivəsində Sloveniya şirkətlərini Qarabağ və Şərqi Zəngəzurda icra olunan biznes layihələrinə də dəvət edib. Ölkəmizin əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu, ələ?x?sus da azad ərazilərdə xarici investorlar üçün yaradılan sağlam investisiya mühiti, tətbiq olunan vergi, gömrük güzəştləri, iqtisadi stimullar, digər güclü dövlət dəstəyi tədbirləri xarici iş adamları, o cümlədən sloveniyalı biznes icması üçün yaxşı fürsətlər yaradır.
Beləliklə, Azərbaycan-Sloveniya arasında enerji sahəsində yaranmış yaxı əməkdaşlıq formatı digər sahələrdə də imkanları səfərbər etməklə iqtisadi-ticari bağlantıları yeni mərhələyə yüksəldəcək, dövlət şirkətləri ilə yanaşı, özəl biznes sektorunda investisiya və sərmayələrin həcminin artmasına şərait yaradacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

