Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İordaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

İordaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb

20.07.2026 [10:22]

İordaniya Xarici İşlər Nazirliyi (XİN) İranın Əmmandakı müvəqqəti işlər vəkilini ölkə ərazisinə endirilən hücumlarla bağlı etirazını bildirmək üçün nazirliyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İranın İordaniya ərazisinə qarşı davam edən hücumları ilə əlaqədar Tehrana kəskin etiraz ifadə olunub. Həmçinin İran rəsmilərinin "təxribat xarakterli və gərginliyi artıran" bəyanatları ilə bağlı narazılıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, son günlər İran Yaxın Şərqdə, o cümlədən İordaniyada ABŞ hədəflərinə qarşı bir sıra zərbələr endirib.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31