Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur

Ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur

11.12.2023 [10:52]

Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir:

"Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq".

Nazir deyib ki, hazırda məktəbəqədər təhsildə 36-37 faizlik əhatəliliyin təxminən yarısı alternativ məktəbəqədər təhsil modelləri ilə təmin olunur.

O bildirib ki, məktəbəqədər təhsilin bir ili olduqca önəmlidir və bu, uşaqların riyazi və oxu bacarıqlarında özünü göstərir:

"İki il olarsa, daha yaxşı olar. Minimum bir il olması arzuediləndir. Bizim nəslin məktəbəqədər təhsildə iştirakı 16 faiz idi. İndiki 37 faizlik əhatəliliyin nəticələrini isə biz 2030-2040-cı illərdə görəcəyik. İndiki uşaqlar həmin illərdə əmək bazarına daxil olacaqlar".

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31