I Qurultaydan bu günə...
19.12.2023 [11:00]
Azərbaycan Müəllimlərinin XVI Qurultayı keçirilib
Günel ABBASOVA
XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər acınacaqlı durumda idi. Onların milli birlik kontekstində həllinə nail olmaq zərurəti meydana çıxdı. Bu məqsədlə 1906-cı ilin 15 avqustunda başlanıb, 30 avqustda başa çatan Azərbaycan Müəllimlərinin I Qurultayı ilə bağlı geniş hazırlıq işləri görüldü.
Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub.
İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab kitablarına, Azərbaycan dilində tədris üsulunun işlənilməsinə və s. məsələlərə baxılıb.
Qurultayda əsas yer ruhani məktəblərinin işini nizama salmağa verilib. İlahiyyat dərslərinin üsuli-cədidlə aparılması üçün mollalara pedaqoji kurs açmaq məsələsi qaldırıldı, ərəb əlifbasının islahı təklif olundu. Eyni zamanda, ibtidai qızlar məktəbi üçün ümumi və müntəzəm proqram tərtibi Mahmudbəyova tapşırıldı və Müəllimlər İttifaqının nizamnaməsini qəbul etmək məsələsi ortaya gətirildi.
Dövlət səviyyəsində keçirilən ilk qurultay
Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırdı.
Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı.
Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə başladı. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul etdi.
Məruzə əsasında qurultayın geniş qətnaməsi qəbul edildi. Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirildi, ötən illərdə (1920-25-ci illər) məktəb quruculuğu sahəsində görülmüş işlərə yekun vuruldu, qarşıdakı dövrdə məktəb şəbəkəsinin daha da inkişaf etdirilməsi, qadın təhsilinin prioritetlərdən biri kimi ön plana çəkilməsi, məktəb tikintisi, yeni tipli maarif ocaqlarının yaradılması, savadsızlığa qarşı mübarizə, dərslik nəşrinin genişləndirilməsi və digər mədəni-maarif məsələlərinin həlli yolları qərara alındı.
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış etdi. ASSR Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qətnamə qəbul edildi. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verib.
1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və dəhşətli müharibədən sonra respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim hazırlığı və ixtisasının artırılması məsələlərini müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real vəziyyət təhlil olundu.
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh etdi.
1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin “Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında” geniş məruzəsi dinlənilib müzakirə olundu.
Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açıldı. Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və vəzifələr nitqdə şərhini tapıb. “Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında” partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənildi.
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilən X qurultayda Azərbaycan SSR maarif naziri, professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə bağlı görülən işlərə aydınlıq gətirildi.
Azərbaycan müəllimlərinin XI və XII qurultayları müstəqillik dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.
XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev sarayında keçirildi. 1995 nəfər nümayəndə qeydiyyatdan keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni məhz həmin qurultayda səsləndirildi.
Ulu Öndərin təbriki...
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev sarayında keçirilən XII qurultayı ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açıldı. Qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açıldı. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirildi. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.
Milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən növbəti qurultay ərəfəsindəyik. Ötən bu illər ərzində həyata keçirilən bir çox layihələr nəticəsində istər ümumi orta, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə bu ilin dekabrında keçiriləcək XIV qurultayda ətraflı məlumat verilməsi nəzərdə tutulub.
2018-ci il noyabr ayının 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak ediblər. Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə olub.
2023-cü il 16 dekabr tarixində isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı başa çatıb. Qurultayın ikinci günündə Prezident İlham Əliyevin təbrik məktubunda əksini tapan konseptual müddəalar ətrafında çıxışları və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq qətnamə qəbul edilib.
Daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.
İki gün davam edən qurultayda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası” və s. mövzularda panellərdə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

