Kənar “güclər” Azərbaycana necə yol açırlar?
14.12.2024 [12:58]
Xaricdəki Azərbaycanafob dairələrin ölkəmizə qarşı çirkin planlar hazırladıqları hər kəsə bəllidir. Təbii ki, erməni lobbisinə bağlı olan həmin dairələr Qərb mətbəxlərində yazılan ssenarilərini özləri birbaşa reallaşdırmaq imkanına malik deyillər. Burada onlar “Beşinci kolon”un xidmətlərindən bəhrələnirlər. Azərbaycanafob dairələrdən “Beşinci kolon” təmsilçilərinə qrantlar şəklində maliyyə vəsaitləri ayrılır, sonuncular da aldıqları paraların əvəzini milli maraqlarımıza zidd olan üzqarası “fəaliyyətləri” ilə ödəyirlər.
Qurulan bu şəbəkədə “Meydan TV” də var. TV vasitəsilə auditoriyaya demokratiyadan, insan haqlarından, bərabərlikdən, şəffaflıqdan uzun-uzadı nağıllar danışılsa da, alt qatda gizlənən yeganə məqsəd hansısa yollarla Azərbaycanın imicinə, milli maraqlarına xələl gətirməkdir.
“Meydan TV” üzərindən çirkli pulların yuyulması mexanizmi
“Meydan TV”çilər və bu qaragüruhu dəstəkləyən qüvvələr sözügedən media qurumunu həmişə məzlum və cəfakeş obrazda təqdim etməyə çalışırlar. Ancaq aşkarlanan faktlar bunun əksini sübut edir. Araşdırmalar nəticəsində bəli olub ki, xarici düşmən dairələrin əlində alətə çevrilən, həmin dairələrdən gələn tezisləri sosial şəbəkə istifadəçilərinə ötürmək üçün dəridən-qabıqdan çıxan “məzlum” TV üzərindən çirkli pulların yuyulması mexanizmi işə salınıb. Belə ki, “Meydan TV” ətrafında aparılmış araşdırmalarla müəyyən edilib ki, media qurumunun qanunsuz maliyyələşdirilməsində beynəlxalq çirkli pulların yuyulması mexanizmlərindən istifadə olunub. Bununla bağlı əlahəzrət faktlar ortadadır. “Meydan TV”nin maliyyələşməsi Almaniyada qeydiyyatdan keçirilmiş “Demokratiya Uğrunda Assosiasiya” (Vereinigung für die Demokratie) adlı QHT üzərindən həyata keçirilir. Artıq ictimaiyyətə məlum olduğu kimi adıçəkilən təşkilatın direktoru Pensilvaniyada anadan olmuş 1992-ci il təvəllüdlü ABŞ vətəndaşı Metyu Kasperdir (Matthew Kasper). O, eyni zamanda “Meydan TV”yə də rəhbərlik edir.
Aralarında erməni diaspor təşkilatları tərəfindən maliyyələşən fondların da olması istisna edilməyən donorlar tərəfindən ayrılan maliyyə vəsaitləri “Demokratiya Uğrunda Assosiasiya”nın hesablarına köçürüldükdən sonra qanunsuz pulyuma sxemləri əsasında “Meydan TV”nin maliyyələşdirilməsinə yönəldilib.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə qrant layihələri və bu layihələr əsasında ayrılmış vəsaitlərin müvafiq dövlət qurumlarından qeydiyyatdan keçirilməli olduğunu bilən M.Kasper başda olmaqla “Meydan TV”nin fəaliyyətinə rəhbərlik edən, şübhəli əlaqələrə malik xarici koordinatorlar pul vəsaitlərinin gizli olaraq ölkəyə keçirilməsini təmin ediblər.
Xaricə səfərlər edən və pul daşıyan “etibarlı şəxslər”
