Əli Kərimlinin “fransızlığı”...
28.03.2024 [09:45]
Erməni havadarlarına dəstək verən AXCP sədri milli maraqlara qarşı gəlir
Azərbaycanın dövlət siyasətinin başlıca amili milli maraqlara istinad, milli mənafenin qorunmasıdır. Qarşılıqlı əlaqələrin gücləndirilməsi, əməkdaşlıqların genişləndirilməsi, siyasi dialoqun yüksək səviyyəyə çatıdırılması bu amillə birbaşa bağlılıq təşkil edir. Bəli, hər zaman vurğulandığı kimi, Azərbaycanın hər hansı bir dövlət və ya təşkilat qarşısında öhdəliyi yoxdur - Azərbaycan dövləti yalnız Azərbaycan vətəndaşı qarşısında öhdəliyə malikdir. Bu nöqteyi - nəzərdən Azərbaycanın siyasi-iqtisadi əlaqələri birmənalı olaraq milli maraqlar rakursundan dəyərləndirilir. Eyni zamanda, Azərbaycan az-az dövlətlərdəndir ki, hər hansı prosesdə siyasi tərəf kimi iştirak etmir - ölkəmiz bütün siyasi güclərdən eyni məsafədə dayanır və milli maraqları çərçivəsində tərəfdaşlıq əlaqələri qurur. Təbii ki, ölkəmizə qarşı yönələn hər hansı bir təhdid və ya sərt ritorika da qarşılıqsız qalmır. Ölkəmiz dəfələrlə sübut edib ki, bizə qarşı yönələn hər hansı bir təhlükəni zərərəsizləşdirməyə və ya təhdidi aradan qaldırmağa gücümüz çatır.
Təsadüfi deyil ki, bir sıra dövlətlərin ölkəmizdəki ucuz emissarlığını həyata keçirməyə çalışan redikül müxalifət bu situasiyadan çox narahatdır. Xüsusilə, Fransanın əlaltısı kimi “şöhrət tapmış” AXCP sədri Əli Kərimli Azərbaycanın Parisə münasibətdə “müdafiə” olunmamasını, “hücum taktikası” həyata keçirməsini həzm edə bilmir. Erməni havadarı olan Fransanın “maraqları” üçün səfərbər olan Əli Kərimli Parisin ölkəmiz qarşısındakı acı məğlubiyyətlərini də görür - beynəlxalq platformalarda Azərbaycanın açıq üstünlük qazanmasının yaratdığı diskomfortun nəticəsidir ki, Kərimli özünün “nitqlərində” “Avropa-Azərbaycan münasibətlərinə” xüsusi yer ayırmağa çalışır.
Maraqlı məqam odur ki, Kərimli özünün “fransızlığı”nı gizləmək üçün ümumən Avropa adından danışır. Halbuki Azərbaycanın Avropanın mütləq əksər ölkələri ilə münasibətləri yüksək səviyyədədir. İstər enerji sahəsindəki əməkdaşlığımız, istər digər sektorlardakı işbirliyimiz Avropa ilə Azərbaycan arasında işgüzar mühit formalaşdırıb. Kərimlini narahat edən isə təbii ki, Fransanın neokolonialist, işğalçı, separatizmi dəstəkləyən simasını ifşa etməyimizdir. Məhz Azərbaycanın öncüllüyü ilə bu gün dünyada neokolonializmə qarşı aktiv mübarizə aparılır. Bu isə ilk növbədə Fransanın işğalçı planları ilə uyğun gəlmir. Və ya BMT TŞ müstəvisində nail olduğumuz qələbələr Parisin imicini yerlə-yeksan edib. Bunun nəticəsidir ki, Fransa özünün əlaltılarını “səfərbər edərək” ermənipərəst siyasətinə qarşı müqaviməti “Azərbaycan-Avropa münasibətləri” kontekstində izah etdirməyə çalışır.
Beləliklə, Ə.Kərimlinin Azərbaycanın milli maraqlarına qarşı mövqe tutması bir daha özünü göstərməkdədir. Kərimli erməni havadarı Fransanın dəstəkçisi kimi çıxış edir. Bu gün Fransanın maraqlarının “danışan dili”nə çevrilən Ə.Kərimli və yandaşları üçün milli maraq heç bir əhəmiyyət kəsb etmir - ortaya qoyduğu “yanaşma” bir daha Ə.Kərimli və yandaşlarının antimilli mahiyyətindən xəbər verir. Görünən odur ki, 1992-ci ildə Azərbaycanın maraqlarını xarici fondlara satan, sonradan isə öz partiyadaşlarına belə xəyanət edən Əli Kərimli bu gün də ölkəmizin, xalqımızın mənafeyinə qarşı cəbhə almaqda davam edir. Ermənipərəst qurumların çirkin oyunlarının aləti qismində çıxış edən Ə.Kərimli və dəstəsi bir daha öz kimliklərini Azərbaycan cəmiyyətinə nümayiş etdirirlər...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

