Atəşkəsə gedən yol...
19.04.2025 [10:17]
Yaxın zamanda ABŞ ilə Ukrayna arasında mühüm sazişin imzalanması gözlənilir. Artıq Vaşinqton Ukraynadan öz istədiyini qoparmağı bacardı. Belə ki, aprelin 18-də ABŞ və Ukrayna nümayəndələri yeraltı sərvətlərin istismarına dair saziş bağlamaq niyyətlərini göstərən memorandum imzalayıblar. Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko yerli KİV-lərə açıqlamasında qeyd edib ki, hər iki ölkə Ukraynanın genişmiqyaslı bərpasına yönələn İnvestisiya Fondunun əsasının qoyulması istiqamətində işlərə başlayıb. Onun sözlərinə görə, müvafiq saziş əhəmiyyətli investisiyalar, infrastrukturun modernləşdirilməsi və Ukrayna ilə ABŞ arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün imkanlar yaradacaq. Qeyd edək ki, memorandumu Yuliya Sviridenko və ABŞ-ın maliyyə naziri Skott Bessent imzalayıb. Hazırda ABŞ və Ukraynanın texniki qrupları imzalanması gözlənilən sazişin üzərində işləyirlər.
Saziş Ukraynanın maraqlarına uyğundur?
Xatırladaq ki, bu ilin fevralında Vaşinqton Ukraynada yeraltı mineral ehtiyatların istismarı üçün onun nəzarəti altında olan İnvestisiya Fondu yaratmağı təklif edib. Təbii ki, Tramp administrasiyası belə bir təklifi Ukraynanın ABŞ-a olan 350 milyard dəyərində borcunu rahat şəkildə ödəmək müqabilində irəli sürüb. Ağ Evin təklifinə görə, rəsmi Kiyev mineral ehtiyatların istismarından əldə ediləcək gəlirlərin üçdə ikisini fonda verməlidir. Fondun həcmi isə 500 milyard dollar civarındadır. Ekspertlər hesab edirlər ki, fondun büdcəsinə yığılacaq vəsait həm Ukraynanın yenidən qurulmasına, həm də Kiyevin ABŞ-a borcunun ödənilməsinə sərf olunacaq. Eyni zamanda fond ilə bağlı saziş əsasən kommersiya xarakteri daşıyır. Bir müddət bu saziş üzrə danışıqlar dalana dirənsə də, aprelin əvvəlində yenidən intensivləşib. “New York Times” -ın məlumatına görə, artıq danışıqlar yekunlaşmaq üzrədir. Bu arada Vaşinqton Ukraynanın dövlət borcunu 300 milyarddan 100 milyard dollaradək azaltmağa razılaşıb.
Əgər saziş imzalanarsa, bu, atəşkəsə nə dərəcədə təsir göstərəcək?
Ən maraqlısı isə budur ki, sənədin yeni layihəsində Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı heç bir qeyd yoxdur. Belə bir halda Ukraynada yaxın aylarda atəşkəsin elan olunub-olunmayacağı sual altındadır. Amma bəzi ekspertlər bunun atəşkəsin təmin olunmasına aparan müvafiq yol olduğunu vurğulayırlar. Politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində məsələ ilə bağlı fikirlərini bölüşüb - o, qeyd edib ki, ABŞ ilə Ukrayna arasında mineral ehtiyatlarla bağlı sazişin imzalanacağı təqdirdə bir müddət sonra atəşkəsin elan olunması mümkün görünəcək. “Nəzərə almaq lazımdır ki, Ukrayna ABŞ-ın təzyiqləri və basqıları fonunda bu sazişə razılıq verib. Doğrusunu desək, Vaşinqton Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək üçün belə bir addımı atıb. O ki qaldı sazişin imzalanmasının yaxın zamanda atəşkəsə yol açıb-açmayacağına, qeyd edim ki, bu, atəşkəsə müsbət təsir göstərəcək. Çünki Vaşinqton qətiyyən istəməz ki, onun investisiya yatıracağı ölkədə müharibə davam etsin. Ukraynada ABŞ şirkətlərinin və investorlarının fəaliyyət göstərəcəyi müddətdə Rusiyanın bu ölkəyə hücum əməliyyatları qeyri-mümkün olacaq. Rusiya buna cəhd etməyəcək. Moskva bunu çox yaxşı başa düşür. Hesab edirəm ki, əgər sazişin imzalanması baş tutacaqsa, Rusiya ilə Ukrayna arasında qısa bir zamanda atəşkəs elan olunacaq. Bu da öz növbəsində münaqişənin uzunmüddətli dondurulmasına gətirib çıxaracaq”.
Tramp Rusiyanı atəşkəsə razı salmaq üçün sərt taktikalara əl ata bilər?
T.İsmayılov vurğulayıb ki, hazırda atəşkəs Moskvanın özünə də sərf edir. “Bu müharibə Ukrayna üçün çox ağır dağıdıcı nəticələrə səbəb olub. Amma eyni zamanda Rusiya da xeyli canlı, hərbi texnika və maliyyə itkilərinə məruz qalıb. Bu baxımdan Moskva da atəşkəsə razıdır. Əlbəttə, Kremlin qısa müddət ərzində atəşkəsə razı olacağı inandırıcı görünmür. Çünki Moskva Kiyevin onun diktə etdiyi şərtlər əsasında atəşkəs sazişinin imzalanmasını istəyir. Sözsüz ki, Rusiya rəhbərliyi atəşkəsə razı olmazsa, ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik yaranacaq. Amma bir məqama da diqqət yetirmək lazımdır ki, Tramp administrasiyasının Rusiya ilə danışıqlar aparmaq imkanları kifayət qədərdir. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası dövründə Vaşinqton Moskva ilə danışıqları davam etdirəcək. Moskva atəşkəsə razılıq verməsə belə, Rusiya ilə ABŞ arasında ciddi qarşıdurma baş verməyəcək”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19

