Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri ilə görüşüb
04.03.2024 [17:15]
Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova bu səfərin ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Bildirilib ki, Azərbaycan və Bolqarıstan dost, strateji tərəfdaş ölkələrdir. 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb. Parlamentin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında enerji sahəsində əməkdaşlığın əsas yer tutduğu vurğulanıb, iqtisadiyyat, enerji, elm-təhsil, mədəni və humanitar sahələrdə də əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, yüksək səviyyəli ardıcıl siyasi təmaslar digər sahələrdə də əlaqələrin inkişafına zəmin yaradır.
Ötən il Bolqarıstana səfərini xatırladan S.Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici orqanların müsbət rolunu vurğulayıb, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin bu gün parlamentlərimiz arasında yaxşı əməkdaşlıq əlaqələri mövcudluğunu deməyə əsas verdiyini vurğulayıb. Bu əməkdaşlığın parlamentlərin müvafiq komitələri arasında da davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
İki ölkənin parlamentləri arasında beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın daha da inkişafının önəmini qeyd edən S.Qafarova bir sıra qurumların Azərbaycana qarşı ikili standartlar nümayiş etdirdiklərini deyib, AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarının ikili standartlardan başqa bir şey olmadığını bildirib.
Görüşdə qonağa regionda mövcud olan vəziyyət barədə də məlumat verilib.
Rosen Jelyazkov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və Prezident İlham Əliyevin inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bolqarıstan parlament nümayəndə heyətinin də seçkiləri müşahidə etdiyini xatırladan spiker seçici fəallığını xüsusi vurğulayıb, bu seçkilərin azad və şəffaf şəkildə baş tutduğunu, Azərbaycan xalqının İlham Əliyevə səs verməklə sabitliyi və davamlı inkişafı seçdiyini deyib.
Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyən Rosen Jelyazkov bu gün enerji sahəsində mövcud olan uğurlu əməkdaşlığa toxunub, bu əməkdaşlığın ölkəsini enerji istehlakçısından tranzit ölkəyə çevirdiyini bildirib. O, yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətində olduğunu qeyd edib. Həmçinin Bolqarıstanın “Həmrəylik halqası” layihəsi üzrə əməkdaşlığın inkişafında maraqlı olduğu bildirilib.
Qonaq Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, həmçinin delimitasiya-demarkasiya işlərinin aparılması və bölgədə nəqliyyat infrastrukturunun bərpası işlərindəki rolunu təqdir edib. Bildirib ki, gələcəkdə bolqar şirkətləri də Qarabağda aparılan yenidənqurma və bərpa işlərində iştirak edə bilərlər.
Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşı olduğunu deyən Rosen Jelyazkov ölkəmizi COP29-a ev sahibliyi münasibətilə təbrik edib, bunu Azərbaycanın ekologiya sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü adlandırıb. O, Bolqarıstanın COP29 kimi mötəbər tədbirin keçirilməsində Azərbaycana hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
Xalq Məclisinin sədri AŞPA-da təmsil olunan parlament nümayəndə heyətimizin quruma geri qayıtması məsələsinə də toxunub, Bolqarıstanın Azərbaycan nümayəndə heyətinin qurumda səlahiyyətlərinin yenidən ratifikasiya olunmasını dəstəklədiyini diqqətə çatdırıb.
Söhbət zamanı dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40

