Qəddarlıq və amansızlığın izi!
26.06.2026 [08:38]
İşgəncə insan hüquqlarına zidd olan davranışdır
İnsanları cəzalandırmaq və qorxutmaq üçün qədim zamanlardan müxtəlif işgəncələr verilib. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə müxtəlif işgəncələr həyata keçirilib. Amma işgəncə yalnız cəzalandırma vasitəsi deyildi. Bəzən insanların nələrisə etiraf etməsi üçün də bu üsula əl atırdılar.
Talion prinsipi...
İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramzesin 1300-cü ildə kölələrə, istilaçılara tətbiq etdiyi işgəncələrdən bəhs edib. Tarixdən də bəllidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilib. Xüsusilə, Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilib. Məsələn, romalıların ədalət sistemində Talion prinsipini - “həyata görə həyat, gözə-göz, dişə-diş” rəhbər tutulması bir çox ölkənin ədalət sistemində önəmli faktora çevrilib. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa, qəbul edilirdi. Çünki qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.
O zamanlar işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prosesinin istintaq forması ilə bağlı idi. Etiraf və cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə işgəncədən istifadə olunurdu. İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlayıb və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunub.
İşgəncə ən gec bu ölkədə ləğv edilib...
Bundan başqa, işgəncələr Danimarkada 1770-ci il, Rusiyada II Yekaterinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü il, Avstriyada 1776-cı il, Fransada 1780-ci, Niderlandda 1789-cu, Portuqaliyada 1826-cı, Yunanıstanda 1827-ci ildə ləğv olunub. Avropa ölkələrindən işgəncə ən gec İsveçrədə ləğv edilib.
XX əsrdə işgəncələr Almaniya, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başlayıb.
İşgəncənin bütün növlərinin qadağan edildiyi ilk ölkə
Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması ilə bağlıdır. Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olub. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən qadağan edilib.
Xalqımız da amansız işgəncələrin qurbanı olub
XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də müasir dünyamızda işgəncələr var. Azərbaycan xalqı da illər boyu işgəncələrə məruz qalıb. Belə ki, tarix boyu xalqımızın erməni millətçiləri tərəfindən hüquq və azadlıqları kütləvi şəkildə və kobud formada pozulub. Soydaşlarımız xüsusilə Birinci Qarabağ müharibəsində, Xocalı soyqırımında ermənilərin işgəncələrinə və digər qeyri-insani rəftarına məruz qalıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib. Onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüblər...
Unutmayaq ki, insan hüquqlarının qorunması yalnız hüquqi öhdəlik deyil, həm də mənəvi məsuliyyətdir. İgəncənin olmadığı, insan ləyaqətinin ali dəyər kimi qəbul edildiyi bir dünya qurmaq hər birimizin ortaq vəzifəsidir. Çünki susqunluq çox vaxt zülmün davam etməsinə xidmət etdiyi halda, həmrəylik və dəstək dəyişimin başlanğıcı ola bilər.
Heç kim işgəncəyə, qəddar münasibətə məruz qalmamalıdır. Bu müddəa İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapıb.
Yeri gəlmişkən, bu gün Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək Günüdür. Bu əlamətdar gün insanlara işgəncənin cinayət olduğunu xatırladır və hər kəsə bu mövzu ətrafında birləşmək, insan işgəncələrinə qarşı fikirlərini səsləndirmək imkanı yaradır.
İşgəncənin heç bir şəraitdə, heç bir səbəblə və heç bir bəhanə ilə qəbul edilə bilməyəcəyini vurğulayan bu gün, dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətlərini insan hüquqlarının qorunması istiqamətində daha qətiyyətli addımlar atmağa çağırır. Eyni zamanda hər bir insanı laqeyd qalmamağa, haqsızlığa qarşı səsini yüksəltməyə və ədalətin yanında olmağa səsləyir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53