Diaspor
20 Oktyabr 21:38

Siyasət
20 Oktyabr 21:37

YAP xəbərləri
20 Oktyabr 21:16

YAP xəbərləri
20 Oktyabr 21:09

YAP xəbərləri
20 Oktyabr 20:57

YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31

YAP xəbərləri
20 Oktyabr 17:20

YAP xəbərləri
20 Oktyabr 17:07

YAP xəbərləri
20 Oktyabr 16:56

Siyasət
20 Oktyabr 16:50

YAP xəbərləri
20 Oktyabr 16:47

YAP xəbərləri
20 Oktyabr 16:45

Gündəm
20 Oktyabr 16:42

YAP xəbərləri
20 Oktyabr 16:20

YAP xəbərləri
20 Oktyabr 16:19

YAP xəbərləri
20 Oktyabr 15:50

YAP xəbərləri
20 Oktyabr 15:38

YAP xəbərləri
20 Oktyabr 15:33
Diaspor
20 Oktyabr 15:26

Sosial
20 Oktyabr 15:23
YAP xəbərləri
20 Oktyabr 15:21

YAP xəbərləri
20 Oktyabr 14:56

YAP xəbərləri
20 Oktyabr 14:52

Xəbər lenti
20 Oktyabr 14:31

YAP xəbərləri
20 Oktyabr 14:29

YAP xəbərləri
20 Oktyabr 13:56

Hadisə
20 Oktyabr 13:54

Sosial
20 Oktyabr 13:29

YAP xəbərləri
20 Oktyabr 13:28

Sosial
20 Oktyabr 13:27

Hadisə
20 Oktyabr 13:12

İqtisadiyyat
20 Oktyabr 13:09

İqtisadiyyat
20 Oktyabr 13:07

YAP xəbərləri
20 Oktyabr 12:54

Gündəm
20 Oktyabr 12:54

YAP xəbərləri
20 Oktyabr 12:25