“Meydan TV”nin Azərbaycanda fəaliyyət göstərən bürosuna Aynur Elgünəş rəhbərlik edir. Onun iştirakı ilə xaricə səfər edən “etibarlı şəxslər” seçilib, həmin şəxslər geri qayıtdıqda müxtəlif məbləğlərdə xarici valyutanı gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirərək ona təqdim ediblər. Vəsait isə tapşırıqlara uyğun olaraq aparılan fəaliyyətlərin reallaşması üçün istifadə olunub. Bu məqsədlə Türkiyə və Gürcüstandan tranzit kimi istifadə olunub. Bəzi hallarda M.Kasper yaşadığı Berlin şəhərindən Türkiyəyə səfər edərək vəsaiti Azərbaycana çatdıracaq şəxsə şəxsən özü təqdim edib.
Bir tərəfində M.Kasperin, digər tərəfində Aynur Elgünəşin olduğu şəbəkədə “Meydan TV” üçün ayrılan vəsaitlərin nağd şəkildə ölkəyə keçirilməsində Aynur Elgünəşin rəfiqəsi Ülviyyə Məmmədovanın adı keçir. Ü.Məmmədova bu ilin oktyabr ayında M.Kasperlə İstanbul şəhərində görüşərək ondan 14 min 600 avro pulu götürüb A.Elgünəşə çatdırıb. Bundan əlavə, Ülviyyə Məmmədovanın təşkilatçılığı ilə M.Kasper tərəfindən təqdim olunmuş 18 min avro məbləğində qrant vəsaiti onun İzmir şəhərində tələbə olan bacısı qızı Fidan Əliyeva və Türkiyə Respublikasının vətəndaşı Arda Dumanoğlu tərəfindən 28 noyabr 2024-cü il tarixdə ölkəyə gizli olaraq gətirilib.
Pul vəsaitlərinin Gürcüstandan qanunsuz yolla keçirilməsini isə həmin ölkədə “Meydan TV”nin nümayəndəsi təyin edilmiş Gürcüstan vətəndaşı Sevda Vidadi qızı Səmədova koordinasiya edib. Onun vasitəsilə 11 oktyabr 2024-cü il tarixdə Əhməd Muxtarov tərəfindən Gürcüstandan ölkə ərazisinə 13 min avro keçirilib. 13 oktyabr 2024-cü il tarixdə isə Sevda Səmədova Tbilisi şəhəri, P.Kakabadze küçəsində yerləşən “Ginger” hotelində Rəna Tahirova ilə görüşərək ona 5 min avro təqdim edib. Bundan əlavə, 6 dekabr 2024-cü il tarixdə Gürcüstandan qayıdan Ramin Deko özü ilə 38 min avro gətirib. Belə faktların siyahısı isə çox uzundur...
“Meri” və “Mərt”in “Slack” mobil tətbiqi üzərindən yazışması
“Slack” mobil tətbiqində aparılan danışıqlardan görünür ki, məxfilik məqsədiylə Aynur Elgünəş “Meri” təxəllüsündən, M.Kasper isə “Mərt” şərti adından istifadə edib. “Meri” və “Mərt” arasında aparılan yazışmalar təsdiqləyir ki, donorlar tərəfindən öz maraqlarına uyğun mövzular öncədən müəyyən edilərək “Meydan TV”nin əməkdaşlarına sifariş edilib və onlardan plan üzrə materiallar hazırlamaq tələb olunub. Təbii ki, ödənilən qonorarın həcmi mövzunun “əhəmiyyətinə” görə dəyişib. Araşdırmalardan “Meydan TV”-yə aşağıdakı mövzular üzrə materiallar hazırlamaqla bağlı tapşırıqlar verilib:
- kiçik sosial problemlərin əhalinin narazılığı kimi təqdim edilməsi,
- narazı vətəndaş obrazlarının yaradılması,
- Qarabağda ermənilərin guya etnik təmizləməyə məruz qalmaları,
- LGBT hüquqlarının pozulması,
- ölkədə təşkil edilən COP29 beynəlxalq tədbiri zamanı ekoloji və sair problemləri qaldırmaq.
Qeyd edək ki, Azərbaycanafob dairələr əvvəllər də respublikamızda özlərinin çirkin məqsədlərini reallaşdırmağa cəhdlər göstəriblər. Ancaq onların “Beşinci kolon” təmsilçiləri ilə ikrah doğuran işbirliyi hər zaman uğursuzluğa düçar olub. İlk növbədə xalq-iqtidar həmrəyliyi, dövlətin güclü ideoloji əsasları belə məkrli planları puç edib.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
19 Oktyabr 23:35

