Gələn il azad olunan ərazilərdə...
05.12.2023 [10:34]
60 min hektar sahə minalardan təmizlənəcək
Qarabağda 1.5 milyon mina basdırılıb
Günel ABBAS
Dekabrın 4-də “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir.
Onun sözlərinə görə, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb: “Ümumilikdə, 1991-ci ildən bu günə kimi 357 nəfəri uşaqlar, 38 nəfəri isə qadınlar olmaqla 3416 nəfər minadan zərərçəkən qeydə alınıb”.
BQXK-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç isə qeyd edib ki, Azərbaycanda mina qurbanlarının 90 faizindən çoxu kişilərdir: “Təəssüf ki, Azərbaycan mina problemi ilə üzləşib. Mina qurbanlarına yardım çox vacibdir. Onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz öz dəstəyimizi Ombudsman Aparatına göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaqdır”.
147 988 hektar sahə yüksək səviyyədə çirklənib
Sonra çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev vurğulayıb ki, Qarabağda 1.5 milyon mina basdırılıb: “Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib. Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir”.
Onun sözlərinə görə, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 763 piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat aşkarlanıb: “Axtarışlara 2 075 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151 minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi müəyyən edilib. Bu, builki iş planıdır, növbəti il iş planı 60 min hektar ərazini əhatə edəcək”, - F.İsayev qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov isə deyib ki, ölkədə əlilliyi olan şəxslərə dövlət tərəfindən 57 adda reabilitasiya vasitələri verilir: “Onu da qeyd edim ki, mina səbəbi ilə əlilliyi olan şəxslərə yüksək texnologiyalı protezlər təqdim olunur. Onların qiyməti 80-100 min avrodur”.
Dəyirmi masada aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlərin, nailiyyətlərin və digər əlaqəli mövzular üzrə müzakirələr aparılıb.
3 ildə 85 mina hadisəsi...
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin silahların yaratdığı təhlükə məsələləri üzrə koordinatoru Bişnu Mahat dəyirmi masada çıxışı zamanı deyib ki, Azərbaycanda 30 ildə 3 mindən çox insan minadan zərər görüb: “Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstəririk. Bizim əsas məqsədimiz mina qurbanları ilə işləməkdir. Bundan başqa, Müdafiə Nazirliyi və ANAMA mütəxəssislərinə dəstək olaraq partlayış travmaları zamanı tibbi müdaxilə təlimi də həyata keçiririk. 10 mina qurbanı ilə hazırda təlimçi kimi əmədaşlıq edirik”, BQXK nümayəndəsi əlavə edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin humanitar müdafiə məsələləri üzrə əməkdaşı Könül Hacıyeva qeyd edib ki, BQXK-nin Bərdə ofisinin hesablamasına görə, 2020-2023-cü illər arasında 85 mina hadisəsi baş verib. Qeyd olunub ki, bu hadisələr nəticəsində 26 sürücü minadan zərər çəkib. Onun sözlərinə görə, minaya əsasən mal-qara saxlayan, təsərrüfatla məşğul olan insanlar düşür.
Azərbaycan müasir texnologiyalara müraciət edir
Milli Məclisin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, minalardan təmizlənmə prosesi müharibədən sonra bir neçə istiqamətdə başlayıb: “Bu proses həm hərbi strukturların minatəmizləmə, həm də humanitar qurumların iştirakı ilə keçirilirdi. Qeyd edək ki, hərbi strukturların mühəndis-istehkam qurğularına bölmələr, mülkiyə isə ANAMA aiddir. Və bu proses hər ikisi üçün olduqca ağırdır. Təbii ki, bu çətinliyə səbəb regionun dağlıq və keçilməz ərazilərdən ibarət olmasıdır. Bununla yanaşı mülki infrastrukturun dağılması da əsas problemlərdən biridir. Eyni zamanda ərazilərin uzun müddət ermənilərin işğalında olması işi bir xeyli ağırlaşdırıb. Çünki onlar yalnız təmas xəttini minalamayıblar, bu ərazilərdə məzarlıqlar belə minalanıb”.
V.İskəndərov qeyd edib ki, Azərbaycan hazırda minatəmizləmə prosesini sürətləndirmək üçün müasir texnologiyalara müraciət edir: “Qeyd etmək lazımdır ki, Fövqəladə Hallar Nazirliyi də mina təmizləməyə cəlb edilib. Amma yenə də texnologiya və insan tələbatına ehtiyac var. Bununla yanaşı Beynəlxalq təşkilatlar da bizə lazımi qədər dəstək vermir. Düzdür, bəzi layihələr var, amma bunlar yetərli deyil. Nəzərə alsaq ki, Küveytin minadan təmizlənməsi, Ukraynanın azad edilən şimal ərazilərində minatəmizləmədə Avropa təşkilatlarının fəallığı var. Bizdə isə belə deyil. Həmçinin prosesin özü də milyonlarla vəsait tələb edən işdir. Bir sözlə, bu, həlli bahalı problemdir. Və bizə bu əraziləri minadan tam təmizləmək üçün bir neçə on il lazım olacaq. Çünki sözügedən ərazi 10 min kvadratkilometrdən çox ərazini əhatə edir. Mina təmizləmədə çətinlik yaradan həm də əhalinin azad edilən ərazilərə köçürülməsidir. Ona görə də maariflənmə işlərini daha kompleks şəkildə aparmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

