Meriya təkzib edir, amma...
11.01.2024 [11:13]
Fransanın lal, kar və kor məmurları
Fransa prezidenti Emmanuel Makronun erməni lobbisinin əlində oyuncağa çevrildiyi və ölkəsinin milli maraqlarını lobbi maraqlarına qurban verdiyi hər kəsə bəllidir. Biz bir sıra hallarda onun ermənilərdən artıq ermənilik etməyə cəhd göstərdiyini açıq şəkildə müşahidə edirik. Belə görünür ki, Makronun erməni lobbisinin diktəsi ilə Azərbaycana münasibətdə riyakarlıq və qərəzçilik nümayiş etdirməsi Fransanın aşağı səviyyəli məmurlarına da sirayət edib. Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Oklerin bu şəhərdəki “Azərbaycan bağı” və Natəvanın heykəlinin taleyi ilə bağlı AZƏRTAC-ın sualına verdiyi absurd cavabı başqa baxış bucağından dəyərləndirmək mümkün deyil.
Aydınlıq yaransın deyə mövzunun təfərrüatına varaq. Özünü bütün dünyada “mədəniyyət və demokratiya beşiyi” kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan Fransada Azərbaycan mədəniyyətinə qarşı əsl mədəniyyətsizlik, vandalizm əməli törədilib. Belə ki, Evian-le-Bən şəhərinin meriyası buradakı “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazıların yığışdırılması qərarını qəbul edib. Meriyadan bildirilib ki, “Azərbaycan parkı”nın adı yaxın gələcəkdə şəhərin turizm marşrutundan da çıxarılacaq. Eynin zamanda, parkdakı Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilib. Son günlərdə parka və abidəyə vandal münasibətlə bağlı yeni xəbərlər yayılıb. Verilən məlumata görə, Natəvanın heykəlinin üzərinə qırmızı boya atılıb, heykələ fiziki xələl vurularaq onun ayrı-ayrı hissələri sındırılıb. Sonradan abidənin mühafizəsi məqsədilə onun üzərinə örtük çəkilib. Bütövlükdə abidənin götürülməsi məsələsi də gündəmə gəlib.
Fransanın “Le Messager” nəşrinin məlumatına görə, “Azərbaycan bağı”na və buradakı Natəvanın heykəlinə basqı müxalifət nümayəndələrinin təkidi əsasında baş tutub. Belə ki, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə “Azərbaycan parkı”na aid bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib.
Əslində, Evian-le-Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması zamanında hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir çox şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb. Hər iki ölkənin geniş ictimaiyyətinin təmsilçilərinin qatıldığı tədbirdə həmin gün Evian-le-Bəndə İsmayıllı günü elan edilib. O da qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
Göründüyü kimi, aradan cəmi bir neçə il ötəndən sonra şəhər rəhbərliyi səviyyəsində verilən bütün vədlər unudulub və şəhərdə dostluq rəmzi kimi yaradılan bağa və burada ucaldılan abidəyə rasist münasibət sərgilənib. Qəribə burasıdır ki, şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler baş verən vandalizm əməllərini ört-basdır etmək məqsədilə yalanlar söyləməkdən də çəkinməyib. O, heyrət doğuran soyuqanlılıqla bildirib ki, heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb.
Əslində, Kristel Oklerin cavabını baş verən vandalizm əməllərinə haqq qazandırmaq cəhdi kimi dəyərləndirmək daha doğru olardı. K.Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib. Bu, elə Makronsayağı riyakarlıq deyil, bəs nədir? Şəhər rəsmisinin cavabı ağ kağız üzərində qara ləkəyə bənzəyir. Biz XXI əsrdə yaşayırıq. Söhbət Fransa kimi inkişaf etmiş ölkənin turizm mərkəzlərindən birində baş verənlərdən gedir. İnnovasiyaların, yeni texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi indiki dövrdə Evian-le-Bən kimi bir şəhərdə əhalinin və qonaqların gur istirahət mərkəzində video müşahidə kameraarının quraşdırılmadığını təsəvvürə gətirmək belə çətindir. K.Okler verdiyi cavabla əslində mesajlar ötürür, demək istəyir ki, vandalizm əməllərini törədənlərin tapılması və məsuliyyətə alınmaları heç vaxt baş verməyəcək. Evian-le-Bəndə Azərbaycanla bağlı atibutlara vandal münasibətin kimlər tərəfindən törədildiyini ehtimal etmək elə də çətin deyil - burada erməni izinin olması qətiyyən istisna edilmir. Erməni izinin olduğu yerdə isə başda E.Makron olmaqla Fransanın məmurları lal, kar və kor olurlar...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20

