Rediküllərin “verbovka” olunmuş “qəniməti”...
16.02.2024 [10:40]
Əli Kərimlinin adamı erməni lobbisinin pulu ilə “hay salır”...
Mütəşəkilliyi ilə yadda qalan 7 fevral prezident seçkiləri Azərbaycan xalqının iradəsinin növbəti təntənəli nümayişinə çevrildi. Xalqın azad şəkildə öz səsvermə hüququndan istifadə etməsi, demokratik seçki prosesi səsverməni izləyən beynəlxalq təşkilatların müşahidəçiləri tərəfindən xüsusi vurğulandı. Bu amil isə anti-Azərbaycan siyasəti yürüdən dairələri və onların bəzi əlaltılarını daha çox ağrıdır.
Ümumiyyətlə, xaricdəki antiazərbaycan mərkəzlərin hər zaman “sapı özümüzdən olan baltalar”dan istifadə etməsi heç kimə sirr deyil. Satın aldıqları, başqa sözlə “verbovka” etdikləri şəxslərin “xidmətindən” də geninə, boluna istifadə edirlər. Fəaliyyəti dövründə Azərbaycana qarşı xəyanətdən başqa heç bir “xidməti” ilə yadda qalmayan, AXCP sədri Əli Kərimlinin Fransadakı əlaltısı, “pul kisəsi” Qən?mət Zahid bu mənada daha çox “fərqlənir”.
Belə bir deyim var - bioqrafiya insanı hər addımda təqib edir, izləyir. Bu gün ermənipərəst xora qoşulub Azərbaycana qarşı boş hay-küy yaradan Qənimət Zahid də özünün bioqrafiyasındakı “izləyici ştrixlər”i unutmuş kimi görünür. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında hansısa bir fikri belə dilə gətirməyə mənəvi haqqı olmayan bu şəxs başqa-başqa ölkələrə satıldığını, onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf etmiş birisidir. Yəqin ki, 1998-ci ildə qəfildən İrana “səfərı edən” və qayıtdıqdan sonra isə İranın xüsusi xidmət orqanları ilə işbirliyinə razılaşdığını bəyan edən Qənimət Zahid həmin günləri unutmayıb. Həmin dövrdə keçirdiyi mətbuat konfransında bu faktı etiraf edən Q.Zahid sonradan bu işbirliyindən “imtina etdiyini” demişdi. Bu, birtərəfli imtina olmuşdu - yəni, İran xüsusi xidmət orqanları Q.Zahidlə “işləməkdən” imtina etməmişdi.
Beləliklə, onun siması(zlığı) Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. İndi də Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən Fransada oturub gəlib-gedən karvanlara “maraq göstərən” Q.Zahid erməni lobbisinin pulu və sifarişi ilə Azərbaycana tərəf “səs salır”. Əslində Q.Zahidin “siyasi mühacirət” etdiyi zaman niyə məhz Fransanı seçməsinin də sirri hər kəsə bəllidir. Q.Zahid bir zamanların ən populyar “mühacirət alverində” adı hallanan AXCP sədri Əli Kərimlinin bu biznesdəki əsas adamlarından sayılır. Q.Zahidin məhz Fransada yerləşdirilməsi də xidmət etdiyi xarici agentura şəbəkəsinin “arzusundan” qaynaqlanıb. Görünür, Q.Zahidin Fransada “fəaliyyət” göstərməsi Azərbaycana qarşı olan erməni lobbisinin, onlarla işbirliyində olanların işinə daha çox yarayır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

