SOCAR-dan saxta əməkdaşlıq təklifləri ilə bağlı ÇAĞIRIŞ
09.02.2024 [12:13]
Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən, saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir. Bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.
Bu barədə SOCAR-ın açıqlamasında bildirilir.
"Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla (“fake news”) bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur.
SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur.
Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır. SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim olunur.
Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir. Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib.
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik.
Eyni zamanda, vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları press@socar.az ünvanına göndərmələri xahiş olunur.
Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əsas yaradır", - deyə açıqlamada qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

