Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
29.01.2024 [15:57]
Yanvarın 29-da Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, və Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dəyirmi masanı giriş sözü ilə açan tədbirin moderatoru BBMM-nin icraçı direktoru Rəvan Həsənov Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının da soyqırımından əziyyət çəkdiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq.
İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən R.Həsənov din və azadlıq amilinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb.
Rəvan Həsənov Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadığını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda canlarından keçiblər. Onun sözlərinə görə, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.
İsrailin ölkəmizdəki səfiri Corc Dik tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan multikulturalizm siyasəti ilə bütün dünyaya nümunə göstərir. Ölkəmizin hər zaman dinc yanaşı yaşamanın tərəfdarı olduğunu vurğulayan diplomat Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təşəkkürünü bildirib. Vurğulayıb ki, bu tədbirin təşkilinin özü Azərbaycanda tolerantlığa daha böyük önəm verilməsinin göstəricisidir.
C.Dik azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşduğunu, alman faşizminə qarşı mübarizə apardıqlarını qeyd edib.
“Çox təəssüf ki, yəhudilərə hələ də nifrət hissi bəsləyirlər. Bunu Fələstinin HƏMAS hərəkatının xalqımıza qarşı törətdikləri hadisələr də təsdiqləyir. Bu hərəkatın üzvləri insanları qətlə yetirir, uşaqlara, qadınlara işgəncələr verirlər. Bu qanlı cinayətin qarşısının alınması istiqamətdə İsrail dövləti lazımi addımları atır. Eyni zamanda, dövlətimiz islamofobiya ilə mübarizəni də dəstəkləyir”, - deyə səfir diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, biz bəşəriyyət olaraq Holokostdan dərs almamışıq. Əgər bəşəriyyət Holokostdan nəticə çıxarsaydı, Yuqoslaviyada Srebrenitsa qətliamı, Azərbaycanda Xocalı soyqırımı baş verməzdi. Beynəlxalq hüquq antisemitizmin, islamofobiyanın qarşısını almaqda acizdir.
G.İsmayılov etnik təmizləmələri, soyqırımı kimi hadisələrin baş verməsini ədalətsizliyin, ikili standartların nəticəsi kimi qiymətləndirib.
“Azərbaycan xalqı da ikili standartlardan əziyyət çəkir. XXI əsrdə yaşamağımıza baxmayaraq, Xocalı faciəsinin törədilməsi ancaq təəssüf hissi doğurur.
Qətliamlara, etnik təmizləmələrə o vaxt son qoyulacaq ki, ədalət bərpa olunacaq, haqq-ədalət insanlara münasibətdə başlıca amil olacaq”, - deyə dövlət komitəsinin rəsmisi vurğulayıb.
Azərbaycanın da soyqırımından əziyyət çəkən xalqlardan biri olduğunu xatırladan Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev haqq-ədalətin sonda zəfər çaldığını, ölkəmizin 30 ilə yaxın davam edən işğala son qoyduğunu deyib.
Holokostun insanlıq tarixində qatı cinayətlərdən biri olduğunu xatırladan M.Yevdayev bu qətliamda 6 milyon deyil, 12 milyon yəhudinin məhv ediləcəyinin planlaşdırıldığını diqqətə çatdırıb.
Kin, ədavətin çoxaldığını, ikili standartlar hələ də davam etdiyini bildirən icma rəhbəri deyib: “Maraqlıdır, Avropada indi nələr baş verir? Azərbaycan suverenliyini tam bərpa edəndən sonra bu ölkəyə qarşı təzyiqlər güclənib. Çox güman ki, Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmirlər”.
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimr Fekete Holokostun bəşəriyyət üçün çox dəhşətli hadisələrdən biri olduğunu və tarixboyu ürəkağrısı ilə xatırlanacağını qeyd edib. Bildirib ki, qətliama, soyqırıma bəraət yoxdur. Biz insanlıq naminə baş verə biləcək belə hadisələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. V.Feketenin sözlərinə görə, dində deyildiyi kimi Allahın verdiyi canı ancaq o ala bilər. Bildirib ki, insanlar bu dünyaya bir-birinə zülm etməyə, əziyyət verməyə deyil, sevmək, hörmət etmək üçün gəliblər.
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi bu istiqamətdə gənclərin tərbiyəsinin əhəmiyyətini qeyd edib.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Azərbaycandakı Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, BBMM-in müşaviri Aytən Qəhraman və digərləri soyqırmı və qətliamların insanlığa zidd hərəkət olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar. Vurğulanıb ki, gələcək naminə insanlar dinc yanaşı yaşamalı, bir-birinə hörmət etməlidirlər.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb və onların 1,5 milyonu uşaqlardır.
Bakı Beynəlxlq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

