Nə üçün məhz İlham Əliyev?
20.01.2024 [09:50]
Əvvəli ötən saylarımızda...
Bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Azərbaycan enerji təhlükəsizliyini təmin edən ölkədir.
Həlli mümkün olmayan hesab edilənləri gerçəkləşdirənlər dahilər olur
Ərazisi baxımından kiçik, əhalisinin sayı bir çox ölkələrdən az olmasına baxmayaraq, Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Transavropa və Transasiya dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Kars dəmiryolu təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyaraq Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində vacib rol oynayan və dünya siyasətində yerini gücləndirən kəmərlərdir.
Azərbaycan dünyanın etibarlı tranzit, nəqliyyat və ticarət mərkəzlərindən birinə çevrilib və nəqliyyat təhlükəsizliyini təmin edən ölkədir. Şərq-Qərb, Şimal-Cənub və Orta dəhliz marşrutları ölkəyə uğur gətirir.
Məlum olduğu kimi, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan qonşu və bəzi uzaq xarici ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi. Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ötən illər ərzində geniş aqrar layihələri həyata keçirərək nəinki ərzaq təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib, eyni zamanda, xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edilir. Azərbaycan ənənəvi bazarlardan əlavə yeni bazarlara çıxışının coğrafiyasını genişləndirir. Ölkəmizi əlverişli satış bazarına çevirmək istəyən bəzi ölkələrin bazarında indi “Made in Azerbaijan” markalı məhsullar satılır.
Prezident İlham Əliyevin məqsədlərindən biri Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır. Bu da səbəbsiz deyildir. Tarixi təcrübə sübut edir ki, yalnız dövlətin böyüklüyü böyük zənginliklər yaradır və bu zənginliklər həyatın bütün sahələrinə aid olur. Təsir baxımından böyük olmayan dövlətlər böyük zənginliklər yarada bilmirlər. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dövləti özündən ərazicə böyük olan qonşu və uzaq ölkələrə təsir edən güc halına gəlib. Bəzi dövlətlər məhz Azərbaycan ilə yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etməyə çalışırlar
Milli və mənəvi dəyərlərə qayğı
Prezident İlham Əliyevin hakimiyyətinin ilk 20 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni nəfəs gəlib. Maddi və qeyri-maddi irs qayğı ilə qorunub və bəzi nümunələri UNESCO-nun siyahısına daxil edilib.
Dövlət başçısı millətinin dünya mədəniyyəti yaradan olduğunu bir daha sübut edərək ona böyük imkanlar açıb. Bu illər Azərbaycan mədəni irsinin etibarlı qorunması, mədəniyyətinin tərəqqisi illəridir.
Azərbaycan Prezidentinin fəaliyyət sahələrindən biri ana dilinə qayğıdır. Qloballaşma şəraitində dövlət dilimizin qorunmasına dair sənədlərin imzalanması həm dilin mühafizəsini, həm də zənginləşməsini təmin edir. Özünün mükəmməl nitqi ilə Prezident İlham Əliyev Azərbaycan dilinin bütün gözəlliklərini və imkanlarını açıb göstərir və digərlərinə də nümunə olur.
Prezident İlham Əliyev Azərbaycan tarixinə xüsusi qayğı göstərir. Onun sərəncamı ilə Bakıda minilliklər dövlətçilik tariximizin eksponatlarının toplandığı Dövlət Bayraq Muzeyi yaradılıb. Tariximizə bütöv halda, üzvi surətdə baxan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin, o cümlədən Ağdamda Qarabağ xanlarının iqamətgahı olmuş “Qərvənd” kompleksini təmir etdirməklə və başqa addımları ilə millətə tarixinə sahib çıxmaq üçün dərs verir, gələcək nəsillərə yol göstərir.
Dünyəvi dövlətin və dinin qızıl ortağı
Azərbaycan dünyəvi dövlət olsa, din dövlətdən ayrı olsa da Prezident İlham Əliyev millətin ruhani-mənəvi dəyərlərinin qoruyucusudur. Dinimizə və millətimizin minilliklərdən keçib gələn adət-ənənələrinə qayğı dövlət rəhbərinin fəaliyyətinin vacib sahələrindən biridir. Dini ibadət yerləri planlı şəkildə bərpa edilir.
Ötən 20 ildə ölkəmizdə yeni məscidlər tikilib. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada və digər rayonlarda məscidlər inşa edilir. Din və dövlətin fəaliyyətlərini bir-birinə qarışdırmadan aralarındakı qızıl ortanı müəyyənləşdirib hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin böyük uğurlarındandır. Azərbaycan dini azadlıqlar ölkəsidir.
Keçmiş prezidentlər haqqında qanunun qəbul edilməsi tariximizin ilki kimi
Prezident İlham Əliyev birləşdirici güc və milli birlik rəmzidir. Düşmənçiliyin, kin-küdurətin yad olduğu dövlət başçısı ötən bütün seçkilərdə ona səs verənin də, verməyənin də rəhbəri olduğunu göstərib.
Məhz onun hakimiyyəti illərində keçmiş prezidentlər haqqında qanunun qəbul olunması ilə Azərbaycan cəmiyyətində yeni siyasi mədəniyyət bərqərar edilib. Keçmiş prezidentlər və onların ailələrinin statusu müəyyənləşdirilib. Bu da tariximizin qürurverici bir ilkidir.
