Rədd edirik!
13.01.2024 [11:20]
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ABŞ Dövlət Departamentinə müraciət ünvanlayıblar
Beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlib. Bununla bağlı Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ABŞ Dövlət Departamentinə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyir, bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edir: “Hazırda Azərbaycanda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda, revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk”.
Müraciətdə diqqətçəkən məqamlara toxunulub. Belə ki, 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? “Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndidə ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir.
Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyil. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır”.
Azərbaycanda multikulturalizmin dövlət siyasəti olaraq həyata keçirildiyi vurğulanan müraciətdə qeyd olunub ki, ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlər sərbəst icra olunur, dövlət başçısı müxtəlif dini bayramlara və mərasimlərə özəl diqqətlə yanaşır: “Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur”.
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-nün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etdiyi halda bu vandalizm hallarını törətmiş Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmadığı vurğulanan müraciətdə qeyd olunub ki, nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycanın dəstək çağırışına cavab verməyib.
“Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır”- yazılan müraciətdə erməni kilsəsi rəhbərlərinin revanşist qüvvələrin önündə getdiyi bildirilir. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir.
Müraciətdə multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr tərəfindən hədəfə alınması qətiyyətlə pislənilir və bu manipulyasiya hallarına son qoymağa çağırılır: “ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik”.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17

