“Azərbaycan” deyiləndə ayağa dur!
28.12.2023 [10:23]
Sovetlər birliyində böyümüş əksər uşaqlar kimi mən də Yeni ili çox sevirdim. Bir az rəngli işıqların parıltısı, bir az yeni başlanğıcların gətirdiyi mübarizə ruhu xoşuma gəlirdi. Ta ki “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür” şüarına qədər... Bundan sonra içimdə adını bilmədiyim qəribə bir duyğu yarandı. Artıq 31 dekabr, sadəcə, təqvimdə bir gün, ilin son günü və ya yeni ilin astanası deyildi. İndi onun daha ciddi, daha məsuliyyətli bir anlamı vardı: dünyanın harasında yaşamasından, hansı dildə danışmasından, hansı dinə inanmasından, hansı siyasi əqidəyə sahib olmasından asılı olmayaraq bütün azərbaycanlıların həmrəylik, birlik günü! Biz unutmasaq da, bu gün bir daha kimliyimizi, tarixi köklərimizi, sahib olduqlarımızı bizə xatırladırdı. Pis qonşumuz olsa da, köçüb qurtara bilməyəcəyimizi; torpağın uğrunda ölən olduqda onun Vətən olduğunu; ömürdən pay olsa da, Vətəndən pay olmayacağını dönə-dönə işləyirdi ruhumuza.
Məncə, HƏMRƏYLİK sözü də bu mürəkkəb adda öz ilkin mənasından uzaqlaşıb daha geniş, daha uca, daha ülvi bir məna daşıyırdı: dövlətimiz və bayrağımız ətrafında sıx birləşmək, sözün əsl mənasında ordulaşmaq, yenilməz gücə çevrilmək! Bu söz artıq böyük şair Məmməd Arazın “ “Azərbaycan” deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər” misralarının qarşılığına çevrilmişdi desəm, yanılmaram. Artıq hamımız gücümüzün birliyimizdə olduğunun fərqində idik: gücümüzü ortaya qoymalı, gücümüz çatmayanı hədəf qoymalıydıq! Bir sözlə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü öz missiyasının böyük bir qismini həyata keçirə bilmişdi. Qırx dörd günlük Vətən müharibəsi və onun təfərrüatları hamıya məlumdur. Bu müharibədə əldə etdiyimiz Böyük Zəfərin başlıca səbəbi də məhz birliyimiz oldu - öz hərbi və siyasi zəkası ilə dünya “şah”larını mat qoyan Ali Baş Komandanımız, hərb tarixinə adını qızıl hərflərlə yazdıran yenilməz ordumuz və dünyanın dörd tərəfində ürəyi Azərbaycanla döyünən azərbaycanlıların birliyi. Bu qələbə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edən, sonra onu Azərbaycançılıq məfkurəsinə, ideologiyasına çevirən ümummilli lider Heydər Əliyevin nə qədər uzaqgörən siyasi dühaya sahib olduğunu bir daha sübut etdi. 90-cı illərin siyasi məngənəsində təxminən bir qərinə sonrakı Azərbaycanın uğur modelini çəkmək üçün həmin dövrün ölkə başçısı, siyasi lideri olmaq az idi. Bunun üçün əsl Vətən sevdalısı, Azərbaycan aşiqi, yeri gələndə Vətən daşı ola bilən vətəndaş olmaq lazım idi. O bilirdi ki, vaxtında atılan hər bir düşünülmüş addım böyük uğurların təməli və təminatıdır. Uzun illər sonra bu il ilk dəfə biz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü əsl bayram kimi qeyd edə biləcəyik. Çünki artıq üçrəngli bayrağımız torpaqlarımızın hər qarışında əzəmətlə dalğalanır, Vətənimizin hər bölgəsində söz haqqı bizimdir. Bunun üçün ilk növbədə bu qüruru bizə yaşadan şəhidlərimizin ruhlarına borcluyuq. Bu borcumuzu, bu minnətimizi unutmamalıyıq. İgid oğullarımızın qanları, canları bahasına VƏTƏN olan torpaqlarımızı, bu torpaqlardakı əmin-amanlığı qoruyub saxlamaq üçün birliyimizdən, vəhdətimizdən muğayat olmalıyıq. Bəzən fikir ayrılıqlarımız ola bilər. Amma mövzu Vətən olanda fikirlərimiz mövzudan ayrılmamalıdır. Unutmamalıyıq ki, hər kəsin öz fikri olsa da, hamımızın bir Vətəni var və bu Vətən üçün gücümüz birliyimizdədir!
Samirə Abbaszadə,
SDU-nun filologiya fakültəsinin
1-ci kurs tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

