Azərbaycan ədalətə nail olacaq!
23.07.2025 [12:05]
Təyyarəmizi vuranlar cəzalandırılmalı, qurbanların, yaralıların ailələrinə və AZAL-ın təyyarəsinə görə təzminat ödənilməlidir
Azərbaycan bölgədə daim əməkdaşlıqda maraqlı olan, dinc və yaxın qonşuluq siyasətinə üstünlük verən dövlət kimi tanınıb. Dövlətimiz beynəlxalq hüquq və milli maraqlar müstəvisində xüsusilə həmsərhəd ölkələrlə əlaqələrin inkişafında maraqlıdır - biz bərabərtərəfli, hüquqi standarta uyğun və mənafeyimiz çərçivəsində münasibətlərin inkişafı üçün hər zaman əlimizdən gələni etmişik. Qonşu ölkələrə ən çətin anlarında yardım edən, ən kritik məqamlarda dayaq olan Azərbaycan eyni münasibəti tələb etməkdə haqlıdır - biz, ölkəmizə olan isti münasibəti yüksək dəyərləndirdiyimiz kimi, xalqımıza, dövlətimizə qarşı işlədilən hər hansı bir səhv sözün və hərəkətin hesabını tələb etməyi bacarırıq.
AZAL-ın ötən il dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan və Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı Moskvanın susqunluğu, qəzanın nəticələri ilə bağlı addımların atılmaması birmənalı qarşılana bilməz. Məsələdə məsuliyyətini dərk edən Rusiya Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinə uyğun addımları atmalıdır. Amma ötən 7 ay ərzində bunu müşahidə etməmişik. Əksinə, Rusiya sanki belə bir hadisə baş verməyibmiş kimi davranmağa üstünlük verir ki, bu da, Azərbaycan tərəfidən qəbul olunmur.
Bizim üçün hər şey aydındır...
Qeyd edək ki, hadisə baş verən andan etibarən məsələ dövlət başçısı tərəfindən şəxsən nəzarətə götürülüb, qəzanın səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Azərbaycan məsələ ilə bağlı həqiqətlərin açılması üçün var gücünü səfərbər edib. “Qara qutu”ların oxunması isə bütünlüklə məsələnin üzərinə gün işığı salır və Moskvanın məsuliyyətini təyin edir. Azərbaycan dövləti hələ ötən ilin dekabrında bəyan etmişdi ki, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Bundan başqa, öz günahını etiraf etməli, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməlidir. Paralel olaraq isə, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, ölkəmizin qəza ilə bağlı mövqeyi və gözləntiləri idi. Amma Moskva hələ də nədənsə “susur”. Prezident İlham Əliyev III Qlobal Şuşa Media Forumunda çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir: “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir”.
Təyyarəmizə qarşı iki dəfə hücum olub...
Məsələnin mahiyyəti ortadadır - Rusiya tərəfi təkzib etsə də, fərqli versiyalar irəli sürsə də qəzanın baş vermə səbəbləri və şəraiti bəllidir. Moskvanın iddiaları özünü təmizə çıxarmadan başqa bir şey deyil - bu isə Azərbaycanın mövqeyi ilə üstü-üstə düşmür. Azərbaycan dövləti Rusiyadan etdiyi əməlin cavabdehliyini daşımağı tələb edir. Amma qarşı tərəf yenə də yalan versiyaların arxasına sığınmaqla özünü məsuliyyətdən xilas etməyə çalışır. Prezident İlham Əliyev bildirib ki, bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzlyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi: “Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib”.
Vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil
Bəli, təyyarə qəzası heç də Rusiyanın bəzi orqanlarının və mətbuatının iddia etdiyi kimi “yan səbəblərdən” baş verməyib - tam əksinə, təyyarənin vurulma nəticəsində qəzaya uğraması artıq təsdiqlənib. Beləliklə də, Rusiyanın məsələnin istiqamətini fərqli cəhətlərə yönləndirmək manipulyasiyaları da iflasa uğrayıb. Hüquqi qiymətləndirmə nəticəsində baş verənlərdə günahı olanların məsuliyyətləri aydındır - Rusiya bununla bağlı lazımi addımları atmalıdır. Amma görünən budur ki, Rusiya tərəfi heç də hüquqi prosedurlara riayət etmək fikrində deyil - tam əksinə, onlar inkar etməklə və ya susmaqla “nəyəsə” nail ola biləcəklərini düşünürlər, bizim bu hadisəni unudacağımızı düşünürlər. Bu isə mümkün deyil. Dövlət başçısı çıxışında bildirib ki, hadisə baş verən anda Rusiya hava məkanı bağlanmamışdı: “Hava məkanı bizim təyyarəmiz vurulduqdan bir neçə dəqiqə sonra bağlanmışdır və bu da məsuliyyətdir. Həmin o şəxslər “xalça əməliyyatı”nı vaxtından gec elan ediblər. Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

