/ / JEM sədri: “MSK-nın hazırladığı müşahidəçilik üzrə maarifləndirici vəsaitlər jurnalistlər üçün də əhəmiyyət daşıyır”
JEM sədri: “MSK-nın hazırladığı müşahidəçilik üzrə maarifləndirici vəsaitlər jurnalistlər üçün də əhəmiyyət daşıyır”
01.02.2024 [13:29]
“Fevralın 7-də baş tutacaq prezident seçkiləri zamanı jurnalistlər öz peşə fəaliyyətlərini Seçki Məcəlləsi, “Media haqqında” Qanun, Jurnalistlərin Etik Davranış Qaydalarına əsasən tənzimləməlidir. Bu, həm seçki qanunvericiliyinin tələblərinin, həm də MSK tərəfindən elan edilmiş qaydaların yerinə yetirilməsi üçün əsas şərtdir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu bildirib.
Seçkilər ərəfəsində həm Mərkəzi Seçki Komissiyasının, həm də vətəndaş cəmiyyəti sektorunu təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının jurnalistlər üçün yaddaş kitabçaları hazırladıqlarını xatırladan JEM sədri xüsusən MSK-nın nəşr etdirdiyi bu kimi maarifləndirici vəsaitlərin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb:
“MSK 7 fevral prezident seçkisi ilə əlaqəli “Müşahidəçilərin yaddaş kitabçası”nı artıq nəşr etdirib. Kitabça bütün seçki dairələrinə və məntəqələrinə paylanır. Bu kitabçadan jurnalistlər də tam yararlana bilərlər. Müşahidəçi funksiyası vahid kriteriyalar əsasında formalaşıb. Sadəcə jurnalistlərin digər müşahidəçi qismində iştirak edəcək şəxslərdən fərqi ondan ibarətdir ki, media təmsilçiləri prosesi işıqlandırmaq məqsədi ilə izləyirlər. Müşahidəçinin hüquq və vəzifələri barədəsə MSK-nın hazırladığı yaddaş kitabçasından ətraflı öyrənmək mümkündür”.
C.Musaoğlu onu da vurğulayıb ki, seçki prosesində jurnalistlərlə seçkinin keçirilməsinə müvafiq cavabdeh şəxslər, xüsusən dairə və məntəqə üzvləri arasında davranışlar qanunvericilik əsasında qurulmalıdır:
“Məntəqə sədrləri seçkinin gedişatını aydın şəkildə izləmələri üçün jurnalistlərə qanunlar, qaydalar, tələblər çərçivəsində geniş, şəffaf şərait yaratmalıdır. Təbii ki, jurnalistlər də bu şəraitdən su-istifadə hallarına yol verməməlidir. Bir sözlə, qanunvericiliyə və jurnalistlərin peşə davranış qaydalarında əksini tapan bütün şərtlərə əməl olunmalıdır”.
JEM sədri təmsil olunduğu Mətbuat Şurasının da prosesə töhfə verəcəyini söyləyərək bildirib ki, səsvermə günü MŞ-nın inzibati binasında “Qaynar xətt” fəaliyyət göstərəcək, İdarə Heyətinin üzvləri dairə və məntəqələrdə monitorinqlər aparacaq, jurnalistlərin müşahidəçiliyi ilə bağlı har hansı problem yaranacağı təqdirdə onun aradan qaldırılmasına səy göstərəcək, Şura sonda hesabat xarakterli açıqlama hazırlayıb yayacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

