İrəvanın donu açılmır...
27.11.2024 [08:52]
KTMT-nin Astana sammitini də kənardan izləyəcək
Xəbər verildiyi kimi, noyabrın 28-də Qazaxıstanın Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçiriləcək. Sammit çərçivəsində Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin birgə iclasları, eni zamanda, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək. İştirakçı ölkələr regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. İclasın yekunları üzrə bir sıra sənədlər qəbul ediləcək.
Qərb - Rusiya münasibətləri...
Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçiriləcək toplantısında əsas müzakirə predmeti isə Qərbin Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadəyə icazəsi ilə bağlı vəziyyətin müzakirəsi olacaq. Bu barədə TASS-dakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri çərçivəsində müttəfiqlər Ukrayna ərazisindəki böhranın bütün aspektlərini müzakirə edəcək. Mənbə xatırladıb ki, Moskva və Astana müttəfiqdir. Onların arasında aqressiya halında dəstək haqqında razılaşma var.
Əfqanıstan-Tacikistan sərhəddi müzakirə ediləcək...
KTMT Baş katibi İmanqali Tasmaqambetov isə Belarusun STV telekanalına müsahibəsində Astana sammitinin təfərrüatı ilə bağlı məlumat verib. O bildirib ki, bu il KTMT-nin sammitində Tacikistan-Əfqanıstan sərhədinin təkmilləşdirilməsi proqramının da qəbulu gözlənilir. “Bu il Kollektiv Təhlükəsizlik Şurası çox mühüm sənəd qəbul edəcək - sənəd Tacikistan-Əfqanıstan sərhədinin inkişafı üçün məqsədyönlü dövlətlərarası proqramdır. Əfqanıstan məsələləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cari fəaliyyət sahələrindən biridir”, -deyə Tasmaqambetov bildirib. Onun sözlərinə görə, vəziyyət sabitləşmiş kimi görünsə də, hələ də Əfqanıstan ərazisində kifayət qədər terror təşkilatı var və bu çox ciddi problemdir. “Bu proqramın imzalanması, əlbəttə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə sərhədin bu hissəsini birgə inkişaf etdirməyə və bununla da, ilk növbədə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyini təmin etməyə imkan verəcək”, - deyə KTMT katibi bildirib.
Ermənistan bu dəfə də qatılmadı...
Ermənistan isə KTMT toplantısına yenə də qatılmayacaq. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev TASS-a açıqlamasında bildirib ki, ermənilər tədbirdə iştirakdan imtina edib: “Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, - o qeyd edib.
Ermənistan tərəfi də Astanada keçiriləcək toplantıda təmsil olunmayacağını bildirib. Ermənistanın hərbi-siyasi blokun üzvü olmasına baxmayaraq, xarici işlər naziri Ararat Mirzoyan tədbirə qatılmayacaq. Bu barədə “Armenpress”ə müsahibəsində xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. Qeyd edək ki, bu, İrəvanın KTMT tədbirlərinə qatılmamasının ilk nümunəsi deyil - Ermənistan hətta bu il hərbi blokun büdcəsinə üzvlük haqqı da ödəməyib.
Ümumiyyətlə, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.
Bu il fevralın 22-də Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirib. Mayın 8-də parlament saatı zamanı Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan edib, daha sonra isə Ermənistan Təşkilatın mayın 31-də Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməyib. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçirilən iclasında da iştirak etməyib.
Viktor Vasilyev: “Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”
Artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strtukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. İrəvan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