BMT Baş Məclisində nitq söyləyən Azərbaycan Respublikasının ilk Baş Naziri və ədalətsiz beynəlxalq sistemə qarşı çıxan lider İlham Əliyev ədalətsiz beynəlxalq sistemə və ikili standartlara qarşı çıxan, Azərbaycan Respublikasının BMT Baş Məclisinin sessiyasında nitq söyləyən ilk Baş Naziridir. 2003-cü ilin sentyabr ayında Baş Məclisin 58-ci sessiyasında iştirak edən Baş Nazir İlham Əliyev öz nitqində beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə Təhlükəsizlik Şurasının şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğuladı və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirdi. İlham Əliyev nitqində regional və beynəlxalq təhlükəsizliyə qarşı olan təhdidlərlə bağlı fikirlərini açıqladı, dünyada cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər etməsinin vacibliyini ön plana çıxardı. Azərbaycanın hökumət başçısı Təhlükəsizlik Şurasında yarıməsirlik reallıqların öz əksini tapması təklifini irəli sürdü. Baş nazir BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etdi. Eyni zamanda, Şərqi Avropa dövlətlərindən bir ölkənin Təhlükəsizlik Şurasının üzvlüyə qəbul edilməsinin vacibliyini bildirdi. O zaman bir çoxları belə bir təklifin nə üçün edildiyini və mahiyyətini dərk etmirdi. Təklifin məqsədinin uzaqgörənliyi özünü yalnız səkkiz il sonra - 2011-ci ildə göstərdi. Bununla da İlham Əliyev qədim dövlətçilik tarixinə malik Azərbaycanın böyük strateqi olduğunu sübut etdi.
Azərbaycan Respublikasını BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdirən və sədrlik edən ilk dövlət başçısı
Prezident İlham Əliyevin yürütdüyü səmərəli xarici siyasət nəticəsində 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası BMT-nin 193 üzvündən 155-nin səsini alaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə və dövlətə beynəlxalq aləmdə olan inam, etibar və etimad demək idi.
Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsi böyük tarixi əhəmiyyət daşıyan hadisə oldu. Bu, Azərbaycan dövləti və millətinin tarixində qürurverici bir ilk idi. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan Respublikası özünün dövlət müstəqilliyinin 20-ci ilində artıq dünya siyasətini müəyyən edən 15 ölkədən birinə çevrilmişdi. Bu möhtəşəm hadisə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı, regionun lideri statusunu möhkəmləndirdi. Həm də onu göstərdi ki, siyasi iradə və əzm olan yerdə istənilən hədəfə çatmaq olar. Bu, sadəcə üzv qəbul olunmaq məsələsi deyil, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisinin təsdiqi idi. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu.
Prezident İlham Əliyev 2012-ci il mayın 4-də Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək ən vacib beynəlxalq məsələlər barədə nitq söyləyən, Ermənistanın hərbi təcavüzünü bir daha gündəliyə gətirən və dünya müdiriyyətinə rəhbərlik edən ilk Azərbaycan dövlət rəhbəridir. Nitqdə irəli sürülən məsələlər Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasının göstəricisi oldu və eyni zamanda diplomatiyaya yeni imkanlar qazandırdı.
Azərbaycanı Kosmos klubunun üzvü edən rəhbər
Prezident İlham Əliyevin müstəqil Azərbaycan tarixində yaratdığı ilklərindən biri Azərbaycan Respublikasını kosmos dövləti etməsidir. Bu, xəyallara gəlməyən bir hadisə idi. Azərbaycan 2013-cü ilin fevral ayında kosmik fəzaya ilk peykini buraxdı. Geosiyasətçilərin fikrincə, səmaya nəzarət edən dövlət yerə də nəzarət edir.
İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alındıqda peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyə daşımadığı, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyi aydın olurdu. O zaman bəziləri deyirdilər ki, ölkə ərazisinin bir hissəsinin işğal altında qaldığı, məcburi köçkünlərin olduğu bir şəraitdə bu qədər vəsaiti “göyə sovurmaq” nəyə lazımdır. Lakin Prezident İlham Əliyevin uzaqgörənliyi özünü bir daha sübut etdi. Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana bir sıra üstünlüklər verdi. Məlum olduğu kimi, hər hansı bir ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf sürəti yeni bazar tələblərinə cavab verilməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin yaradılmasına yönəlib.
İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığını aradan qaldırdı.
Dövlət rəhbərinin əzmkarlığı sayəsində Azərbaycan informasiya təhlükəsizliyini təmin edən ölkə oldu. Milli peyklərin informasiyaları 44 günlük Vətən müharibəsində qələbədə özünəməxsus rol oynadı.
Azərbaycanın dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. Ölkə sənayesinin gələcəyi heç şübhəsiz ki, müasir dünyanın inkişaf meyillərinə cavab verən yeni, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Bu, özü ilə bərabər universitetlərdə yeni ixtisasların açılmasını, mütəxəssis hazırlığını irəli sürür.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi ölkəmizin böyük gələcəyi vardır. Azərbaycanın yeni sənaye quruculuğu siyasətində bir sıra üstün istiqamətlər müəyyənləşdirilib.
Ardı var...
Musa QASIMLI
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54

