Səhiyyə Nazirliyimiz hara baxır?
30.07.2025 [12:53]
Bu günlərdə xarici media orqanlarına verdiyi müsahibədə AXCP sədri Əli Kərimli bir daha anti-milli və ermənipərəst mövqeyini nümayiş etdirib.
Jurnalistin “Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi” sualına cavabında Kərimli “Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur” deməklə əslində hansı səmtdə olduğunu və dəstək verdiyini, daha doğrusu yanların, Nikolun və ermənilərin cinahında - yanında olduğunu təsdiqləmiş olur.
Onun türk qardaşlarımız demiş “yandaş” olması, yanları tutması birinci dəfə deyil, biz bunun dəfərlərlə şahidi olmuşuq və bəzi qısa xatırlatlamlarla yada salmaq istərdik.
2020-ci ilin iyulunda Tovuz hadisələri zamanı meyitlərini döyüş əməliyyatları gedən ərazilərdə qoyub qaçan və yüzlərlə yaralısını köməksiz buraxan Ermənistan Ordusunun acınacaqlı durumunu Ermənistan Müdafiə Nazirliyinin məlumatlarından da görürdük. Qurumun mətbuat katibi Şuşan Stepanyan “Bz çıxılmaz vəziyyətdəyik. Bizim hərbçilərimiz, əsgərlərimiz ölürlər. Digərləri isə döyüş bölgələrindən qaçırlar” deməklə itkilərinin sayınını hədsiz çox olmasını etiraf edirdi. Əli Kərimli isə həmin vaxt yazırdı ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin verdiyi itkilərilə bağlı dedkləri rəqəmlər şişirtmədir , həqiqətə uyğun deyil”.
Yaxud, həmin hadisələr zamanı başqa bir açıqlamasında “Biz bir qarış torpaq almadan şəhid vermişik” deyən Kərimlinin bu fikirləri topraq uğruna qanı tökülən şəhidlərimizə olan həqarətdir, general Polad Həşimovun ruhuna xəyanətdir.
O, bununla daha çox erməniliyə xidmət etdiyini biruzə vermiş olurdu.
Digər xatırlatma: Sevinc Osmanqızının yayımına çıxan Əli Kərimli Azərbaycan Müdafiə Nazirliyini “təkzib” edərək yenə də erməni propaqandasının tez-tez xatırlatdığı fikrə istinadən “Azərbaycan Ordusunun şəhid sayı 4 dən daha çoxdur” deməklə bir daha səmtini müəyyənləşdirir.
Başqa bir xatırlatma. Şərur rayonunun “Cünnüt” kəndi daxil, on bir min hektar ərazinin Naxçıvan hərbi birləşmələrinin nəzarətinə keçməsi haqda rəsmi məlumat yayılır. Hər an dezinformasiya püskürən Ermənistan Müdafiə Nazirliyi bu hərbi situasiyanın gerçəkliyi qarşısında bəhanə uydurmağa əsaslar tapa bilmir, ancaq AXCP sədri daha oyaq tərpənərək “təkzib edir”. Ə.Kərimli yazırdı ki, “Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”.
Bu, öz Milli Ordusuna qarşı çıxmaq, milli xəyanət və Ermənistan Müdafiə Nazirliyinin təşviqatına növbəti dəstək idi. Bu, iqtidarlı- müxalifətli, bir nəfər kimi öz mətbuatının (və hakimiyyətinin) yalanına sahib çıxan ermənilərlə birgəliyin əlaməti idi.
Yeri gəlmişkən, 44 günlük müharibədə və sonrakı dövrdə Azərbaycanda bütün siyasi qüvvələrin iqtidar-müxalifət demədən Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyi halda, bu ümummilli həmrəylik halqasına qoşulmayan və daim erməni təşviqatına xidmət edən fikirləri ilə diqqət çəkən AXCP sədri indi “Biz ərazi bütövlüyümüzü bərpa etmişik və Ermənistana qarşı ərazi iddialarımız yoxdur” deməklə növbəti riyakarlığını və saxtakarlığını nümayiş etdirir.
Vaxtilə “Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır” deyən xəstə təxəyyülün bu gün “Rusiyanın Cənubi Qafqazda mövcudluğu vacibdir” fikri aradan ötən 33 ildə eyni zehniyyətin, yarımçıq şüurun təzahürüdür. Bu, eyni zamanda, Zatulinin, Solovyovun tezisnin tirajlanması, Rusiyanın bölgə üçün “vacibliyini” xatırlatmaqla dəyişməyən Kərimlinin mahiyyətini ifadə edir.
Şübhə yoxdur ki, bizim qənaətimiz ondan ibarətdir ki, Azərbaycanın qazandığı sarsılmaz Qələbə və yaratdığı yeni reallıqlar, yanlarla bərabər, Əli Kərimlidə də ciddi travma yaradıb. Bu travmanın və patoloji pozuntuların yaratdığı şiddətli sarsıntılar Kərimlidə son günlər daha kəskin hal almaqla onun sağlamlığına və təxəyyülünə ciddi zərərlər vurur. Belə yerdə adam demək istəyir ki, Səhiyyə Nazirliyimiz hara baxır?
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

