Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevi təbrik edib

09.02.2024 [12:27]

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mövcud olan möhkəm əlaqələri qeyd etməkdən məmnunam. Sizi əmin etmək istəyirəm ki, bu əlaqələri qarşılıqlı faydamız naminə genişləndirməkdə qətiyyətliyəm.

Mən qadir Allaha dua edirəm ki, qüdrətli ölkənizin inkişafı üçün göstərdiyiniz nəcib səylərinizdə Zati-alinizə uğurlar bəxş etsin.

Cənab Prezident, xahiş edirəm Sizə ən yüksək ehtiramımı qəbul edin".

Paylaş:
Baxılıb: 469 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31