Bayrağımız daim zirvələrdə dalğalanacaq
23.12.2023 [10:25]
Nardar B.
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası tariximizin ən mühüm hadisəsidir. Prezidentimiz İlham Əlyevin liderliyi ilə ötən 20 il ərazində Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması isə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Dekabrın 21-də işğaldan azad olunmuş ərazilərimizdə, Xankəndi şəhərində ilk milli futbol oyunun keçirilməsi böyük mənəvi əhəmiyyət kəsb edir”. Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Belə ki, 1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi.
Millət vəkilinin sözlərinə görə, 30 il erməni separatizmi Xankəndidə məskən salmışdılar, artıq qədim şəhərimiz onlardan xilas edilib. Dövlətimizin başçısı İlham Əliyev futbol oyunundan əvvəl Xankəndi stadionunda çıxışı zamanı deyib: “Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə nəyi nə zaman və necə etmək lazım olduğunu bilirdi. 2020-ci ildə 44 gün ərzində aparılan ədalətli müharibədə Silahlı Qüvvələrimizin rəşadəti ilə qazanılan şanlı Qələbə sayəsində torpaqlarımızın böyük hissəsi hərbi-siyasi yolla işğaldan azad edildi. Qalib Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirini uğurla başa çatdırmaqla erməni separatizminə Qarabağda son qoydu. 2019-cu ildə N.Paşinyan Xankəndi stadionunda “Qarabağ Ermənistandır və nöqtə” desə də, artıq reallıq ortadadır. Həmin stadionda Azərbayacnın milli komandaları futbol oynayırlar.
Pərvin Kərimzadə qeyd edib ki, artıq Qarabağda sülh, əmin-amanlıq simvolu olan idman oyunları da başlayıb. Dekabrın 21-də keçirilən ilk oyunda qalib isə Azərbaycan dövləti və xalqıdır! Futbol oyunun izləyənlər sırasında Prezdent İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olması bu hadisənin böyük tarixi-mənəvi önəmini sübut edir. Eyni zamanda, Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvlərinin də iştirak etməsini xüsusi vurğulamalıyıq. Bu, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna ehtiramın nümunəsidir. “Azərbaycan xalqı olaraq biz bu tarixi anları yaşamaqdan sonsuz qürur hissi keçiririk. Əminik ki, Prezident İlham Əliyevin liderliyi ilə doğma Qarabağımız tezliklə bərpa olunacaq, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan xalqı isə bu torpaqlarda əbədi yaşayacaq, bayrağımız daim zirvələrdə dalğalanacaq”,-deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13

