Çərşənbələrin sonuncusu...
19.03.2024 [11:10]
İlaxır çərşənbəsinin adətləri hansılardır?
Yeganə BAYRAMOVA
Bu gün Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. Xalq arasında Torpaq çərşənbəsi “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” kimi də tanınır. Torpaq çərşənbəsi digər üç çərşənbələrdən xüsusilə fərqlənir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, Vətən, el-oba deməkdir. Bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur.
Bayrama necə başlamaq lazımdır?
Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, nalayiq işlər görmək olmaz. Sonuncu çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Niyyətlər axşamı...
İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, deməli, həmin qızlar o yaşda da gəlin köçəcəklər.
İnanclara görə, axır çərşənbə gecəsi niyyət tutub yatmaq lazımdır. Sonra isə gecə yarısı yuxudan durub şamı yandırmaq və onu götürüb güzgüyə yaxınlaşırlar. Deyilənə görə, bunu edən qızlar güzgüdə gələcək nişanlısını görə bilərlər.
Bundan başqa, ilaxır çərşənbə axşamı ana uşaqlarının başından tük götürür və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq rəmzi hesab olunur və həmin ili uşaqlar xəstələnmir.
İlaxır çərşənbə günü evində olmayan şəxs...
İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar. Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs yeddi il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.
Yeri gəlmişkən, ilaxır çərşənbəsində yerinə yetirilən bəzi Novruz adət-ənənələrimiz ilk dəfə “Dəli Kür” filmində səhnələşdirilib. Həmin səhnə Şamaxının Dədəgünəş kəndində çəkilib. Beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı bu filmdə ekranlaşdırılır. Bugünədək həmin səhnə filmin ən maraqlı və gözəl anlarından biridir.
Filmin bir neçə epizodunda Novruz bayramı ilə bağlı kadrlar-şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının “Dirədöymə” oynamaları, bacadan şal atmaları və s. təsvir olunub.
Xalqımızın Novruzla bağlı adət-ənələri kifayət qədər zəngindir. Belə ki, istər Novruza qədər olan çərşənbələrdə, istərsə də Novruz günündə müxtəlif mərasimlər həyata keçirilir, qədim oyunlar oynanılır.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəslinin daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