Dünya
19 Oktyabr 22:27

Siyasət
19 Oktyabr 21:39

İdman
19 Oktyabr 20:30

Sosial
19 Oktyabr 19:59

Sosial
19 Oktyabr 18:30

Sosial
19 Oktyabr 17:57

Dünya
19 Oktyabr 16:29

İqtisadiyyat
19 Oktyabr 15:34

Siyasət
19 Oktyabr 14:32

YAP xəbərləri
19 Oktyabr 13:29

Dünya
19 Oktyabr 13:25

Dünya
19 Oktyabr 12:30

Dünya
19 Oktyabr 11:41

Siyasət
19 Oktyabr 11:35

Dünya
19 Oktyabr 10:51

Dünya
19 Oktyabr 10:29

Dünya
19 Oktyabr 10:16

İdman
19 Oktyabr 09:50

Sosial
19 Oktyabr 09:21

İdman
19 Oktyabr 08:55

Siyasət
19 Oktyabr 08:17

Analitik
18 Oktyabr 22:22

Siyasət
18 Oktyabr 21:35

Dünya
18 Oktyabr 20:41

Siyasət
18 Oktyabr 20:36

Sosial
18 Oktyabr 19:26

Gündəm
18 Oktyabr 18:45

YAP xəbərləri
18 Oktyabr 18:32

Elanlar
18 Oktyabr 17:58

Sosial
18 Oktyabr 17:57

YAP xəbərləri
18 Oktyabr 17:40

Siyasət
18 Oktyabr 17:03

YAP xəbərləri
18 Oktyabr 16:38
YAP xəbərləri
18 Oktyabr 15:35

YAP xəbərləri
18 Oktyabr 14:28

YAP xəbərləri
18 Oktyabr 13:54

Xəbər lenti
18 Oktyabr 13:54

YAP xəbərləri
18 Oktyabr 13:30

Gündəm
18 Oktyabr 12:39

Siyasət
18 Oktyabr 12:18

Gündəm
18 Oktyabr 11:54

Sosial
18 Oktyabr 11:47

Gündəm
18 Oktyabr 11:36

Siyasət
18 Oktyabr 11:35

Gündəm
18 Oktyabr 11:20

MEDİA
18 Oktyabr 10:45

YAP xəbərləri
18 Oktyabr 10:32

Sosial
18 Oktyabr 10:16

İqtisadiyyat
18 Oktyabr 09:51

İqtisadiyyat
18 Oktyabr 09:27

Sosial
18 Oktyabr 08:54
Ədəbiyyat
18 Oktyabr 08:40

Gündəm
18 Oktyabr 01:42

Gündəm
18 Oktyabr 01:30

Gündəm
18 Oktyabr 01:07

Dünya
17 Oktyabr 23:39

Gündəm
17 Oktyabr 23:34

Gündəm
17 Oktyabr 23:22

YAP xəbərləri
17 Oktyabr 23:15

Sosial
17 Oktyabr 22:51

YAP xəbərləri
17 Oktyabr 22:50

YAP xəbərləri
17 Oktyabr 22:32

Dünya
17 Oktyabr 22:13

Dünya
17 Oktyabr 21:45

YAP xəbərləri
17 Oktyabr 21:20

Dünya
17 Oktyabr 21:08

Dünya
17 Oktyabr 20:50

YAP xəbərləri
17 Oktyabr 20:31

Sosial
17 Oktyabr 20:12
