Elm və təhsil komitəsinin iclasında...
23.01.2024 [10:40]
“Ali təhsil haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq
Günel ABBASOVA
Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin iş planına “Ali təhsil haqqında” qanun layihəsi daxil edilib. Layihə yaz sessiyası müddətində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, parlamentin Elm və təhsil komitəsində hazırlanan “Ali təhsil haqqında” qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir. Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Əvvəlcə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov iclasda təkliflə çıxış edib. O, Parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsini təklif edib: “Təhsildə xeyli həllini gözləyən məsələlər olduğundan yenidən parlamentdə təhsillə bağlı dinləmənin keçirilməsinə ehtiyac var. Dinləmədə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri də iştirak etməlidir. Bunu komitənin yaz sessiyası üzrə iş planına daxil edə bilərik”, - o qeyd edib.
Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, təhsilin problemləri ilə bağlı dinləmə ilə yanaşı elmlə bağlı məsələləri də müzakirə ediləcəyi dinləmə keçirilməlidir: “Elm və təhsilin inteqrasiyasını qarşıya məqsəd kimi qoymuşuq. Bunları birlikdə müzakirə etdikdən sonra qanunvericilik səviyyəsində bizim öhdəmizə düşən vəzifələri müəyyən etməliyik. Bu dinləmələri komitədə bütün maraqlı tərəflərin iştirakı ilə keçirəcəyik. Amma aidiyyəti qurumlarda - Elm və Təhsil Nazirliyi, AMEA-da dinləmələr keçirə bilərik. Milli Məclisə hamını yığmaq mümkün deyil, ona görə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu tədbiri keçirə bilərik”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəyli isə elm və təhsillə bağlı dinləmənin AMEA-da keçirilməsini təklif edib: “Akademiyada tam şərait yaratmağa hazırıq, bizim 500 nəfərlik zalımız da var. Elm və Təhsil Nazirliyi il birlikdə bu dinləməni Akademiyada keçirə bilərik”.
Ali təhsil müəssisələri səbirsizliklə gözləyir
Daha sonra komitənin sədri Bəxtiyar Əliyev qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsinə yaz sessiyasında birinci oxunuşda baxılacağına inam böyükdür: “Ali təhsil müəssisələri səbrsizliklə bu qanunun qəbulunu gözləyir. Artıq bir sıra təkliflərə rəylər də gəlib. Bu rəylərə baxılaraq layihə komitədə və plenar iclasda müzakirəyə çıxarılacaq”.
Ardınca deputat Kamilə Əliyeva parlamentin Səhiyyə komitəsi ilə birlikdə dinləmə keçirilməsini təklif edib. Deputat bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəbdə şagirdlərin ölüm sayının artmasıdır: “Bu məsələ çox narahatedicidir. Psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun düzgün tətbiq edilməməsi kimi məqamlar var. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm”.
Sonra komitənin sədri Bəxtiyar Əliyev qeyd edib ki, elə təəssürat yaranmasın ki, Azərbaycanda ölüm halları ilə bağlı araşdırma aparılmır: “Bu, bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinin işidir. Statistikaya baxsaq, intiharla bağlı ən aşağı statistika Azərbaycandadır. Elə təəssürat yaranmasın ki, Azərbaycanda uşaqlar arasında intihar və ölüm halları çoxdur. Biz bu məsələ ilə məşğuluq. Azərbaycanda intihar baş verən zaman dərhal hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılır. Azərbaycanda əhali sayı 7 milyon olanda intihar nə qədər idi, indi nə qədərdir? Biz bunu araşdırırıq. Mütəxəssislərin fikirlərini dinləmək, Statistika Komitəsinin məlumatlarına baxmaq lazımdır. Elə təəssürat yaratmaqla məşğul olanlara və danışanlara tövsiyə edərdim ki, araşdırsınlar. Cinayət tərkibi varsa, cinayət təqibi həyata keçirilir, digər hallarda lazımi addımlar atılır, qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslar yaranır. Müəyyən meyarlara baxsaq, ölkəmizdə intihar halları yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Çalışmalıyıq ki, bunun qarşısını biz alaq. Hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi, firavan yaşayışı üçün dövlət kifayət qədər işlər görür”, - o vurğulayıb.
Beləliklə, Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyasında keçirilən ilk iclası yekunlaşıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32

