Sığorta daxilolmalarında 15,4 faiz artım
23.02.2024 [10:31]
Səbəb isə yeni iş yerlərinin yaradılmasıdır
Günel ABBAS
2024-cü ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 52,9 mln. manat və ya 15,4 faiz artım qeydə alınıb. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 mln. manat və ya 10,9 faiz qeyri-büdcə təşkilatları üzrə isə 48,1 mln. manat və ya 19,9 faiz artımla olub.
Qeyd edək ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı müəyyən dərəcələrlə ödənilir. Məsələn, sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi və yaxud sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi ilə ödənilmə həyata keçirilə bilər.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2024-cü ilin yanvar ayında dövlət sosial sığorta haqları üzrə daxilolmalarının proqnoza nisbətən 15,4 faiz artması yaradılan yeni iş yerlərinin sayının çoxalması ilə bağlıdır: “Belə ki, yanvar ayında yaradılan iş yerlərinin sayında ciddi artım var. Bu da təbii ki, sosial haqların məbləğinə təsir göstərir. Demək olar ki, hər il əvvəlki illə müqayisədə yeni yaradılan iş yerlərinin sayı, eləcə də bütövlükdə, məşğulluğun rəsmiləşməsi qeydə alınmaqdadır. Bütövlükdə, 2023-cü ildə əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1741000 nəfər olub. Onlardan 899000 dövlət sektorunda 842000 nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Bu da ondan xəbər verir ki, yaradılan yeni iş yerlərinin sayında artımlar müşahidə edilməkdədir”.
Yəni bir tərəfdən, xüsusən özəl sektorda yaradılan iş yerlərin sayının çox olması, digər tərəfdən, məşğulluğun rəsmiləşdirilməsi sosial haqların məbləğinə təsir göstərir. Millət vəkili vurğulayıb ki, çox vacib faktorlardan biri də bu sahədə şəffaflığın gücləndirilməsidir. “Çünki şəffaflığın gücləndirilməsi də yığımlara təsir göstərir və daha çox yığımlarda özünü ehtiva edir. Bu baxımdan biz praktiki olaraq bu istiqamətdə daha çox şəffaflığın və bütövlükdə, məşğulluğun leqallaşmasını müşahidə edirik. Eyni zamanda, 2024-cü il üçün də gözlənti ondan ibarətdir ki, yeni yaradılmış iş yerlərinin sayında artımlar olacaq. Bu da nəticə sosial haqlar üzrə artımların növbəti dövrlərdə də proqnoza nisbətən daha çox olacağından xəbər verir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

