Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib

29.01.2024 [22:23]

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində  məlumat verilib.

Qeyd edək ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

Həmçinin o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavinidir.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31